Ağıllı silahlar: Anticisimlər

Ağıllı silahlar: Anticisimlər

Anticisimlər bədənə daxil olan yad hüceyrələrə qarşı istehsal edilən zülal quruluşlu silahlardır. Bu silahlar immun sistemin əsgərlərindən biri olan B hüceyrələri tərəfindən hazırlanır.

Anticisimlər işğalçıları təsirsiz hala gətirirlər.Əsas iki vəzifəsi vardır: Birincisi, bədənə daxil olan düşmən hüceyrə ilə (antigenlerlə) birləşmək. İkincisi, birləşdikdən sonra antigenin bioloji quruluşunu pozmaq və onu məhv etmək.

Qanda və hüceyrə ətrafı mayedə olan anticisimlər xəstəliklərə yol açan bakteriya və ya viruslara birləşirlər. Birləşdikləri xarici molekulları bədənin döyüşçü hüceyrələri üçün işarələyib zərərsizləşdirirlər. Bu, müharibə sahəsindəki düşmən tankının uzaqdan idarə olunan raketlə vurulub zərərsizləşdirilməsinə bənzəyir. Anticisim birləşdiyi düşmənə (antigenlər) üç ölçülü quruluşda, eynilə açarla kilid arasındakı uyğunlaşma kimi tam olaraq yerinə oturur.

Orqnizm, demək olar ki, qarşılaşdığı hər düşmənə uyğun anticisim istehsal edir. Üstəlik, anticisimlər tək bir növdə hazırlanmır. Hər düşmənə qarşı onun quruluşuna uyğun, onunla mübarizə apara bilən anticisim hazırlanır. Çünki bir xəstəlik üçün istehsal edilən anticisim başqa xəstəlik qarşısında çarəsiz qala bilər.
Hər düşmənə uyğun xüsusi bir anticisim istehsalı, həqiqətən, fövqəladə haldır və bunun haqqında düşünmək lazımdır. Çünki bu hadisə üçün B hüceyrələrinin qarşılaşdıqları hər düşməni çox yaxşı tanımaları, quruluşunu çox yaxşı bilmələri lazımdır. Təbiətdə isə milyonlarla növdə düşmən (antigen) var.

Bu hadisə milyonlarla kilidin hər birinə uyğun bir açarı ilk baxışda düzəltməyə bənzəyir. Ancaq burada əhəmiyyətli olan məqam isə budur ki, insanın kilidi əlinə alıb araşdırmadan, hər hansı qəlibdən istifadə etmədən əzbərdən açarı düzəldə bilməsidir.

Tək bir açarın quruluşunu belə əzbərdən yadda saxlamaq bir insan üçün olduqca çətindir. Bəs milyonlarla kilidin hər birini açacaq milyonlarla açarın üç ölçülü quruluşlarını yadda saxlamaq bir insan üçün mümkündürmü?

Əlbəttə, xeyr. Ancaq gözlə görə bilmədiyimiz kiçik ölçüdə olan B hüceyrəsi yaddaşında milyonlarla məlumat saxlayır və lazım olduqda bu məlumatları düzgün və şüurlu şəkildə istifadə edir.

Çox kiçik bir hüceyrənin içinə milyonlarla məlumatın yerləşdirilməsi insana göstərilən çox böyük möcüzədir. Başqa bir möcüzə isə hüceyrənin bu məlumatları insanın sağlamlığını qorumaq üçün istifadə etməsidir.

Açıq-aydın görünür ki, kiçik hüceyrələrin sahib olduqları bu qeyri-adi müvəffəqiyyətin sirri insan ağlının qavrama sərhədlərindən kənarındadır. Bir sözlə, bu gün insan beyni və müasir texnologiyanın gücü hüceyrələrin göstərdiyi bu fövqəladə ağıl qarşısında çarəsiz qalmışdır. Əslində, Yaradıcının varlığının açıq dəlili olan bütün bu ağıl əlamətləri təkamülçü alimlər tərəfindən belə gözardı edilə bilmir. Necə ki Türkiyədə təkamülün nəzəriyyəsinin ən məşhur müdafiəçilərindən olan prof. dr. Əli Demirsoy, "İrsiyyət və Təkamül" adlı kitabında bu vəziyyəti belə etiraf etmişdir.

“Plazma hüceyrələri bu məlumatı necə və hansı formada əldə edərək ona görə xüsusi şəkilləndirilmiş anticisim istehsal edə bilir? Bu günə qədər bu problemin qəti izahı yoxdur.” (Əli Demirsoy, "Varislik və Təkamül", Ankara: Meteksan Yayınları s. 416)

Bu günə qədər anticisim istehsalının necə həyata keçdiyi təkamülçü alimlərin yuxarıda etiraf etdiyi kimi, sirri açılmamış bir məqamdır. 21-ci əsrin texnologiyası bu mükəmməl istehsalın metodlarını anlamağa belə müvəffəq olmamışlar. Qarşıdakı illərdə insana xidmət üçün yaradılan bu kiçik hüceyrələrin hansı üsullardan necə istifadə etdiyi araşdırıldıqda bu hüceyrələrin yaradılışlarındakı mükəmməllik və sənət daha yaxşı aydın olacaq.