Pinqvinlər dondurucu şəraitə necə tab gətirirlər?

Pinqvinlər dondurucu şəraitə necə tab gətirirlər?

 Pinqvinlər temperaturun  “-88” dərəcə olduğu dondurucu mühitdə belə yaşamağa davam edirlər. Bəs bu necə baş verir? Pinqvinlər heç üşümürmü?

Allah pinqvinləri buzlarla əhatə olunmuş mühitdə rahat yaşaya biləcək şəkildə, xüsusi olaraq yaratmışdır. Bəzən sayları 400 minə çatan bir qrupun üzvü olan bu sevimli canlılar qışda dəniz kənarından cənuba doğru getməyə qərar verirlər. Birgə verilən bu qərar Allah’ın yaratdığı böyük bir möcüzədir. Qış fəslinin gəldiyini başa düşüb, aralarında razılığa gələrək gedəcəkləri yerə qərar vermələri, ortaq bir gün təyin edib, heç bir etiraz olmadan birlikdə hərəkət etmələri Allah’ın sonsuz gücünün bu sevimli heyvanların üzərindəki hökmranlığı kimi açıqlana bilər. Pinqvinlər cütləşmə mövsümündə özlərinə seçdikləri əks cinsi itirməmək üçün onun mahnısını tanıyıb ayırd etməlidirlər. Unutmayın, ağlı və zəkası olmayan bir pinvinin 400 min pinqvinin içindən birini seçib, onun səsini tanıya bilməsi Allah’ın gücünün və yaratmasındakı üstünlüyün digər bir dəlilidir.

Cütləşmədən sonra dişi yalnız bir yumurta yumurtlayır. Erkək pinqvin yumurtanın üzərində kürt yatmalıdır. Təxminən  “-30” dərəcə temperaturda 65 gün ərzində heç tərpənmədən bu vəzifəni yerinə yeyirməyə çalışır. Bu olduqca çətin dövrdür. Erkək pinqvin yerindən tərpənmədiyi üçün yemək yeyə bilməz. Siz “-30” dərəcə temperaturda 65 gün yemək yemədən gözləyə bilərsinizmi? İnsan üçün bunun nəticəsi ölümdür. Lakin pinqvinlər səbirsiz davranmadan və bezmədən belə bir fədakarlıq edirlər, Allah’ın onlara ilham etdiyi bu vəzifəni tərk etmədən sonuna qədər yerinə yetirirlər.

Yumurtadan çıxan bala pinqvin ilk iki ayı ana və atasının ayaqlarının arasında keçirir. Bu qorunma bala üçün çox vacibdir. Çünki səhvən 2 dəqiqəlik qısa bir vaxt üçün də buradan çıxması donaraq ölməyinə səbəb olar. Ana və ata pinqvinə bu qorumanı ilham edən Allah’dır. Burada da Allah’ın “qoruyan, nəzarət edən” sifətlərini görürük.

Üstəlik, soyuqdan qorunmaq məqsədilə topalar halında yığışaraq, sanki bir-birinə yapışmış 400 min üzvü  olan pinqvin sürüsü mükəmməl bir həmrəylik nümayiş etdirirlər. Bu tədbiri almaqla soyuqdan donaraq ölməkdən xilas olurlar. Topadan kənarda qalanları da növbə ilə aralarına alaraq onların da isinmələrini təmin edirlər. Pinqvinlər aralarındakı bu nizamı pozan kiçik bir etiraz belə olmadan nəsillər boyu böyük bir uyğunlaşma ilə yaşamışlar və eyni nizam ilə yaşamağa davam edirlər.

“Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi özünüzün çətinliklə gedə biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Mərhəmətlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradır.” (Nəhl surəsi, 5-8)