Böcəklər bitkiləri xüsusi seçirlər

Böcəklər bitkiləri xüsusi seçirlər

Böcəklər düşündüyümüzdən daha çox diqqətlidirlər. Böcək seçim edərkən bitkinin hansı növə aid olmasına qədər bir çox məqama diqqət edir. Bəs böcəklər birini digəri ilə müqayisə edərkən bitkiləri necə və nəyə əsasən seçirlər?

Elm adamları cavabını axtardıqları bu sual üçün illərdən bəri araşdırma aparırlar. Bu araşdırmanı aparmalarının səbəbi böcəklərdən istifadə edərək məhsulu zərərvericilərdən qorumaq və hətta bəzi zərərli bitkilərə nəzarəti gücləndirməkdir. Məsələn, atlar üçün zərərli olan Yastıyarpaq xaçgülünün otu kimi bitkilərin bitdiyi əraziləri əkinçilər əkin məqsədli ilə istifadə edə bilmirlər.

Bu yastıyarpaq xaçgülünün otu ətrafında ona bənzər uzun bitkilər olsa da, böcəklər bu otlardan zərərli olanlarını seçib ona hücum edir və bu yolla həmin bitkilərin böyüməsinin və geniş ərazilərə yayılmasının qarşısını alırlar.

Tədqiqatçı Olqa Kostenko böcəklər bitkiləri seçərkən dadının da onlar üçün nə dərəcədə önəmli olduğunu daha yaxşı öyrənmək üçün ən az 1750 bitki üzərində təcrübə aparmışdı. Nəticə təəccüblü idi, çünki böcəklər təkcə bitkinin keyfiyyətinə deyil, eyni zamanda ləzzətinə də diqqət edirdi.

Əvvəlcədən araşdırma aparmadan və ya təcrübəsi olmadan insan bir bitkinin faydalı və ya zərərli olduğuna qərar vermə bilməz. Amma bəzi böcəklərin bir-birinə bənzəyən bitkilərdən zərərli olanlarını ayırd etməsi olduqca heyranedici haldır. Böcəyin fərqli canlını – bitkini tanıması, onun quruluşunu analiz etməsi və oxşar bitkilər arasından gedib özünə lazım olanı seçməsi ancaq Rəhman olan Allahın ilhamı ilə baş verir. Bu böcəyin təsadüfən bu məlumatlara sahibi olması və fərdi ağıl nümayiş etdirməsi qeyri-mümkündür. Bu ağıl ancaq hər şeyin yaradıcı və hər bir canlının ixtiyarı əlində olan Əziz və Uca Allahın üstün ağlıdır.

“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” (Hud surəsi, 56)

Bitkilərin müdafiə taktikalarını oğurlayan böcəklər

Bəzi bitkilərdəki tükcüklər onları zərərli böcəklərdən qorumaq üçündür. Lakin buna baxmayaraq bəzi böcəklər bu bitkilərlə qidalanmağa qərarlıdırlar. Bu cür böcəklərdən biri bir çox ölkədə bioloji müxtəlifliyin itməsinə səbəb olan “Cycad aulacaspis” adlı böcəkdir. Belə ki, Havay ştatının təxminən 3300 mil qərbində yerləşən Quam adasında 2003-cü illərdə bu böcəyin səbəb olduğu təxribatla bir çox bitki təxminən 90% nisbətində xəstələnmiş və ölmüşdü. Hər nə qədər adaya bu böcəklə qidalanan böcək növləri gətirilsə də, yenə də o dövrdə bu zərərli böcəklərin öhdəsindən gəlmək mümkün olmamışdı. Çünki çox kiçik olduqlarından bitkilərin yarpaqlarının altlarında və aralarında çox yaxşı gizlənə bilirdilər.

Araşdırmaçılar bu böcəyin digərləri tərəfindən tapılıb saylarının azalmamasının, əksinə getdikcə artmasının səbəbini araşdırdıqlarında olduqca maraqlı nəticə ilə qarşılaşdılar. Çünki kiçik böcəklər bitkilərin tükcükləri arasında səssizcə gəzirdilər. Bu tükcüklər bitkilərin yarpaqlarından gövdəsinə qədər bir çox yerində mövcud olan çox kiçik hissəciklərdir. Böcək yeyən daha böyük canlılar bu tükcüklərin arasına girə bilmədiklərindən Cycad aulacaspic onların altında və aralarında gizlənərək qidalanmağa, çoxalmağa və bitkiyə zərər verməyə davam edirdilər.

Bitkiləri yeyən böcəklər çox fərqli strategiyalardan istifadə edirlər. Bunlardan biri də bitkilərin onlara qarşı tədbiq etdiyi taktikaya uyğunlaşmalarıdır. Məsələn, bitkilər çox sayda böcək olanda onlara zəhərli, pis dadı olan kimyəvi maddələr istehsal edirlər. Bu kimyəvi maddələr, adətən, bir çox bitki yeyən böcək ondan uzaqlaşdırır. Lakin aparılan araşdırmalarda bitki yeyən böcəklərin bitkinin istehsal etdiyi zərərli kimyəvi maddələri yediyini, onları bədəninin bir yerində saxladığını və daha sonra bu zəhərli maddəni müdafiə məqsədilə istifadə etdiyini gördülər. Beləcə, bu böcəklər onlara qarşı hazırlanan müdafiə sistemindən özlərini qoruyarkən istifadə edə bilirlər. Məhz bu səbəbdən 2003-cü ildə Quam adasındakı bitkilərin ölümü 4 il çəkdi və elm adamları bunun qarşısını ala bilmədilər.

Əslində, burada araşdırılmalı və soruşulmalı bir çox sual var, bunlardan ən bəziləri belədir:

Bu böcəklər bitkinin ifraz etdiyi zəhəri necə tanıyırlar?

bunu özlərinə zərər vermədən necə uzaqlaşdırıb, daha sonra istifadə etmək üçün bədənlərinin bir yerində necə saxlayırlar?

ələ keçirdikləri bu silahı özlərini müdafiə etmək üçün necə və nəyə qarşı istifadə edirlər?

Əbəttə, burada çox üstün ağıldan bəhs edilir. Taktikadan istifadə edərək özünü müdafiə edən canlı sadəcə bir neçə santimetr böyüklüyündəki böcəkdir. Bitki tükcüklərindən daha kiçik olan canlıların belə ağıl göstərə bilməyəcəyi açıqdır. Buradakı ağıl və elm ancaq sonsuz qüdrət sahibi və bütün kainatı yaradan Uca Rəbbimiz Allaha aiddir. Ayədə belə buyurulur:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir”. (Furqan surəsi, 2)

Təbiəti araşdırmaq və üzərində düşünmək Uca Allahın Quranda bildirdiyi əmrlərdəndir. Kainatdakı canlı-cansız bütün varlıqlar “yaradıldıqlarını” göstərən işarələrlə doludur və onları yaradan Allahın gücünü, elmini və sənətini göstərmək üçün mövcuddurlar. İnsan ağlından istifadə edərək bu işarələri görmək və Allahı tanımaqla məsuldur. Bütün kainat kimi böcəklər də Rəbbimizin ayələrini daşıyan, bu səbəbdən diqqət edilməli, araşdırılmalı və üzərində düşünülməli canlılardır. Mövzu ilə bağlı Quran ayələri belədir:

“Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi, 3-4)