Qızıl yetişdirən ağac

Qızıl yetişdirən ağac

“Nature Communications” elmi jurnalında dərc olunan məqalədə elm adamlarının evkalipt yarpaqlarında 8 mikrometr ölçüsündə qızıl zərrəcikləri aşkar etdikləri bildirilib.

Qızılın torpaqdan ağacın kökləri vasitəsi ilə sorulduğu və su ilə yarpaqlara qədər hərəkət etdiyi bildirilib.

Elm adamları tədqiqatlarını qərbi Avstraliyanın Freddo bölgəsində dərinləşdirib. Buradakı evkalipt yarpaqlarında qızılın miqdarının digər bölgələrdəkinə nisbətən 800 dəfə çox olduğu bildirilib.

Elm adamları yarpaqlardan qızıl əldə etməyin çətin olduğunu da vurğulayıblar. Çünki 100 ton evkalipt yarpağından cəmi 8 qram qızıl əldə edilə bilir.