Yuxularda yaşadığımız "hisslər dünyası"

Yuxularda yaşadığımız "hisslər dünyası"

İnsan xarici dünya olmadan da hissləri bütün canlılığı ilə yaşaya bilir və buna verilə biləcək ən bariz nümunə yuxulardır. İnsan yuxu əsnasında gözləri bağlı yatağında yatır. Ancaq buna baxmayaraq, həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, xəbərdarlıqların hamısını yuxularında, həqiqətlərdən ayırd edilə bilməyəcək qədər həqiqi hesab edir. Bu həqiqətə bu yazını oxuyan insanların hamısı şəxsən öz yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit şəkildə yatan insan yuxusunda özünü izdihamlı məkanda, təhlükədə görə bilər. Bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həyatdakı kimi yaşaya bilər. Hətta yuxusunda gördükləri o qədər həqiqidir ki, qorxu və çaxnaşma duyğusunu həqiqətən hiss edir. Hər səs-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, nəbzi sürətlə vurur, tərləyir, insan bədəni təhlükə anlarında nələri hiss edirsə, fiziki olaraq nə reaksiyalar verirsə hamısını eynilə yaşayır.

Yuxusunda hündür bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Halbuki o anda yatağında heç tərpənmədən yatır. Ya da, yuxusunda ayağı büdrəyib su çuxurunun içinə düşdüyünü görən insan bütün paltarlarının islandığını, sonra da külək əsdiyinə görə üşüdüyünü hiss edir. Ancaq yatdığı yerdə nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatmasına baxmayaraq, yaş olmasını və üşüməsini eynilə oyaq ikən olduğu kimi hiss edir.

Və ya yuxusunda maddənin əsli ilə əlaqədə olduğunu iddia edən bir adam özündən son dərəcə əmin ola bilər. Özünə "xarici dünyanın əsli ilə əlaqədə olmağın mümkün olmadığını" izah edən yoldaşının çiyninə əlini qoyaraq "İndi sən əlimi çiynində hiss etmirsənmi? O zaman necə maddənin həqiqiliyini görmədiyini söyləyə bilərsən?Necə belə iddialar edə bilirsən? Gəl səninlə bir az gəzək, həm bu mövzunu danışarıq, bir də belə bir mövzuya niyə inanırsan mənə izah edərsən" - deyə bilər. Dərinləşən yuxusunda gördüyü bu yuxu o qədər dəqiqdir ki, keflə avtomobilin qapısını açıb mühərrikə yavaş-yavaş qaz verir və sonra birdən pedala basıb avtomobili hərəkətə gətirir. Yolda sürətlə gedərkən ağaclar və yol xəttləri sürətdən tək bir görüntü meydana gətirir. Yoldaşına etiraz etməyə başladığı anda, maddənin əslini gördüyünü izah etməyə hazırlaşarkən saatının zənginə oyanar. Ancaq maraqlıdır ki, yuxusunda maddənin əsli ilə əlaqədə olmadığımıza etiraz edən bu insan oyanıqkən də gördüklərinin zehnində yaranan kopiya görüntülər olduğunu izah edən bir yoldaşı yanında olsa, ona da eyni şəkildə etiraz edəcək.

İnsanlar yuxudan oyandıqlarında o ana qədər gördüklərinin xəyal olduğunu anlayarlar, amma "oyanma" görüntüsü başlayan zaman "əsl həyat" dedikləri həyatın quruluşundan nədənsə heç şübhələnmirlər. Halbuki, "əsl həyat" dediyimiz görüntüləri hiss etməyimiz, yuxularımızı hiss etməyimizlə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük. Yuxudan oyandırılmadığımız müddətdə onların bir xəyal olduğunu əsla anlamırıq. Ancaq oyandığımız zaman "deməli gördüklərim bir yuxu imiş" deyirik. Elə isə bu anda gördüklərimizin yuxu olmadığını necə isbat edə bilərik? Yalnız hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edirik. Hər gecə gördüyümüz yuxulardan daha uzun sürən bu yuxudan bir gün oyandırıldığımızda bu həqiqətlə qarşılaşacağıq. Bunun əksini söyləyərək isbat edə biləcəyimiz heç bir dəlilimiz yoxdur.

Dünya həyatının yuxu kimi olduğu, bu yuxudan "böyük bir oyanış" ilə oyananda insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları islam alimləri tərəfindən də dilə gətirilən həqiqətdir. Üstün elmi sayəsində Şeyx Əkbər (Ən böyük şeyx) olaraq tanınan böyük islam alimi Muhyiddin Ərəbi Peyğəmbərimizin (s.ə.v.) bir hədisini dünya həyatını yuxularımıza belə bənzətmişdir:

Hz. Məhəmməd ( s.a.v.) "insanlar yuxudadır, öldükləri vaxt oyanarlar" buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan insanın yuxusunda gördüyü şeylər kimidir...

Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildiləcəkləri zaman belə deyəcəklərini bildirmişdir:

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.. (Yasin surəsi, 52)

Ayədən də göründüyü kimi, insanlar qiyamət günü yuxudan oyanan kimi oyanacaqlar. İnsan yuxuya getdiyi və yuxu gördüyü zaman birdən oyandırıldığında onu kimin oyandırdığını soruşduğu kimi, bu insanlar da eyni şəkildə onları kimin oyandırdığını soruşacaqlar. Allahın bu ayədə bildirdiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və əsl həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaq.