İnsan ağlının təkamül keçirdiyi iddiası cəfəngiyyatdır

İnsan ağlının təkamül keçirdiyi iddiası cəfəngiyyatdır

İnsanın digər canlılarla bioloji cəhətdən bənzərlikləri olsa da, sivilizasiya qurmuş bir varlıq kimi tayı-bərabəri yoxdur. Universitetlər, xəstəxanalar, fabriklər inşa etmiş, dövlətlər qurmuş, musiqilər bəstələmiş, olimpiadalar təşkil etmiş, kosmosa qalxmış insan bütün bunları ağlı ilə bacarmışdır. Təkamülçülər insanın ən yaxın qohumu qəbul etdikləri şimpanze ilə ayrıldıqdan sonra ağlının təkamül keçirdiyini iddia edirlər. Ağılın “təkamülü”ndə baş verən sıçrayışları isə beyində meydana gələn təsadüfi dəyişikliklərlə və alət düzəltmə bacarığının təkmilləşməsi ilə əlaqələndirirlər. Bu iddialarını sənədli televiziya filmlərində tez-tez göstərir və əvvəlcə daşdan bıçaq, sonra da mizraq düzəltməyi öyrənən fantastik meymun adamların hekayələrini danışırlar. Ancaq bu təbliğat əsassızdır. Təkamülçülər ssenarilərini elmi göstərməyə çalışsalar da, bu, tamamilə elmdən kənardır və yeganə mənbələri darvinist ön mühakimələrdir.

İnsan ağlını maddə ilə açıqlamaq olmaz

Bu fakt materializmin əsassızlığını sübut edərək ağılın təkamülü iddialarını kökündən təkzib edir.

Əslində, ağılın təkamül yolu ilə meydana gəldiyini iddia edən təkamülçülərin ibtidai ağıl səviyyəsinə malik olmağın nəyə bənzədiyini şəxsən təcrübədən keçirmək və “təkamül prosesi”ndəki şəraiti təkrarlamaq imkanları yoxdur. “Nature” jurnalının redaktoru Henri Ci (Henry Gee) təkamülçü olmasına baxmayaraq, məsələyə sağlam fikirlə yanaşır və bu cür iddiaların elmdən kənar olduğunu qəbul edir:

“Məsələn, insanın təkamülünün bədənin duruşu, beyin həcmi ilə oddan, alətdən istifadə kimi texnoloji uğurlar və nitqin meydana gəlməsinin əl-göz koordinasiyasındakı irəliləyişlərlə əlaqədar olduğu deyilir. Ancaq bu cür ssenarilər subyektivdir. Təcrübə ilə sınaqdan keçirmək mümkün deyil, odur ki, elmi deyil. Bu ssenarilərin qüvvədə olması elmi təcrübələrdən deyil, sahiblərinin iddia və nüfuzundan irəli gəlir”. (Henry Gee, In Search of Deep Time Beyond the Fossil Record to a New Hıstory of Life The Free Press, A Division fo Simon & Schuster, Inc., 1999, səh. 5)

Bu cür ssenarilər elmdən kənar olmaqla yanaşı, məntiqi cəhətdən də tutarsızdır. Təkamülçülər təkamül yolu ilə meydana gələn ağıl sayəsində alətdən istifadə bacarığının əmələ gəlib inkişaf etdiyini, alətdən istifadə sayəsində də ağılın inkişaf etdiyini deyirlər. Halbuki, belə bir inkişaf prosesi insan ağlı mövcud ikən mümkündür. Bu hekayəyə əsasən, əvvəlcə texnologiyanın,  yoxsa ağılın təkamül yolu ilə meydana gəlməsi sualı cavabsızdır.

Darvinizmin ən təsirli tənqidçilərindən olan Filip Conson (Phillip Johnson) bu barədə belə yazır:

“Ağılın məhsulu olan bir nəzəriyyə nəzəriyyəni irəli sürən ağılı uyğun şəkildə əsla açıqlaya bilməz. Mütləq doğrunu kəşf edən üstün elmi ağılın hekayəsi ancaq və ancaq onu verilmiş bir qabiliyyət kimi qəbul etsəniz, qaneedicidir. Ağılı öz icadlarının bir məhsulu kimi açıqlamağa çalışdıqda çıxışı olmayan güzgülü koridora girmiş oluruq”. (Phillip E. Johnson, Reason in the Balance: The Case Against Naturalism in Science, Law & Education, Downers Grove, Illinois: InterVarsity Press, 1995, səh. 62)

Təkamülçülər ağılın təsadüfən inkişaf etməsi iddialarına əsas kimi iki amil göstərirlər

Mutasiyalar. Mutasiyaların ağılı təkmilləşdirməsi iddiası təkamülçülərin ortaya atdığı əsl cəfəngiyatdır. Mutasiyalar təsir etdikləri orqanizmə ciddi ziyan vururlar. Beyində meydana gələn və insanı əqli fəaliyyət baxımından daha yuxarı səviyyəyə təkmilləşdirən bir mutasiya elmə məlum deyil. Bu faktlara baxmayaraq, mutasiyaların insan ağlını təkmilləşdirdiyini iddia etmək hündürlükdən yerə atılan bir radionun yerə düşdükdə televizora çevriləcəyini iddia etmək qədər cəfəngdir.

Corc Marşal İnstitutunun rəhbəri Robert Yastrov (Robert Jastrow) bu cəfəng iddianın əsaslandığı məntiqi belə ifadə edir:

“İnsan gözünün təsadüf əsəri olduğunu qəbul etmək çətindir, ancaq insan zəkasının əcdadlarımızın beyin hüceyrələrində meydana gələn təsadüfi pozuntuların məhsulu olduğunu qəbul etmək daha çətindir”. (Robert Jastrow, “Evolution: Selection for Perfection”, Science Digest, dekabr 1981, səh.87)

Ortaya çıxma faktı: Darvinistlər ağılın “təsadüfən” əmələ gəlməsinə əsas kimi ikinci amil olaraq “ortaya çıxma faktı”nı göstərirlər. Darvinistlər bunu “təsadüfən baş verən bir prosesin heç gözlənilməyən başqa bir şeyin ortaya çıxmasına yol açması” kimi tərif edirlər. Bunun klassik “elmi” nümunəsinin isə su olduğunu iddia edirlər. Bu hekayəyə əsasən, oksigen və hidrogen ayrılıqda suya bənzər xüsusiyyət daşımırlar, ancaq müəyyən miqdarda birləşdikdə ortaya çıxan su molekulları əvvəlcədən təxmin edilməyən xüsusiyyətlər daşıyır. Təkamülçülər bunu insan şüuruna tətbiq edərək şüurun mənşəyini beyinin kimyəvi quruluşunda meydana gələn təsadüfi dəyişikliklə açıqlayırlar. Əlbəttə, bu bənzətmə yalandır. Çünki hər kəs çox yaxşı bilir ki, insan şüuru su misalındakı kimi fiziki qanundan asılı, bəsit maddə deyil. Məsələn, bir insanın yanında olmadığı halda, ailə yaxınlarının görüntüsünü və səslərini xəyalında canlandırması beynindəki atomların daha əvvəl bilinməyən bir şeyi meydana gətirmək üçün hərəkətə gəlməsinin nəticəsi deyil. Fiziki xassə daşıyan atomların müxtəlif formalarda birləşərək metafizik məfhum olan şüuru meydana gətirməsi qeyri-mümkündür.

Mutasiyalar təsir etdikləri orqanizmdə pozuntular meydana gətirirlər. Bu fakta baxmayaraq, mutasiyaların insan ağlını meydana gətirdiyini iddia etmək çox cəfəng və elmi cəhətdən qeyri-mümkündür.

Materialist fəlsəfə insan ağlını açıqlaya bilmir

Təkamül nəzəriyyəsinin əsaslandığı materialist fəlsəfə insan ağlını açıqlaya bilmir, bu isə insan ağlı ilə bağlı darvinist iddiaları kökündən təkzib edir.

Müasir elm insan ağlının materialistlərin iddia etdiyi kimi, beyin hüceyrələri arasındakı reaksiyalardan qaynaqlanmadığını göstərmişdir. Müasir texnologiya məhsulu olan cihazlar materialistlərin beyində ağılı meydana gətirən bölgə və ya proses müşahidə etmək ümidlərini puç etmişdir. İnsan ağlına materialist açıqlama verilə bilmir.

Kolin Makcin (Colin McGinn) materializmin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:

“Uzun müddətdir, bədən-şüur problemini həll etməyə çalışırıq. Bütün səylərimizə baxmayaraq, bir nəticə almamışıq. Bu problem hələ də açılmır. Mənim fikrimcə, bu sirri aça bilmədiyimizi etiraf etməyimizin vaxtı çatıb”. (Colin McGinn, “Can We Solve the Mind-Body Problem?” Mind, 98 (1989), səh. 349; Gerald M. Edelman, Giulio Tononi, “A Universe of Consciousness”, Basic Books, USA, 2000)

Materialistlərin ümidlərinin əksinə, beyində ağıl meydana gətirən xüsusiyyət yoxdur. Çünki atomlar düşünə, xatırlaya, sevə, şərh edə bilməzlər. BEYİNDƏKİ QÜSURSUZ DÜNYANI GÖRƏN, AĞILIN MƏNBƏYİNİ TƏŞKİL EDƏN VƏ: “MƏN MƏNƏM”, - DEYƏN VARLIQ ALLAH`IN YARATDIĞI RUHDUR.

Riyaziyyatçı və teoloq Uilyam A. Dembski (William A. Dembski) şüurun beyinin məhsulu olduğunu açıqlamaq ümidlərinin tükəndiyini belə ifadə edir:

“Filosofların, əsasən, planlı yanaşma (propositional attitude) adlandırdığı məqsədlər və istəklər səviyyəsinə çatdıqda, şüurşünasların bu faktı nevroloji səviyyədə anlamaq ümidindən artıq əl çəkdikləri görünür... Materializmə bağlılıq davam etsə də, insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...” (William A. Dembski, Converting Matter into Mind, 1998)

Beyində materialistlərin ümidlərinin əksinə, ağıl meydana gətirən xassə yoxdur. Çünki beyindəki hüceyrələr oksigen, karbon, azot kimi şüursuz atomlardan təşkil olunub. Əlbəttə, bu atomlar düşünə, xatırlaya, sevə bilməzlər. Bundan əlavə, yer üzündə yaşayan milyardlarla insanın hamısının beynində bu atomlar eynidir. Ancaq milyardlarla fərqli insanın beynində eyni atomların olmasına baxmayaraq, milyardlarla fərqli şəxsiyyət üzə çıxır. Eyni vəziyyət daxilində fərqli hiss və düşüncələri olan bütün bu insanları bir atom yığını qəbul edən materialist fəlsəfənin nə qədər böyük cəfəngiyat olduğu ortadadır. Müasir elmi kəşflər insana sadəcə maddədən meydana gəlmiş, məsuliyyəti olmayan varlıq olduğunu təlqin edən materializmi təkzib edir. Elm insan ağlının mənşəyində fövqəltəbii şüurun olduğunu göstərir.

Atomlar sevinci, sevgini, təvazökarlığı, mərhəməti hiss edə bilməz; özləri haqqında düşünüb mühakimə apara bilməzlər. İnsan şüuru materializm üçün müəmmadır. Təkamülçü bioloq Culian Haksli (Julian Huxley) neyron fəaliyyətləri ilə şüur arasındakı əlaqəni “Ələddinin sehirli çırağı” nağılındakı fövqəltəbii hadisəyə bənzətmişdir: “Şüur kimi qeyri-adi bir şeyin bir sinir hüceyrəsinin başladıcı hərəkəti nəticəsində necə meydana gəlməsi eynilə “Ələddinin sehirli çırağı” nağılında çırağı sürtməklə cinin görünməsi qədər anlaşılmazdır...” Təkamülçülərin “insan bioloji cihazdır” iddiası ağılın mənbəyini beyindəki kimyəvi reaksiyalarla əlaqələndirir. Kimyəvi reaksiyaların məhsulu hesab edilən nəzəriyyənin isə doğruluğunu bilmək mümkün deyil və buna görə də “insan bir cihazdır” iddiası əsassızdır.