Viruslar

Viruslar

Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus tennis topunun içinə atılsaydı, indi ancaq topun yarısı dolmuş olardı. Mikroskopik canlılar olan viruslar insan bədəninin ən böyük düşmənləridir. Virus insan bədənindəki hər hansı bir hüceyrəni seçir və onu özü üçün sığınacaq olaraq istifadə edir, burada çoxalır və bəzən ölümə gətirib çıxara bilir. Virus zülaldan ibarət bir qabıq və qabığın içində özünə aid məlumatlara malik şifrələrdən (DNT və RNT) ibarətdir. Tək başına həyat əlaməti göstərən bir funksiyası və ya orqanoidi yoxdur. Enerji yarada bilən və ya zülal sintez edə bilən sistemi yoxdur. Başqa sözlə, bu əhəmiyyətli funksiyaları yerinə yetirə bilən canlı hüceyrənin varlığına möhtacdır. Elə buna görə virus milyonlarla il heç pozulmadan və heç bir həyat əlaməti göstərmədən olduğu yerdə qala bilər. Uzun müddət gözlədikdən sonra orqanizm ilə qarşılaşdıqda dərhal canlanır və hərəkətlənir.

Virusu hərəkətə keçirmək üçün tək lazım olan şey içinə girib infeksiya yarada biləcəyi müdafiəsiz hüceyrənin temperaturu və rütubətidir. Bu hüceyrənin içinə yerləşdikdə bəzən bir saat içində özünü 100 dəfə çoxalda bilər. Bəzən bir il içində 20 milyon insanı öldürəcək şəkildə yeni formaya bürünə bilir. Belə güclü və ölümcül təsirlərə malik olan viruslar o qədər kiçikdirlər ki, 1018 dənəsi bir tennis topunun içini ancaq doldurar. Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus tennis topunun içinə atılsaydı, indi ancaq topun yarısı dolmuş olardı. Hər virusun böyüklüyü eyni deyil. Bəziləri böyükdür, amma yenə də bir tennis topunu doldurmaları üçün 30 milyon il vaxt lazımdır, digərləri isə çox kiçikdirlər və topu 2 trilyon ildə belə doldura bilməzlər. Virusların quruluşlarını yaxından araşdırdıqda mükəmməl dizaynlara malik olduqlarını görürük. Virus qabığını meydana gətirən molekullar virusa sanki bir ləl-cəvahirat görünüşü verirlər. Hər virus özünə xas geometrik dizaynıyla rəğbətləndirici formalar yaradır. Virusların malik olduğu dizaynın qaydaları "kvadratik simmetriya ilə" təyin olunmuşdur. Müxtəlif alimlər bu arxitektura dizaynın qaydalarını və quruluşunu öyrənmək üçün uzun illər boyu tədqiqatlar aparıblar. Bu geometriya qaydaları nəticəsində ortaya çıxan formalar ikosahedron adlanır. Belə quruluşda bərabər tərəfli üçbucaqdan meydana gəlmiş 20 səth olacaq.

Yeni kəşf edilən virusları x şüası analiziylə və digər kompleks metodlarla mikroskop altında araşdırmaq 30 il vaxt almışdır. Başqa bir ifadə ilə, öz üsulları ilə bütün canlılar aləmini təsiri altına alan, insanların kütlə halında ölümlərinə gətirib çıxaran, amma əslində yalnız bir hüceyrə pərdəsi və DNT-dən ibarət olan bu canlı hələ ötən əsrdə kəşf edilə bilmiş və o dövrdən etibarən 30 il boyu başa düşülməyə çalışılmışdır. Bu mikrocanlılar insanların onların varlıqlarından belə xəbəri olmadığı milyonlarla il boyu eyni inanılmaz üsulları istifadə etmişlər və eyni işbirliyi ilə hərəkət etmişlər. Məhz bu, Allah'ın sonsuz elminin təzahürüdür.