Elmi nailiyyətlər və yaradılışı müdafiə edən alimlər

Elmi nailiyyətlər və yaradılışı müdafiə edən alimlər

Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, tarix hər dövrdə elmin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontologiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allah’ın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir:

“Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: dinsiz bir elmə inanmaq mümkün deyil”. (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə belə deyir:

“Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: “İman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”. (J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15.)

Elm tarixinin tədqiq edilməsi dəyişikliyin və irəliləyişin yaradılış gerçəyini müdafiə edən elm adamlarının əsəri olduğunu göstərir. Digər tərəfdən elmi nailiyyətlər, xüsusilə də XX və XXI əsrdəki inkişaf yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək etmişdir. Müasir elm və texnologiya kainatın yoxdan yaradıldığı həqiqətini anlamışdır. Kainatın təxminən 15 milyard il əvvəl bir nöqtədən partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən əvvəli və sonu olmayan sonsuz kainat modelinin üstündən xətt çəkilmişdir. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu və genişləndiyi başa düşülmüşdür.

Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizə kömək edən XX  əsrin inkişaf edən elmi oldu. Elektron mikroskopu vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirən hissələrin möhtəşəm quruluşlarını müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrənin içində özünü göstərən sonsuz ağılı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki nailiyyətlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yalnız yaradılışla izah edilə bilən quruluşunu göstərdi.

Bunun əksinə, təkamül nəzəriyyəsinin 140 il əvvəl iddia edilməsindəki şərtləri təmin edən amil isə həmin dövrün elmi cəhətdən geri olması idi.

Nəticədə, yaradılışı müdafiə edənlər elmə qarşı deyillər, çünki yeniliklər, irəliləyişlər və elm onların imanlarına davamlı olaraq yeni dəlillər verir. Elm yaradılışçıların ən böyük dəstəkçisidir. Yeniliyə qarşı olanlar isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirərək əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini və materialist fəlsəfəni müdafiə edənlərdir.