Havanı təxmin edə bilən lüpin bitkisi

Havanı təxmin edə bilən lüpin bitkisi

İnsan səmaya baxaraq və ya başqa metodlardan istifadə edərək hava proqnozu verə bilər. Lakin bitkinin belə bir təxmin etmə bacarığına sahib olması yaradılış möcüzəsidir.

Tundra zonasında yetişən lüpin bitkisi havanı təxmin edir və  əgər şərait uyğun deyilsə, cücərmir, torpağın altında yuxuya gedərək havaların düzəlməsini gözləyir. Bu bitkinin toxumları böyümək üçün ilin müəyyən vaxtlarında isti havaya ehtiyac duyur. Toxumlar kifayət qədər istiliyin olmadığını hiss etdikləri zaman möcüzə baş verir; mühit əlverişli olsa da, toxumlar çatlamır və donmuş torpaqda temperaturun yüksəlməsini gözləyir. Uyğun mühit təmin olunduqda aradan uzun zaman ötməsinə baxmayaraq, lüpin toxumları inkişaf etməyə davam edir. Belə ki, qaya yarıqları arasında yüz illər ərzində korlanmadan, cücərmədən qalan bitki toxumları tapılmışdır.

Bu bitkinin sahib olduğu xüsusiyyətlərin təsadüfən ortaya çıxması, yaxud da bunları bitkinin özünün etməsi mümkün deyil. Lüpin bitkisini Allah yaratmışdır. Quranın bir ayəsində  Rəbbimiz belə buyurur:

Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)