Minlərlə fərqli kimyəvi birləşməni sintez edə bilən bitkilər

Minlərlə fərqli kimyəvi birləşməni sintez edə bilən bitkilər

Bitkilərlə heyvanları müqayisə etsək, bitkilərin daha sakit canlılar olduğunu düşünərik. Çünki bütün həyatları boyunca eyni yerdə sabit dayanırlar. Lakin bu o demək deyil ki, onların heç bir funksiyası yoxdur və özlərini müdafiə etmirlər.

Bəs bitkilər özlərini necə müdafiə edirlər? Qidası bitki olan bir çox virus hücumlarından qaça bilmədikləri halda, özlərini necə qoruyurlar?

Allah hər bitkiyə yaşadığı şəraitə və şərtlərə uyğun müdafiə mexanizmi verib. Məsələn, bəzi bitkilər minlərlə fərqli kimyəvi birləşməni sintez edərək özlərini müdafiə edirlər. İxtisaslaşmış metabolitlər (canlılarda müxtəlif reaksiyalar zamanı yaranan və normal bədəndə yığılmadan başqa birləşmələrə çevrilən kimyəvi birləşmələr) kimi bildiyimiz bu maddələr sayəsində düşmənə qarşı müqavimət göstərə bilirlər. Həmçinin metabolitlər insanlar üçün faydalıdır, 1/3-i tibbdə istifadə edilir.

Gördüyümüz kimi, bitkilər hərəkətsizdir, ancaq Allahın onlara bəxş etdiyi xüsusi qabiliyyətlər sayəsində qeyri-adi fəndlərə baş vuraraq qorunmağı bacarırlar.

Allah canlılar üzərindəki hakimiyyətini və bənzərsiz yaradışını bir ayəsində belə bildirir:

 “Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.” (Ənam surəsi, 102)