Dünya hərc-mərclik içindədir

Dünya hərc-mərclik içindədir

 2014-cü ilin sonuna doğru dünya ölkələrinin sosial-siyasi vəziyyətlərini ən qısa şəkildə necə izah edə bilərik deyə düşünsək, bunu ən yaxşı açıqlayan söz - hərci-mərclikdir. Ölkələrin bir çoxunda insanlar vətəndaş müharibələri, qarışıqlıqlar, terror, aclıq və sağlamlıq problemləri səbəbindən həlak olur.

Dünya gündəmini məşğul edən hadisələrin hamısından bir anda bəhs etmək qeyri-mümkündir. Məsələn İŞİD-dən bəhs edirik, amma İŞİD-dən bəhs edərkən Liviya, Ukrayna və Suriyadakı vətəndaş müharibəsi, Nigeriyada Boko Haram hərəkatları durmadan davam edir. Halbuki bu problemli ölkələrin az bir hissəsidir. İndi problemlərə daha geniş çərçivədən nəzər yetirək:

Yaxın Şərqdən başlasaq;

- Yaxın Şərqdə İraq başda olmaqla bütün ölkələri təsiri altına alan əsas təhlükə İŞİD hücumlarıdır.

- Yəməndə vətəndaş müharibəsi davam edərkən eyni zamanda Əl-Qaidə terroru davam edir və ölkə bölünməməyə çalışır.

- İran embarqolardan əziyyət çəkir və son dövrdə İraqdakı şiələr üçün mübarizə aparır.

- Qəzzada yaşananlar isə hamımıza məlumdur.

- Suriyadan İordaniyaya çoxlu qaçqın gəlir və eyni zamanda ölkə İŞİD  təhdidi altındadır.

- Livana Suriyadan qaçqınlar gəlir, ölkədə vətəndaş müharibəsi riski var. Əl-Qaidənin Suriya qolu Əl-Nüsra sərhəddə livan əsgərlərini əsir aldı.

- Səudiyyə Ərəbistanı isə büdcəsinin böyük əksəriyyətini silahlanmaya ayırır.

Afrikadakı vəziyyət isə daha da qarışıqdır. Qitə ABŞ, Avropa İttifaqı və Çinin gizli hakimiyyət savaşına məruz qalıb.

- Misirdə Sisinin çevrilişindən sonra qeyri-sabitlik hökm sürür. Xarici yardımlar olmasa, ölkə iqtisadiyyatı çökəcək vəziyyətdədir.

- Mərakeşdə konstitusiyaya dəyişikliklər vədi və dövlət tərəfindən edilən sosial yardımlar xalq hərəkatını dayandırmış kimi görünür.

- Əl-Cəzairlə sərhəd ölkələrdə vəziyyət çox gərgindir. 2013-cü ildə silahlanmaya 13 milyard avro pul ayrılmışdır.

- Sudan iki hissəyə bölündü. Cənubi Sudanda aclıq hökm sürür.

- Somalidə güclü dövlət hakimiyyəti yoxdur. Qəbilələr arası müharibələr gedir. Xalq qonşu ölkələrə sığınmağa çalışır.

- Mərkəzi Afrika Respublikası isə iki hissəyə bölündü. Şimalda Seleka təşkilatı rəhbərliyində yeni ölkə müstəqilliyini elan etdi.

- Mali, Tuareqlər Əl-Qaidə və Fransa müdaxiləsi arasında qalıb.

- Nigeriya deyildikdə isə artıq ilk ağla gələn Boko Haram təşkilatı olur.

- Konqo, Liberiya kimi Mərkəzi Afrikadakı ölkələr isə Eboladan məhv olur.

Dünya üzərindəki qarışıqlıqlardan məsul tutulan Avropada da vəziyyət parlaq deyil.

- Ukrayna Rusiya ilə Avropa İttifaqı-ABŞ güc savaşına görə Krımı itirdi. Ölkənin şərqi ilə qərbi arasında müharibə başladı. Ölülərin sayı 2600-ə yaxınlaşdı.

- İspaniyada gündəm kataloniyalıların və baskların ayrı-seçkilik siyasəti, həmçinin Şimali Afrikadan ölkəyə gələn qaçqınlar böyük problemdir.

- Fransada hökumət istefa etdi, iqtisadi böhranın təsirləri davam edir.

- Belçika isə Avropa İttifaqı qurulan zaman unitar dövlət olduğu halda, hazırda bölünməmək üçün federativ dövlət sisteminə keçdi.

- İtaliyada iqtisadi böhran mövcuddur, böyük və tanınmış firmaları satılır. Şimali İtaliya liqası (Padanya) ayrılmaq istəyir. Həmçinin ölkəyə xeyli sayda qaçqın axın edir.

- İtaliya kimi İsveçrə də qaçqın problemi yaşayır.

- Portuqaliya və Yunanıstandakı iqtisadi böhranı hamımız bilirik.

- Rusiyanın son ərzaq embarqosu Norveç və Finlandiyaya çox mənfi təsir etdi.

- İngiltərədə isə İŞİD qorxusu hakimdir.

- Almaniyanı isə Rusiya ilə qarşılıqlı embarqolara görə enerji böhranı gözləyir.

Balkanlar, yəni Avropanın şərq hissəsi isə daha da qarışıqdır.

- Bosniyadakı küçə nümayişlərində yaşananlar hamımızın yadındadır və keçmişdəki qırğınların izləri hələ də davam edir. Ölkədə iqtisadiyyat zəif, işsizlik nisbəti 50%-dir.

- Kosovanın tanınması problemi var. Xüsusilə ölkənin şimalındakı serbiyalılarla problem mövcuddur.

- Makedoniyada da milli birlik təhdid altındadır. Albaniya ilə problemləri var. Makedoniya adından istifadə etdiyi üçün Yunanıstanla problem yaşayır.

- Serbiyada son seçkilərdə ifrat millətçilərin iqtidara gəlməsi isə Avropa Birliyini narahat etdi. Avropa Birliyinə daxil olma prosesində Rusiyanın Serbiyaya nə qədər icazə verəcəyi isə məlum deyil.

- Bolqarıstanda ifrat sağçıların güclənməsi ölkədəki dincliyi təhdid edir.

Dünyanın digər ölkələrinə də qısa şəkildə nəzər yetirək.

- Azərbaycanla Ermənistan arasındakı problem bitəcək kimi görünmür.

- Pakistanda müxalifət hökumətə qarşı qiyam qaldırdı. Paytaxt İslamabadın rəhbərliyi orduya təhvil verildi.

- Əfqanıstanda isə seçkinin nəticələrinə görə qırğın saatlı bomba kimidir.

- Şərqi Türküstandan hər gün ölüm xəbərləri gəlir.

- Gürcüstanın Rusiya ilə ciddi problemləri var.

- Moldovada Transdinyester bölgəsi ayrılmaq istəyir. Cənubi Amerikada isə;

- Braziliyada 2013-cü ildən etibarən qəribə hadisələr baş verir.

- Kolumbiya narkotika ticarətinin pəncəsində, Argentina müflisləşdi... Problemlər problemlər, problemlər. Ölkələrdəki problemlər bitmir, ancaq bu problemlərə həll yolları da təklif edilmir. Qərb ölkələri sülhü təmin etmək üçün əsas vasitə olaraq silahı gördükləri üçün uğur qazana bilmirlər.

Dünya gündəmini məşğul edən bütün bu hadisələrin ortaq itirəni var: Xalqlar ... Açıq şəkildə qazanan olmasa da, gizli qalibləri müdafiə sənayesi firmaları və bunlara sahib olan ölkələrdir. Dünyanın ən böyük 40 müdafiə sənayesi firmasının bir illik dövriyyəsi 270 milyard dollara yaxındır və bu firmalar ABŞ, Rusiya, Almaniya, Fransa və Çinə məxsusdur.

Yer üzündə fitnə və fəsad artmış, insanlıq darmadağın edilmişdir. Dünyada insanların sülh və qardaşlıq içində dinc yaşamaları üçün maddi vəsaitlər silahların artması üçün deyil, mənəviyyatın dərinləşməsi üçün sərf edilməlidir.

Axirətdə hesab verəcəyini bilən, Allah'ı sevən, Ondan qorxan, Quran əxlaqını yaşayan bir insan qarşısındakını Allah'ın təzahürü olaraq görər. Ona kinlə deyil, sevgi və şəfqətlə yaxınlaşar.

Bu mövzuda müsəlman ölkələri dünyaya nümunə olmalıdırlar. Üzərlərinə çökmüş qaranlıqdan qurtulmalıdırlar. Xurafat və radikalizmi tərk edərək Quran əxlaqına yönəlməlidirlər. Əvvəlcə öz ölkələrində birliyi təmin edib sonradan bütün müsəlmanların birləşməsi üçün səy göstərməlidirlər. Müsəlmanlar ancaq birləşsələr, özlərinə yönələn təhdidlərdən xilas ola bilərlər. Hər ölkənin özünü qorumaq üçün tədbir almasındansa, qurulacaq Türk-İslam Birliyinin müsəlmanları qoruması çox asan, məntiqli və doğrudur.