Uçuş rekordçusu olan cüllüt

Uçuş rekordçusu olan cüllüt

Köç edən quşlar içində dünyanın ən uzun məsafəsini çox sürətlə uça bilən quş cüllütdür. Əslində, antraktida dəniz qaranquşu daha yavaş sürətlə uzun məsafələrə uça bilir, lakin cüllüt həm sürət, həm də qət etdiyi məsafəyə görə birinci sıradadır. Elm adamları cüllütün heç dayanmadan 6.700 km məsafəni saatda təxminən 100 km sürətlə uçduğunu təsbit ediblər. Bu quşların bəziləri İsveçrədən uçmağa başlayanda Orta Afrikaya (6.700 km-ə) 3.5 gündə çatırlar. Şübhəsiz ki, bu böyük bir müvəffəqiyyətdir.