Akrobat bal arıları

 Akrobat bal arıları

Arıların gözləri 3000-4000 kiçik linzalardan ibarətdir. Hər bir linzanın içində birdən çox qəbuledici var. Ortadakı linza kənardakılara nisbətən daha böyükdür. Buna görə arılar önlərini daha yaxşı görürlər. Bir mikron böyüklüyündəki kiçik qəbuledicilər xüsusi optik quruluşa malikdirlər. Çünki arının gözləri ultrabənövşəyi şüalara qarşı çox həssasdır və işığın polyarizasiyasını qəbul edir. Bu, onlara istiqamətlərini tapmaq üçün xüsusi ünsiyyət sistemindən istifadə etməyə yardım edir. Istiqamətlərini polyarlaşmış işığa görə müəyyən edən arılar qida qaynağını tapdıqdan sonra geri qayaraq digər arılara qidanın yerini və istiqamətini xüsusi vizual kodla (rəqs) bildirirlər. Bu rabitə arıların mükəmməl vizual proses və qəbuletmə sisteminin olduğunu ortaya qoyur.

Bal arılarının gözlərindəki optik dizaynı nümunə götürən elm adamları kompleks manevrlər edən naviqasiya sistemləri istehsal ediblər.

Müasir texnologiyanın mövcud olan bütün imkanlarına baxmayaraq, canlılar hələ də tam təqlid edilməmiş mükəmməl sistemləri ilə dünyadakı həyatın gələcəyini qarantiya altına ala bilərlər.

Onların bu xüsusiyyətləri milyonlarla ildir belədir, çünki canlıların hamısı Uca Allahın yaratdığı qüsursuz əsərlərdir. Rəbbimiz heyranlıq yaradan sənətini – canlıları insanların görmələri və üzərində düşünmələri üçün belə ehtişamlı şəkildə yaradır. Bu həqiqətə bir Quran ayəsində belə diqqət çəkilir:  

…Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi,54)

Uçuş texnikaları ilə texnologiyaya ilham qaynağı olan canlılar

Elmi dairələr təyyarə texnologiyasında böyük nailiyyətlər əldə edildiyini düşünürlər. Ancaq aeorodinamik möcüzələrə sahib canlılarla müqayisə edildiyi zaman ən inkişaf etmiş hava vasitəsi belə kobud kopiyadan kənara çıxa bilmir. Elm adamları canlıların mükəmməl xüsusiyyətlərini təqlid edərək inkişaf etmiş uçuş texnikaları əldə etməyə çalışırlar.