Elektrikli ilan balığından müdafiə və rabitə texnologiyasına

Elektrikli ilan balığından müdafiə və rabitə texnologiyasına

Boyu 2 metrə çatan ilan balığının gövdəsinin üçdə iki hissəsi elektrik hasil edən hüceyrələrlə örtülüdür. Sayı 5000-6000-ə çatan bu hüceyrələr vasitəsilə 550 volt, 2 amper elektrik hasil edilir. İlan balığının yaydığı elektrikin şokedici təsiri o qədər güclüdür ki, 2 metr uzaqlıqdakı canlıları belə öldürə bilir. Balığın bu qədər güclü enerjiyə sahib olması, həqiqətən də, böyük yaradılış möcüzəsidir. Bu, çox kompleks sistemdir və mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür. Çünki balığın elektrik sistemi tam işləməsə, ona heç bir fayda verməz. Başqa sözlə desək, sistemin bütün hissələri eyni anda, qüsursuz şəkildə yaradılıb.

Elm adamları elektrikli ilan balığının müdafiə mexanizmini təqlid edir və müasir dövrdə buna bənzər elektrikli müdafiə silahlarından istifadə edilir.

Hər hansı bir cismin yerini müəyyən etmək və ya rabitə məqsədi ilə elektrik impulslarından istifadə edilə bilər. Ancaq bunun üçün böyük elmi təcrübə və qabaqcıl texnologiya tələb olunur. Müasir dövrdə belə bu səviyyəyə çatmış ölkələr xeyli azdır. Halbuki bəzi elektrikli balıqların bədənində müntəzəm şəkildə elektrik impulsları yayan və impulsların toxunduğu cisimləri şərh edən radar mövcuddur. Balıq bu radar vasitəsilə ətrafındakı cisimlərin ölçüsü, keçiriciliyi və hərəkəti haqqında məlumatlar əldə edir. Həmçinin bu sistemlə digər elektrikli ilan balığının cinsiyyəti və yaşı haqqında məlumat alır, yaxud da onu qorxudur. İnsanların istifadə etdiyi radar və rabitə sistemlərinin nə qədər kompleks cihazlar olduğunu nəzərə alsaq, balığın bədənindəki bu möcüzəvi yaradılışı daha yaxşı anlayarıq.

Unudulmamalıdır ki, təbiətdəki bənzərsiz yaradılış xüsusiyyətləri Rəbbimizin bizə bəxş etdiyi böyük nemətlərdir. Bunları təqlid etmək və nümunə götürmək insanı daim daha yaxşıya aparır. Elm dünyası son bir neçə ildir ki, təbiətdəki yaradılış xüsusiyyətlərinin zəngin qaynaq olduğunun və gündəlik həyata tətbiq edilməsinin faydasının fərqinə varmışdır. Şübhəsiz ki, bu qaynaqdan doğru istiqamətdə istifadə etmək və texnologiyaya tətbiq etmək sürətli inkişafa səbəb olacaq.
Quranın bir çox ayələrində bu bənzərsiz və mükəmməl yaradılışa diqqət çəkilir. Allah bənzərsiz yaratmasının nümunəsi olan saysız-hesabsız nemətlərin çoxluğunu bir ayədə belə bildirir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)