Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz

Qolunuzdakı saatı bir müddət sonra niyə hiss etmirsiniz

Hər bir insanın dərisi  gün  ərzində  geyimlərlə  təmasda  olur.Amma  onları  həmişə hiss etmir.Gecə  yatarkən üstünə  çəkdiyi   yorğanla, qoluna  taxdığı  saatla, ya da oturduğu  kreslo  ilə  təmasda  olduğunu da daim  qavramır.Bunun  vacib  səbəbi var. İnsan  dərisindəki  qəbuledicilər  müəyyən  müddətdən  sonra  beyinə və  dəriyə  təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı  vərdiş  qazanır və    onunla  bağlı   hisslər  müəyyən  müddətdən sonra  dayandırılır.

Bu, Allahın bədənimizdə  yaratdığı  möcüzəvi  bir  sistem  və mükəmməl  xüsusiyyətdir.Bir çox  insan bucür təfərruatların  fərqinə  belə  varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur.

Bədəndəki öyrəşmə mexanizmi olmasaydı, geyinmək kimi adi bir hadisə insana böyük çətinlik yaradardı. İnsanın üzərindəki geyimləri daim hiss etməsi əziyyətə çevrilər və toxunduğu əşyalardan gələn siqnalları qəbul edəndə çətinlik çəkərdi. Daim geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın biləyində daim hərəkət etdiyini düşünmək məcburiyyətində qala bilərdi. Bu səbəbdən, rahat yata bilməz, istirahət edə bilməz, həyatı olduqca çətinləşərdi.

Hiss duyğusu bir nemət olduğu kimi, hissin zamanla itməsi də insana verilmiş böyük nemətdir. Tək bir xüsusiyyət insanın həyatını asanlaşdırır və onun rahat yaşamasına səbəb olur. Təkamülçülərin xəyali mexanizmlərinin isə insan bədəninin nəyə ehtiyacı olduğunu müəyyən edən şüuru yoxdur. Bu neməti insana təqdim edən bütün varlıqların bütün ehtiyaclarını ödəyən uca Allahdır.

Sizə  gələn  hər  bir  nemət  Allahdandır.Sonra  sizə  bir  müsibət  üz  verdikdə  Ona  yalvarıb-yaxarırsınız! (Nəhl  surəsi, 53)