Küləklərin əmələ gəlməsindəki nizam

Küləklərin əmələ gəlməsindəki nizam

 "...Küləkləri (müəyyən bir nizam içində) istiqamətləndirməsində ağılla düşünən qövmlər üçün dəlillər vardır". ("Casiyə" surəsi, 45/5)
Külək müxtəlif istilik mərkəzləri arasında meydana gələn hava cərəyanıdır. Hava atmosferdə müxtəlif hərarət və təzyiqlər yaratdığı üçün o, fasiləsiz olaraq yüksək təzyiqdən aşağı təzyiqə tərəf axır. Təzyiq mərkəzləri, yəni atmosferdəki istiliklər arasındakı fərq böyük olanda hava cərəyanı, yəni külək də şiddətli olur. Böyük dağıntılara səbəb olan qasırğalar belə baş verir. Burada ən təəccüblü məsələlərdən biri də aralarında ekvator və qütblər kimi çox böyük fərq olan istilik və təzyiq qurşaqlarının mövcudluğuna baxmayaraq, Yer kürəsinin çox sərt küləklərə məruz qalmamasıdır. Bu Allah`ın Yeri müəyyən bir nizam daxilində yaratması sayəsində mümkün olub. Əgər qütblərlə ekvator arasında yaranan nəhəng hava cərəyanı yumşaldılmasaydı, Yerin səthi fasiləsiz olaraq şiddətli qasırğaların meydan suladığı ölü bir planetə çevrilərdi.
 
Yuxarıda oxuduğumuz ayənin "tasrifir riyah" ifadəsindəki "tasrif" kəlməsi "bir şeyi çox çevirib döndərmək", "yönləndirmək", "bir işə istiqamət vermək", "idarə etmək", "yayılmasını təşkil etmək" mənalarına gəlir. Göründüyü kimi, külək üçün işlədilən bu kəlmə küləklərin nizam-intizam içindəki hərəkətini tam olaraq tərif edir. Bundan başqa, bu vəziyyət küləyin öz-özünə, necə gəldi əsmədiyini də bizə çox aydın şəkildə çatdırır. Küləkləri insanların həyatda yaşamasına imkan verəcək tərzdə idarə edən Allah`dır.