Antiseptik mütəxəssisi fillər

Antiseptik mütəxəssisi fillər

Təbiətdəki canlıların hər biri təmizliklərini özləri etdikləri kimi, eyni zamanda, yaralarını da özləri müalicə edirlər. Dərilərini təmizləyərkən palçıqdan istifadə edən heyvanlardan biri də fillərdir. Fillər də eynilə kərgədanlar kimi dərilərindəki parazitlərdən xilas olmaq üçün palçıq vannası qəbul edirlər. Bunun səbəbi isə palçıqda mikrob və parazitlərin yaşaya bilməməsidir. Ancaq palçığın faydaları bununla da məhdudlaşmır. Xüsusilə gilli palçıq mikrobu saxlamamaqla yanaşı, yaraların qaysaq bağlayıb sağalmasını da asanlaşdıran xüsusiyyətə malikdir. Fillər isə gilli palçığı sanki bu xüsusiyyətlərini bilirmişlər kimi istifadə edirlər. Fillər, antiseptik xassəli gilli torpaq parçalarını böyük diqqətlə yaralarına sürtürlər, ya da xortumları ilə yaralarının üzərinə qaysaq bağlasın deyə toz atırlar.

Fillərlə yanaşı, eyni zamanda, bizonlar və Amerika camışları da toz vannası ilə təmizlənirlər. Bu hamam sayəsində camış köhnə dərisini dəyişir. Yeni dərisinin üzərində qalan nazik toz təbəqəsi isə həşəratların bu canlıları dişləməsinə mane olur. (Milad Grove-Stephen J. Karemann, Preserving Edens, s.99 Fokus Jurnalı, İyun 1996)

Heyvanların təmizlənmək, parazitlərdən xilas olmaq və öz-özlərini müalicə etmək üçün istifadə etdikləri metodlarda diqqət çəkən nöqtə hamısının təmizlənmək üçün nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin xeyir verəcəyini müəyyən etmələridir. Bir kərgədanın, bir filin və ya hər hansı başqa bir canlının yaşadığı ərazidə olan maddənin antiseptik xassəli olduğunu bilməsi, əlbəttə ki, mümkün deyil. Bütün bunlar uca Allahın bənzərsiz yaratma və canlılara ilhamının nümunələrindən yalnız biridir. Üstün elm sahibi olan Allah nəzarət edəndir, yaratdıqlarını qoruyandır.