Heyvanlar aləmində ən uca səsli həşərat - “Supersonus”

Heyvanlar aləmində ən uca səsli həşərat - “Supersonus”

Cənubi Amerika meşələrində yaşayan bu çəyirtkə növü yüksək tezlikli ultrasəs dalğaları yayır. Çəyirtkələr akustik dalğalarla ünsiyyət quran canlılar kimi tanınırlar. Erkəklər cütləşmə zamanı dişiləri cəlb etmək üçün qanadlarını bir-birinə sürtərək ən yüksək tezlikli səsləri çıxarırlar. Erkəklərin yaydığı səsin tezliyi bəzən 150 kHs-ə çatır.  Ancaq əksər çəyirtkələr 5-30 kHs aralığında səs çəxarırlar. İnsanlar isə yalnız 20 kHs-ə qədər səsləri eşidə bilirlər. Kolumbiyada və ekvatorial meşələrdə yeni tapılan bu fəsiləyə “Supersonus” adı verilmişdir.

Allah bütün canlılara fərqli xüsusiyyətlər verərək onları yaşadıqları mühitə uyğunlaşdırmışdır. “Supersonus” adlandırılan bu həşərat növü də sahib olduğu qüsursuz sistemlərlə yaradılış möcüzəsidir. Həşərat ön qanadlarının çox kiçik olmasına baxmayaraq, çox yüksək tezlikli səslər çıxarır. 

Linkoln universitetinin professoru Dr. Fernando Monteleqre-Z “Supersonus”la bağlı belə açıqlama vermişdir:

“Uzaqdakı dişiləri çağırmaq üçün erkək çəyirtkələr bir qanadını digər qanadının üzərindəki dişlərə sürtərək mahnı oxuyurlar. Bu qanad nağara kimi titrəyərək dinamika funksiyası yerinə yetirir. İnkişaf etmiş texnologiyadan istifadə edərək bunları aşkar etdik: “supersonus” sağ qanadı ilə səsi yaymaq üçün bağlı qutu əmələ gətirir. İnsanların düzəltdiyi səsucaldan dinamikalarda da  səsi yaymaq  üçün bu üsuldan istifadə olunur. Böyük dinamikalar alçaq tezlikli səslər, kiçik dinamikalar isə yüksək tezlikli səslər yayır. Buna görə də çəyirtkələr kiçik qanadları ilə mahnılarını belə yüksək tezlikdə yayırlar.”
Stratklayd Universiteti Ultrasəs Mühəndisliyi Mərkəzinin professoru Dr. Ceyms Vindmil belə bildirmişdir: “Bu həşəratlar yüksək ultrasəs siqnalları göndərə və eşidə bilirlər.” 

Bu həşəratlar yüksək tezlikli ultrasəs dalğaları sayəsində yarasa kimi heyvanlardan qorunurlar. Yarasalar ekolokasiyadan istifadə edərək ovlarının hərəkətlərini təsbit edir, eyni zamanda da çəyirtkə və qurbağa kimi canlıların mahnılarını dinləyirlər. “Supersonus”lar qulaqları ilə yarasaların yaydıqları ekolokasiya dalğalarını tuturlar. Bəzi yarasalar 150 kHs kimi çox yüksək tezlikli ultrasəs dalğalarını tutaraq, canlıların yerini müəyyən edirlər. Amma çəyirtkələrin yaydığı səslər uzaq məsafələrdə çox tez itdiyi üçün yarasa onun siqnalını eşitməkdə çətinlik çəkir. 

Yeni kəşf edilən həşərat  növünə bu xüsusiyyətləri uca Rəbbimiz bəxş etmişdir. Yüksək tezlikli səsləri qəbul etmələrini və özlərini qorumaq üçün duyğu orqanlarını yaradan Allah hər canlıda bizə Öz yaratma sənətinin dəlillərini göstərir.  Müasir texnologiya sayəsində canlıların mükəmməl xüsusiyyətlərini öyrənmək Allaha olan sevgimizin və qorxumuzun artmasına, Allahın böyüklüyünü təqdir etməyimizə vəsilə olur.

Allah sonsuz güc və qüdrətinin hər şeyi əhatə etdiyini Quranın bir ayəsində belə bildirmişdir:

Yeddi göyü təbəqələr şəklində yaradan Odur. Sən Rəhman olan (Allahın) yaratdığında qətiyyən bir uyğunsuzluq görə bilməzsən. Bir başını qaldırıb (göyə) bax, heç onda yarıq (nöqsan) görürsənmi?! Sonra göz gəzdirib yenidən bax! Göz (uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda sənə tərəf qayıdacaqdır. (Mülk surəsi, 3-4)