Elm Dünyasını Təəccübləndirən Kəşf:hər Növün DNT Zəncirinin Daşıdığı Məlumat Müxtəlifdir

Elm Dünyasını Təəccübləndirən Kəşf:hər Növün DNT Zəncirinin Daşıdığı Məlumat Müxtəlifdir

Hər canlı DNT və RNT adlı bir növ hərf sırasından ibarət genetik koda sahibdir və uzun illərdir bu mövzuhaqqında araşdırmalar aparılır. Ancaq genetika elminin yarandığı ilk illərdən etibarən əldə olunan bütün məlumatlar “təsadüflərə əsaslanan həyat” yanılması ilə dəyərləndirilmişdir. Beləliklədə, genetika elminə bir çoxyanlış anlayışlar hakim olmuşdur. Məsələn, eyni genetik hərf sırasına sahib olan müxtəlif canlı növlərində canlının zülal quruluşunatəsirin də eyni olduğu tərəddüdsüz qəbul edilmişdi. Bu səbəbdən genetik quruluşun bənzərliyi canlıların  ortaq əcdaddan gəldiyinə dəlil olaraq göstərilmiş, ancaq nə bu iddianı dəstəkləyən xəyali əcdada aid qalıqlar, nə də mutasiya ilə yeni növün yarandığına dair nümunə göstərilə bilmişdi. Buna baxmayaraq,tamamilə zənnə əsaslanan inancla bu iddialarelmi həqiqət kimi müdafiə edilirdi.

Canlılar haqqında ümumi bir nəticə çıxarmaq üçüncanlı növlərinin hamısından nümunələr verilərəktədqiq edilməlidir. Bu, elmiüsulun tələbidir. Buna baxmayaraq, indiyə qədər genetik tədqiqatların çoxu yalnız bakteriyalar üzərində aparılmışdır. Həmçinin bu bakteriyalar təcrübələrdə istifadə etmək üçünloboratoriya şəraitində canlı saxlanılmalıvə sürətlə çoxalmağa əlverişli quruluşda olmalıdır. Lakin mikroskopik canlıların yalnız 1% -i  laboratoriya şəraitində təcrübə üçün yararlıdır.Qalan 99% -i “qaranlıq maddə”, yəni müəmma olaraq qalmışdır. Lakin son zamanlara qədər bu 1%-dən əldə olunan məlumatlar bütün bakteriyalara aid edilmişdi.

Son dövrlərdə kəşf olunan “metagenomik və tək hüceyrə genomikasına”əsaslanan üsullar ilə bu maneə aradan qaldırılaraq bütün canlıların genetik quruluşunun tədqiq olunmasınaşərait  yarandı.

“Müxtəlif lüğətlərdən” istifadə edən canlılar

“Metagenomik və tək hüceyrə genomikası” üsulları ilə aparılan araşdırmalar nəticəsində məlum oldu ki, canlıların bir qisminin genlərində eyni kəlmələrdən,yəni eyni genetik hərflərdən istifadəolunsa da, bu kəlimələr fərqli mənalar daşıyır, yəni fərqli zülal quruluşu göstərir. Bəzi canlılar digərlərindən fərqli “lüğətlərdən” istifadə edirlər.

Bu mövzunu daha yaxşı başa düşmək üçün yazılışı oxşar olan bir kəlmənin iki fərqli dildə fərqli mənalar daşımasını misal göstərə bilərik. Məsələn, “say” sözü Azərbaycandilində “saymaq” , ingilis dilində isə “söyləmək” mənasına gəlir. Bunun kimi, DNT-də yazılışı eyni olsa da, genlərin düzülüşünün təsiri müxtəlif canlılarda fərqli ola bilir.

“Dayan” əmrini “amin turşusu əlavə et” kimi qəbul edən bakteriyalar elm dünyasını təəccübləndirdi

DNT zəncirində yan-yana yerləşən 3 hərf  bir zülal şifrələyir. Bu şəkildə 64 fərqli düzülüş mövcuddur. Bunlardan üçü  “dayandırma şifrəsi” adlandırılır. Yəni bu hərflərin  yan-yana düzülməsi zülal sintezi üçün “dayan” əmridir. Lakin aparılan tədqiqatlarda məlum olmuşdur ki, bəzi bakteriyalar bu şifrələrdən biri ilə qarşılaşdığı zamanşifrəni “dayan”  kimi oxumaq əvəzinə,qlisinamin turşusu əlavə edir.

Bu kəşfi digər canlılar üzərində müşahidə etmək istəyən tədqiqatçılar dünyanın müxtəlif bölgələrindən topladıqları 5.6 trilyon genetik kod üzərində araşdırma apardılar. Nəticədə, canlıların 10 %-nin lüğətinin fərqli olduğu, yəni eyni genetik kodun bəzi canlılarda fərqli oxunduğu müəyyən edildi. Beləliklə, bu günə qədər elmi əsas kimi qəbul edilən “genetik kodun bütün canlılarda bir dili olduğu” ilə bağlı iddianın əsassızlığı məlum oldu. Canlıların genetik quruluşundakı oxşarlığın tək başına bir əhəmiyyət kəsb etmədiyi aydın oldu.

Bu araşdırma canlıların “milyon illər ərzində bir hüceyrədən, təsadüfi dəyişikliklərlə əmələ gəldiyi” fikrinə əsaslanan yanılğıya gözəl elmi cavab olması baxımından çox vacibdir. Genetik quruluşun oxunuşunun müxtəlif canlılarda fərqli ola bildiyinin göstərilməsi canlıların ortaq əcdaddan törəməsi fikrinin əsassızlığı bir daha sübut etdi.

Elmi araşdırmalar ön mühakimələrdən uzaq, ağılla aparıldıqda əldə olunan nəticələr də bir o qədər doğru və heyrətamiz olur. Allah Quranın bir çox ayələrində bizə düşünməyimizi və araşdırmağımızı əmr etmişdir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanları yer üzünə yaymasında, küləklərin istiqamətinindəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi,164)

 Elmi gerçəklər bizə hər zaman bir həqiqəti göstərir:

Hər canlı bir anda Allahın qüsursuz yaratması ilə ortaya çıxmışdır və öz nəslini davam etdirir. Milyon illər keçsə də, hər bir fərd məxsus olduğu növün xüsusiyyətlərini daşıyır. Elmi kəşflər Allahın yaratmasının dəlillərini gözlər önünə sərir və bu,Rəbbimizin bənzərsiz yaratmasına heyranlığımızı daha da artırır.