Elmə məlum olan ən böyük qara dəliklər

Elmə məlum olan ən böyük qara dəliklər

Astronomlar bu günə qədər məlum olan qara dəliklərdən daha böyük iki dəlik kəşf etdilər.

"Nature" jurnalındakı dərc edilən məqalədə bildirilmişdir ki, Berkeleydəki Kaliforniya Universitetinin elm adamlarının müşahidə etdiyi iki qara dəliyin hər birinin kütləsi Günəşin kütləsindən təxminən 10 milyard dəfə çoxdur.

Nəhəng qara dəliklər iki müxtəlif qalaktikanın mərkəzində yerləşirlər. Bu günə qədər müşahidə edilən ən böyük qara dəlik Günəşin kütləsindən 6 milyard daha böyük kütləyə sahib idi.