Allahın müxtəliflik sənətinə nümunə: Göz tipləri

Allahın müxtəliflik sənətinə nümunə: Göz tipləri

Uca Allahın yaratma sənəti geniş və müxtəlifdir.Müxtəliflik uca Allahınsonsuz ağlının ən böyükdəlillərindəndir.Rəbbimizin yaratdığı bu müxtəlifliyəən gözəl nümunələrdən biri də canlıların hər birinin ehtiyacına uyğun,mükəmməl xüsusiyyətlərə malikgözlərə sahib olmasıdır.Bu məqalədə təkamülçülərin bəsit canlı adlandırdığı canlıların belə, əslində, düşündükləri kimi bəsit olmadığı, uca Allahın bu canlıları möhtəşəm xüsusiyyətlərlə yaratdığıətraflı izah ediləcək.

Gözlər uca Allahın yaratmasının qüsursuz nümunələrindəndir.Göz "Gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləriçıxılmaz vəziyyətə salan orqanlardan biridir.Gözün quruluşu və funksiyaları araşdırıldığı zaman təkamülçülərin qaçışının səbəbi daha yaxşı başa düşülür.Göz bir çox hissə və orqanoidlərdən ibarət mürəkkəbquruluşa malikdir.Heyrət doğuracaq qədər geniş funksiyaları vardır.Bu funksiyalar gözü təşkil edən ayrı-ayrı orqanoid və hissələrin uyğunluq içindəfəaliyyəti nəticəsində baş verir.Gözlər hər canlı növünün ehtiyaclarına uyğun olaraq xüsusi yaradılmışdır.Bəsmüxtəlif canlı növlərinin bir-birindən mükəmməl funksiyalarla təchiz edilmiş gözlərihansı xüsusiyyətlərə malikdir?

Uca Allah canlıların gözlərini kamera tipli və mürəkkəb gözlər olmaqla, iki cür yaratmışdır.Lakin bu iki tip gözün çalışmamexanizmləri və canlılar arasındakı çeşidləri müxtəlifdir. Şübhəsiz ki, bu vəziyyət uca Allahın yaratma sənətinin müxtəlifliyini və sonsuz ağlını nümayiş etdirir. Uca Allahın qüsursuz yaratmasına nümunə olan bu göz tiplərinin xüsusiyyətləri belədir:

KAMERA TİPLİ GÖZLƏR

Kamera tipli göz quruluşu insanlarda, onurğalı heyvanlarda, bəzi su canlılarında və hörümçəklərdə mövcuddur.Bu cür gözlərdəgörüntüləri torlu qişa üzərinə fokuslamaq üçünbir büllurolur.Bu gözlər işığın sınma qanuna uyğunçalışır.İşıq  gözünön hissəsindəki büllurdansınaraq keçir və gözün arxa hissəsinə düşür. Əsasən, meduza kimi dəniz canlılarındabəzi kiçik dəyişikliklərlə bu cür göz quruluşuna rast gəlinir.Meduzalarda da bu cür göz tipinin mövcudolması təkamülçülərin canlıların sadədən mürəkkəbə doğrutəkamül inkişafı xəttinə zərbə vurur.Çünki darvinistlərin xəyali təkamül prosesinə görə, təkamülün ən yüksək pilləsində yerləşən insanən mükəmməlxüsusiyyətlərdə gözə sahib olmalıdır.Halbuki onların ssenarilərinə əsasən ən alt pillələrdə yerləşən meduza da insanla oxşar göz xüsusiyyətlərinə malikdir.Üstəlik, kamera tipli gözlərə sahib olan canlıların bəzilərinin görmə qabiliyyəti insandandaha üstündür.Əlbəttə, bu vəziyyət təkamülün olmadığının ən bariz sübutlarından biridir.Uca Allah bu həqiqəti Quranınbir ayəsində belə bildirir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz… (Ənbiya surəsi, 18)