Qartalların uçmaq üçün xüsusi yaradılmış bədəni

Qartalların uçmaq üçün xüsusi yaradılmış bədəni

Quşları tədqiq etdiyimiz zaman bütün xüsusiyyətlərinin uçuş üçün xüsusi dizayn edildiyini görürük. Məsələn, səmada ən yaxşı hərəkət qabiliyyətinə sahib quşlardan biri olan qartalların bədən quruluşu qüsursuzdur. Qartallar həm havada uçacaq qədər yüngül, həm də ovu asanlıqla daşıyacaq qədər güclü olmalıdırlar. Qartalların sümüklərinin içi boş olduğu üçün yüngüldür. Ağ qartalın skeletinin ağırlığı təqribən 272 qramdır. Bir sözlə, bu canlılar uçmaq üçün ideal ağırlığa sahibdir.

Qartal uçarkən əsas gücü qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə də qanadları aşağıya itələyən əzələlərin sayı yuxarıya doğru itələyən əzələlərin sayından çoxdur.

Qartal üçün uçuş əzələləri çox mühümdür. Bu əzələlər quşun bədən ağırlığının yarısı qədərdir. Qartallar qanadlarının istiqamətini dəyişərək daha sürətli və ya daha yavaş uça bilirlər.

Qartalların gözlərində "niktitant pərdə" adlandırılan üçüncü göz qapağı var. Bu qapağın vəzifəsi gözləri təmizləyib qorumaqdır. Balalarını yemləyərkən göz qapaqlarını bağlı tuturlar. Bu, balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçündür. Qartallar həm qüsursuz uçuş bacarığına, həm də yerə enmək üçün xüsusi lələklərə sahibdir. Qartal yerə enərkən quyruğunu müəyyən bucaq altında aşağı əyməklə sürətini azaldır. Həmçinin qanadlarından əyləc kimi də istifadə edir. Lakin sürəti azalarkən qanadların üstündə yaranan hava axını qartalın yerə düşmək təhlükəsinin artırır. Canlı qanadlarının ucunda olan üç-dörd lələyi qaldıraraq bu təhlükənin qarşısını alır.

Verilən nümunələrdən açıq şəkildə görünən bir həqiqət var. Qartalın bədənindəki dizayn o qədər mükəmməldir ki, təsadüfən ortaya çıxması mümkün deyil. Bu, bizə digər bütün quşlar və canlılar kimi, qartalları da sonsuz qüvvət sahibi Allahın yaratdığını sübut edir.

Məgər onlar (Allaha) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)