Səs-küy çıxaran xərçənglər

Səs-küy çıxaran xərçənglər

Panulirus cinsinə məxsus xərçənglər olduqca maraqlı müdafiəetmə sisteminə sahibdirlər. Bu xərçənglər ancaq simli çalğılardan çıxarılan narahatedici sürtünmə səsini kəsik-kəsik çıxarır və bunun sayəsində düşmənlərini qaçırdırlar. 

Duke Universiteti biologiya bölməsindən Sheila Patekə görə bu canlıların gözlərinin altında, mikroskopik cizgilərlə bağlı olan və əyilib bükülə bilən antenalar var. Panulirus xərçəngləri antenalarındakı bu cizgiləri iç-içə keçirib sürtməyə başladıqları zaman skripka simlərinin bir-birinə sürtünməsi ilə yaranan qorxulu səsin bənzərini çıxara bilirlər. (Science et Vie, İyul 2001 səh. 15) 

Amma maraqlı cəhət ondan ibarətdir ki, xərçənglər bu xüsusiyyətə qabıqlarının yumşaq olduğu və buna görə müdafiəsiz qaldıqları bir dövrdə sahib olurlar. Heç bir elm sahəsi canlılardakı bu üstün dizaynın olmasını kor-koranə təsadüflərlə açıqlaya bilmir. Bütün canlılar və müdafiəetmə sistemləri əvvəlcədən planlanmışdır. Planlı və üzərində düşünülmüş olan bütün dizaynlar dizaynerin varlığına işarə edir. Panulirus xərçəngindəki bu dizayn da onu və bütün canlıları Allah‘ın yaratdığını göstərir.