Hüceyrənin içindəki ən əsas detal: Zülal

Hüceyrənin içindəki ən əsas detal: Zülal

Hüceyrəni təşkil edən vahidlərdən biri olan zülal ardıcıl düzülmüş amin turşularından təşkil olunmuşdur. Bir zülalın əmələ gəlməsi üçün bir çox şərt var. Bunlardan ən əsası aşağıdakılardır:

Amin turşuları peptid rabitəsi adlanan xüsusi rabitə ilə bir-birlərinə birləşməlidir;

Zülalı təşkil edən amin turşuları sol əlli olmalıdır;

Xüsusi ardıcıllıqla bir-birinə birləşməlidir.

100 amin turşusu uzunluğundakı kiçik bir zülal zəncirində belə amin turşularının təsadüfən sol əlli olması, təsadüfən xüsusi ardıcıllıqla birləşməsi, təsadüfən bir-birinə peptid rabitə ilə birləşməsi qətiyyən mümkün deyil. Bu ehtimalların heç birinin təsadüfən mümkün olmadığını görən elm adamları hesablama aparmış və belə bir təsadüf ehtimalının təqribən 10190-da 1 olduğunu müəyyən etmişlər (bu say 10 rəqəminin yanına 190 sıfır əlavə etməklə alınır). Belə bir ehtimalın baş verməsi üçün Yer kürəsinin yaşı qədər uzun müddət verilsə də, bir zülalın təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Riyazi cəhətdən də 1050-də 1 ehtimalın sıfır ehtimal qəbul edildiyini nəzərə alsaq, bunu daha yaxşı anlaya bilərik. Çünki 10190   təqribən 4 ədəd 1050-dən ibarətdir (1050x1050x1050x1040=10190).

Zülallar hüceyrələrin həm quruluş vahididir, həm də çox mürəkkəb orqanoidləri təşkil edirlər. Bütün bədəninizin, daha geniş mənada, bütün canlılar aləminin əsas quruluş vahidləridir. Bircə zülalın öz-özünə, təsadüfən əmələgəlmə ehtimalı yoxdursa, bu mükəmməl quruluşun hüceyrənin əsasını təşkil etməsi, bu qədər çox zülalın birləşməsi və mütəmadi olaraq yenidən sintezlənməsi təkamül nəzəriyyəsini kökündən təkzib edən mühüm faktdır.

Allah öz-özünə əmələ gəlməsi qeyri-mümkün olan bu mükəmməl xam maddəni insanlara tanıdaraq Öz yaratma sənətinin üstünlüyünü göstərir. İnsan onu təşkil edən saysız-hesabsız zülal üzərində bir neçə saniyə düşünərək Allah`ın hər an bir möcüzə yaratdığını açıq-aydın görə bilər. Bu nemətin əvəzində isə Allah`a şükür etməlidir.

(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini təbliğ etdiyini bilsin. (Allah) onlarda olanların hamısını ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır. (Cin surəsi, 28)