Buqələmunlar və rəngi istəyə görə dəyişən paltarlar

Buqələmunlar və rəngi istəyə görə dəyişən paltarlar

Buqələmunların olduqları mühitə görə rəng dəyişdirə bilmələri çox təəccüblü və ən az o qədər da estetik bir haldır. Buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu işi hazırlamaqda tezliyi ilə insanı heyrətə salır.

Buqələmun, dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcılarını, mavi və ağ əks etdirici təbəqəni və ən əhəmiyyətlisi də rəngini tündləşdirən "kramotofor" hüceyrələrini böyük bir ustalıqla istifadə edə bilir. Məsələn, bir buqələmunu sapsarı bir mühitə qoyduqda bədəninin rənginin də sürətlə sarı rəngə çevrildiyini görərsiniz. Buqələmun yalnız tək bir rəngə deyil, eyni anda bir neçə fərqli rənglə də tam uyğunlaşma bilir. Bunu bacarmağının sirri isə bu usta kamuflyajçının dərisinin altındakı rəng hüceyrələrinin ölçücə böyümələri və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunluq göstərmələridir.

ABŞ-da MTİ laboratoriyalarında buqələmunlardakı kimi rəng dəyişdirmə xüsusiyyətinə sahib olan paltar, ayaqqabı və çantalar hazırlamağı məqsəd qoyan bir əməliyyat icra edilir. Üzərində çalışılan bu texnologiya xüsusi bir silikon vəsaitin kiçik bir elektron yükləməsi ilə istənilən rəngə çevrilməsini təmin edir. Beləliklə, parça və buna bənzər başqa materialdan istehsal olunan hər cür geyim əşyası və aksesuarın bir neçə saniyədə rəng və naxış dəyişdirməsi mümkün olur. Bu iş üçün kiçik bir elektron cihaz istifadə edilməlidir.

Batareya ilə işləyən bu cihaza üzərindəki klaviaturadan istifadəsi istənilən rəng kodunun daxil edilməsi kifayətdir. Lakin bu texnologiya bu gün üçün olduqca bahalıdır. Məsələn, bir kişi pencəyinin xərci 10 min dollar qədərdir.

Biri sizə gəlib bir pencək göstərsə və desə ki: "Bu, pencəyin rəng dəyişdirmə xüsusiyyəti var. Amma nə pencəyi, nə də rəng dəyişdirmə xüsusiyyətini hazırlayan biri mövcud deyil.Öz-özünə yaranıb. "

Nə düşünərdiniz? Ehtimalla bunu söyləyən adamın "cahil" olduğunu düşünərdiniz. Çünki pencəyi tikən bir dərzinin və rəng dəyişdirmə xüsusiyyətini hazırlayan elm adamlarının var olduğu çox açıqdır.

Bəs buqələmun bu mükəmməl dəyişikliyi necə həyata keçirir? Bütün bu əməliyyatları özü edib, dəyişikliyi təmin edən sistemləri özü hazırlayıb, bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, bütün bunları buqələmunun öz iradəsi ilə etdiyini iddia etmək ağıla və məntiqə ziddir. Bir insanın belə bir dəyişikliyi reallaşdırması mümkün deyilkən, bir sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi mümkündürmü? Belə üstün bir qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək də eyni şəkildə tamamilə əsassız və mənasız bir iddiadır.

Təbiətdəki heç bir mexanizm belə qüsursuz bir qabiliyyəti meydana gətirmə və ehtiyacı olan canlıya vermə gücünə sahib deyil.
Buqələmunları Allah yaratmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu kimi nümunələrlə göstərir. Allah üstün və güclü olandır. Quranda Allahın yaratma elmi belə göstərilmişdir:

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.(Hədid surəsi,1-2)