Musiqiçi körpələr

Musiqiçi körpələr

Yeni doğulan körpələrin, ilk günlərdən etibarən notlar arasındakı uyğunlaşmanı və ton fərqlərini ayırd edə bildiyi ortaya çıxdı. İtalyanın Milano şəhərindəki Vita-Salute del San Raffaele Universitetindən elm adamları, 1-3 günlük 18 körpəyə yatarkən 3 musiqi parçası dinlətdilər. İlk mahnıda notlar bir-biri ilə uyğunlaşırdı. İkinci mahnıda bəzi notlar bir ton üstdən çalınmışdı və üçüncü mahnıda notlar arasında uyğunlaşma yox idi. Körpələr bu mahnıları dinləyərkən beyin tomoqrafiyaları çəkildi.

Yetkin insanlar musiqi dinlədiyində beynin sağ hissəsi fəaliyyətə keçir. Yeni doğulan körpələrin hamısında da beynin sağ hissəsinin təsirləndiyi görüldü. İkinci və üçüncü mahnı dinlədildiyində isə beynin sağ hissəsinin daha az təsirləndiyi və sol hissənin hərəkətə keçdiyi təyin olundu.

Elm adamlarına görə, bu nəticələr yeni doğulan körpələrin doğuşdan sonrakı ilk saatlardan etibarən musiqini qəbul etmə bacarığına sahib olaraq yaradıldıqlarını göstərir.Həmçinin notlar arasındakı uyğunlaşmanı və ton fərqlərini ayırd edə bildikləri də aydın olur.

Heç bir musiqi təhsili almayan, 1-2 günlük körpələrin notların uyğunlaşmasını və ton fərqlərini bilmələri, uca Allah’ın yaratma nemətlərindən yalnız biridir.