Təkamül nəzəriyyəsi rəngləri açıqlaya bilmir

Təkamül nəzəriyyəsi rəngləri açıqlaya bilmir

Canlıların rənglərinin və rəng dəyişdirmə sistemlərinin təbii seçmə yolu ilə əmələ gəlməsi qeyri-mümkündür. Bunu bir nümunə ilə izah edək. Buqələmuna baxaq. Buqələmun olduğu məkanın rənglərinə uyğunlaşan, həmin məkana uyğun rənglərini dəyişdirən canlıdır. Yaşıl yarpağın üstündə yaşıl rəng alır, qəhvəyi budağın üstündən keçdikdə dərisi qısa müddətdə qəhvəyi rəngə çevrilir. Rəng dəyişdirmə prosesinin necə əmələ gəldiyini birlikdə düşünək.

Bir canlının dərisinin rəngini dəyişdirməsi bədənində meydana gələn mürəkkəb reaksiyalar nəticəsində baş verir. Bir insanın öz rəngini və ya başqa canlının rəngini dəyişdirməsi mümkün deyil. Çünki insan orqanizmində buna uyğun sistemlər yoxdur. Belə bir sistemi insan öz-özünə də əmələ gətirə bilməz. Çünki sistem istehsal olunub canlı orqanizminə yerləşdiriləcək alət deyil. Qısası, bir canlının rəngini dəyişdirməsi üçün həmin canlı rəng dəyişdirmə mexanizmi ilə birlikdə var olmalıdır.

Yer üzündəki ilk buqələmunu düşünək... Əgər bu canlıda rəng dəyişdirmə xüsusiyyəti olmasaydı, nələr baş verərdi? Əvvəla, buqələmun gizlənə bilməyəcəyi üçün asanlıqla yırtıcılar tərəfindən ovlanardı. Bundan başqa, asan görüləcəyi üçün özünə yem ovlaması da çətinləşərdi. Bu da qorunma sistemi olmayan buqələmunun ölməsinə, ac qalmasına və bir müddət sonra nəslinin kəsilməsinə səbəb olardı. Ancaq bu gün dünyada hələ də buqələmunların olması belə bir hadisənin olmadığını göstərir. Deməli, buqələmunlar ilk dəfə var olduqları andan etibarən bu qüsursuz sistemə malikdirlər.
Təkamülçülər bu sistemin buqələmunun orqanizmində tədricən əmələ gəldiyini deyirlər. Bu təqdirdə, bəzi suallar doğur: buqələmun rəngini dəyişdirmək üçün bu qədər mürəkkəb sistem əvəzinə nə üçün daha sadə qorunma sistemi əmələ gətirməyib? Nə üçün bu qədər çox müdafiə metodu var ikən rəng dəyişdirməyi seçib? Rəng dəyişdirmək üçün lazımi kimyəvi proseslərdən ibarət mexanizm buqələmunun bədənində necə əmələ gəlib? Belə bir mexanizmi bir sürünənin düşünərək tapması və bədənində əmələ gətirməsi mümkündürmü? Bundan əlavə, bir sürünən hüceyrələrindəki DNT-lərdə rəng dəyişikliyi üçün lazımi informasiyanı şifrləyə bilərmi?

Şübhəsiz ki, belə bir şey əsla mümkün deyil. Bu suallara verilən cavablardan bir nəticəyə gəlirik: bir canlıda rəngini dəyişdirmək üçün lazımi kompleks sistem öz-özünə əmələ gələ bilməz.

Kəpənəyin hər iki qanadının simmetrik olması təsadüflə açıqlana bilməz.

Təkcə rəng dəyişikliyi sistemləri deyil, canlılardakı rəng və naxış müxtəlifliyi də düşündürən mövzudur. Tutuquşuların parlaq rənglərinin, balıqların zəngin rəng müxtəlifliyinin, kəpənəklərin qanadlarındakı simmetriyanın, çiçəklərdəki əlvan rənglərin və digər canlıların rənglərinin öz-özünə əmələ gəlməsi qeyri-mümkündür. Bu cür qüsursuz naxışlar, canlıların həyatında xüsusi funksiyaları olan rənglər və formalar açıq-aydın yaradılış dəlilidir. Ətrafımızdakı rənglərin əmələ gəlməsində üstün yaradılışın olduğu göz qabağındadır.

Bunu bir nümunə ilə aydınlaşdıraq: hər hansı məhsulu dizayn etdiyinizi və bu dizaynın da kvadratlardan ibarət olduğunu düşünək. Bu kvadratlardan təkcə birini çəkmək üçün kiçik hesablama aparmalıyıq: kvadratın dörd tərəfi də bərabər olmalı, dörd bucağı da 90 dərəcə olmalıdır. Kvadratı ancaq bu hesablamalardan sonra çəkə bilərik. Göründüyü kimi, bircə kvadratın çəkilməsi üçün də ağıl tələb olunur.

Eyni məntiqi ətrafımızdakı canlılara tətbiq edərək düşünək. Canlılarda qüsursuz uyğunluq, nizam və plan var. Bir kvadratın çəkilməsi üçün ağıl tələb olunduğunu anlayan insan kainatdakı nizamın, uyğunluğun, rənglərin, formaların əmələ gəlməsində üstün ağılın olduğunu dərhal anlayar. Deməli, kainat kimi bir sistemin təsadüfən əmələ gəlməsini iddia etmək ağıl və elmi cəhətdən əsassızdır. Bütün kainat sonsuz qüvvət sahibi Allah tərəfindən yaradılmışdır. Allah hər şeyi ən gözəl surətdə yaratmışdır.