İnsanı formalaşdıran hüceyrələr

İnsanı formalaşdıran hüceyrələr

İnsanın formalaşmasında ilk mərhələ yumurtanın sperma ilə mayalanmasıdır. Yumurtanı mayalandırmaq üçün mübarizə aparan milyonlarla spermadan yalnız biri buna müvəffəq olur. Ancaq bu, şans və ya təsadüf yarışı deyil, hər mərhələsi Allah tərəfindən qədərdə müəyyən edilmişdir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

“Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz?” (Vaqiə surəsi, 57-59)

Mayalanma zamanı doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini müəyyənləşdirən genlər birləşir. Minlərlə genin hər birinin xüsusi funksiyası vardır. Saç və göz rəngi, üzün forması, skelet sistemi, daxili orqanlar, beyin, sinir və əzələlərdəki saysız detallar bu genlər tərəfindən müəyyənləşdirlir.

Sperma və yumurtanın birləşməsindən yaranan hüceyrədə həyatımızın sonuna qədər hər hüceyrəmizdə daşıyacağımız DNT molekulunun ilk kopyası olur.

Mayalanmış yumurta adlandırılan ilk hüceyrə bədənin formalaşması üçün çoxalmalıdır.Bunu “bilən” hüceyrə bölünməyə qərar verir. Hüceyrə bölündükcə formasını dəyişir və lazımi yerlərə paylanır. Bir hüceyrədənmöcüzəvi şəkildə ət yığını deyil, vücudun hər bir nahiyyəsinə uyğun hüceyrələr yaranır. Məsələn,bir qismi göz, bir qismi ürək hüceyrələrini yaradaraq müvafiq yerlərə paylanır və ya dəri hüceyrələrinə çevrilərək bütün bədəni örtür. Daha da maraqlısı, bütün hüceyrələr əmələ gətirdikləri toxumaya lazım olan qədər çoxalırlar və bu toxumalar da qüsurszu və nizamlı şəkildə yan-yana düzülərək orqanları yaradırlar.

Bölünmə və formalaşma koordinasiyası DNT molekulu tərəfindən idarə edilir. Nəzərinizə çatdıraq ki, DNT nə ən müasir texnologiya ilə təchiz edilmiş laboratoriyada çalışan biokimyaçı, nə də saniyədə trilyonlarla əməliyyat yerinə yetirən super kompyuterdir. DNT karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət molekuldur.

İnsan bədənindəki trilyonlarla hüceyrə bölünərək çoxalır. Ancaq hər bir hüceyrədəki gen müxtəlif vaxtlarda aktivləşir və beləliklə, bölünmə baş verir. Bölünərək çoxalan hər bir hüceyrədə bütün genetik məlumatlar olur, yəni hər bir hüceyrə, əslində, ürək əzələsi, dəri, qırmızı qan hüceyrəsi və ya bədənin hər hansı bir toxumasını yarada bilər. Bütün hüceyrələr vahid DNT məlumatına sahib olsa da, inkişaf mərhələlərində müxtəlif orqanlarda məhz lazımi genlər aktivləşir. Məsələn, böyrəyin əmələ gəlməsi və funksiyası ilə bağlı şifrələr hər bir hüceyrədə mövcuddur, ancaq bu genlər inkişaf müddəti yetişdikdə məhz böyrəkdə aktivləşir. Eynilə qlükoza 6-fosfat fermenti, əsasən, qaraciyərdə olur, lakin digər orqanların hər bir hüceyrəsi bu fermentin məlumatını daşıyır. Buna baxmayaraq, heç vaxt bu fermenti istehsal edə bilməzlər. Məsələn, göz hüceyrəsi bu fermenti yarada bilmir, ancaq gözümüz üçün lazım olan zülalları istehsal edir. Həmçinin sinir hüceyrələri beyin və orqanlar arasında xəbərdarlıq və əmr daşımaq, qaraciyər hüceyrələri toksinləri zərərsizləşdirmək və yağ hüceyrələrini bədənin zəif dövrləri üçün dsaxlamaq üçün mütəxəssisləşirlər. Heç biri mədə üçün lazım olan fermenti istehsal etməz. Bəs bu qüsursuz prosesi kim edir? Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif funksiyaları yerinə yetirmə əmrini kim verir? Bütün hüceyrələr hansı şüurla itaət edirlər və kimin əmri ilə intizamlı fəaliyyət göstərirlər. Bütün bu proseslərin təsadüflər nəticəsində baş vermədiyi aydındır.

Bu mükəmməl sistem hüceyrələrin doğru zaman və yerdə lazımi genləri aktivləşdirməsi ilə bitmir. İnsanın yaşından asılı olaraq, orqanizmindəki hüceyrələrin sayı ən münasib miqdarda olur . “Nəzarət” genləri, demək olar ki, bütün hüceyrələrdə fasiləsiz fəaliyyət göstərir. Bəzi genlər insanın ömrü boyu çox qısa və məhdud fəaliyyət göstərir. Məsələn, körpəni əmizdirən dövrdə süt istehsalı genlər tərəfindən sürətləndirilir. Yəni bu proseslə bağlı məlumat uyğun zamanda, miqdarda və yerdə istifadə edilir. DNT-də saxlanılan milyardlarla məlumatın şüurlu, planlı, qüsursuz idarə və istifadəsi təkamülçülərin “təsadüf” ideyalarını alt-üts edir. Yer üzündəki ən sadəsindən tutmuş heç bir sistem təsadüfə əsaslanmadığı halda mikroskopik səviyyədə baş verən planlı və mütəşəkkil prosesləri təsadüflərlə izah etməyə çalışmaq məntiqsizlikdir. Təkamülçülər özləri də hüceyrədəki bölünmə və vəzifə bölgüsünü izah edə bilmədiklərini qəbul edirlər. Mikrobiologiya üzrə mütəxəssis darvinist Əli Dəmirsoy belə etiraf edir:

“Mayalanmış yumurtadan müxtəlif forma və funksiyalı hüceyrələrin meydana gəlməsinin izahı qane etmir.”2

Bütün bu mürəkkəb və qüsursuz proseslərin təsadüflərin və ya hüceyrənin əsəri olmadığı aydındır. Bəs bu prosesləri idarə edən, müəyyən məqsədlə yaradan, milyardlarla məlumatı gözlə görülməyəcək qədər kiçik bir sahəyə yerləşdirən ağıl və güc Kimə aiddir?

Mənbə:

2 Prof. Dr. Əli Demirsoy, Varislik və Təkamül, s. 158