Kainatdakı kiçik ulduzlar: Ağ cücələr

Kainatdakı kiçik ulduzlar: Ağ cücələr

    Planetimiz və üzərindəki canlılar üçün həyati əhəmiyyəti olan Günəş indiki kütləsindən daha böyük və ya kiçik olsaydı, nə olardı?
    Planetar dumanlıqlar nədir və dünya bu cisimlərdən necə qorunur?
    Günəşə bənzər digər bir sistem olsaydı, bu, dünyadakı həyata necə təsir göstərərdi? Dünyada həyat olardımı? Dünya nece bir yer olardı?
    İşıq və istilik mənbəyimiz olan Günəşin yerində "ağ cücə" olsaydı, Yerdəki həyata necə təsir göstərərdi?

Bizə yaxın olan yeganə ulduz Günəş olduğu üçün bir çox insan göydəki bütün ulduzların Günəş kimi olduğunu düşünür. Halbuki ulduzlar bir çox xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Ulduzlar onlara yaxın olan göy cisimlərinə, xüsusilə də planetlərə çox böyük təsir göstərirlər.

Həyat mənbəyi olan ulduz- Günəş

Günəşin kütləsi Yerdəki həyata təsir edən əsas xüsusiyyətlərdən sadəcə biridir. Bir ulduzun kütləsi həmin ulduzun nə qədər müddət mövcud olacağını və mövcudluğunu necə sona çatdıracağını müəyyənləşdirməsindən daha vacibdir. Ulduzların da sobadakı kömür kimi yanacaqları var və bu yanacaq hidrogendir. Kiçik kütləli ulduzların hidrogenin yanmasını təmin edə bilməsi üçün lazım olan istilik və təzyiqi yaratmaları olduqca çox vaxt tələb edir. Ulduzda istilik-nüvə reaksiyaları başladıqda isə onun yanacağı istehlak etməsi olduqca gec bir zaman müddətində baş verir.

Südyolu qalaktikasında milyonlarla kiçik kütləli ulduz vardır və bu ulduzların əksəriyyəti mərkəzlərindəki hidrogeni az-az yandırmağa davam edir.

Əgər Günəş kiçik kütləli bir ulduz olsaydı...

Hidrogen yanması adlandırdığımız istilik-enerji reaksiyası hələ başlamaz və temperatur dünyanı isitməyə kifayət etməzdi. Dünya çox böyük bir buz kürəsi olar, üzərindəki canlıların yaşaması isə qeyri-mümkün olardı. Göy üzündəki kiçik kütləli ulduzlarla yanaşı ən azı 8 Günəş kütləsi qədər ağırlığı olan böyük kütləli ulduzlar da mövcuddur. Bu ulduzlar varlıqlarını sürətlə davam etdirirlər. Böyük kütləli bir ulduz istilik-enerji reaksiyalarını başlada bilmək üçün çox asanlıqla təzyiq və sıxlıq yarada bilirlər. Hər cəhətdən tətbiq olunan yüksək təzyiq istilik-nüvə enerjisini də artıra bilir (bunu kömür sobasını yandırarkən içinə bol miqdarda hava üfləməyə bənzədə bilərik). Yanacaq (hidrogen) buna görə çox sürətlə alışır. Hidrogen kiçik kütləli bir ulduzun mərkəzində alışmazdan əvvəl böyük kütləli bir ulduz artıq mövcudluğunu başa çatdırmış ola bilər.

Əgər bizim ulduzumuz- Günəş böyük kütləli bir ulduz olsaydı, artıq indi ya sönməyə başlayardı, ya da çoxdan sönmüş olardı. Yəni yenə də Yer üzündə yaşamaq qeyri-mümkün olardı.

Planetar dumanlıqlardan qorunan dünya

Kiçik kütləli ulduzların sönməzdən əvvəl yaratdığı xüsusi formaları alimlər planetar dumanlıq adlandırırlar (şəkil 2). İlk kütlələri 8 Günəş kütləsindən az olan bu ulduzlar planetar dumanlıqlar əmələ gətirdikdən sonra yox olurlar.

Göy üzündə görünən planetar dumanlıqların əksəriyyəti təxminən 10 milyon ildir ki, mövcuddur və onlar orta hesabla saatda 60.000 km-120.000 km sürətlə hərəkət edərək ulduzların arasındakı boşluğa doğru hərəkət edirlər. Daima hərəkətdə olmalarına baxmayaraq, kainatdakı qüsursuz nizamın yaranmasında çox böyük rol oynayırlar. Dumanlıqlar böyük bir sürətlə hərəkət edərək yer dəyişmələrinə baxmayaraq, milyon illərdir ki, dünyaya zərər vermədən kainatda müəyyən olunmuş yerlərdə öz mövcudluqlarını davam etdirirlər. Bu, dünyanın hər an üstün bir güc tərəfindən qorunduğunun açıq bir dəlilidir. Uca Rəbbimiz bu gerçəyi bu cür xəbər vermişdir:
Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən (Allah’ın) əzəli hökmüdür. (Fussilət surəsi, 11-12)

Ulduz sönməzdən əvvəlki son mərhələdə kütləsinin böyük bir qismini güclü ulduz küləkləri nəticəsində fəzaya tullayır. Müəyyən müddətdən sonra isə mərkəzdə olduqca isti ulduz olan ağ cücə və bu ağ cücənin ətrafında yaranan planetar dumanlığı əmələ gətirir. Planetar dumanlıq diametrləri bir neçə milyard kilometr ilə bir neçə işıq ili arasında dəyişilir (1 işıq ili təxminən 9.46 trilyon kilometrdir). Bu qədər böyük olmalarına baxmayaraq, dünyamızla aralarındakı məsafələr olduqca çoxdur. Məsələn, NGC 3132 ( Eight-Burst Nebula) dünyamıza 2200 işıq ili, İC 418 ( Spirograph Nebula) 3900 işıq ili və NGC 2440 dumanlığı 3200 işıq ili uzaqlığındadır.

Qalaktikamızda yüzlərlə planetar dumanlıqlar mövcuddur. Hər gün qalaktikamızda orta hesabla bir planetar dumanlıq yaranır. Dünyamız hər an bu dumanlıqların yaranması zamanı fəzaya saçılan milyonlarla ton ağırlığındakı qazlardan qorunur. Məsələn, dünyaya ən yaxın planetar dumanlıq- Heliks dumanlığı (NGC 7293) dünyadan 650 işıq ili uzaqlığındadır və 2.87 işıq ili radiusu ilə olduqca böyükdür (Şəkil 3-ə baxın).

Bu dumanlığın mərkəzində olduqca isti və böyük bir ağ cücə mövcuddur. Əgər bu ağ cücə ilə dünya arasındakı məsafə daha az olsaydı, dumanlıqdan yayılan güclü ultrabənövşəyi şüalar və qazlar Yerdəki həyatı məhv edərdi. Allah planetar dumanlıqları bu qədər uzaq məsafədə yaratdığı üçün və bu məsafəni hər an sonsuz qüdrəti ilə qoruduğu üçün dünyaya heç bir zərər vermirlər.

Ağ cücələrin yaranması

Kiçik kütləli ulduzlar ağ cücələrə çevrilərək yox olurlar. Ulduzun mərkəzində və ətrafında hidrogen və heliumun yandığı, oksigen və karbonla zəngin bir nüvə meydana gələndə ulduz sanki tərəddüddə qalır, bundan sonra genişlənir və daha sonra isə sıxılmağa başlayır. Mərkəzdəki isti ulduzdan yayılan güclü ultrabənövşəyi şüalar ətrafdakı qazların istiliyini artıraraq onların 50.000 il boyunca şüalanmalarını təmin edəcəkdir. Bu dumanlıqlar ulduzların məhv olmalarına yaxın bir dövrdə sönməzdən əvvəlki son mərhələdə xarici təbəqələrini tullayıb atmaları ilə yaranır. Bu mərhələdə ulduz artıq "ağ cücə"yə çevrilməyə başlayır. Qaz təbəqələri kənara doğru genişlənir. Bu, bir neçə min il boyunca davam edə bilər. Ulduzdan geridə qalan isə səthi istiliyi təxminən 100.000 °C-yə qədər arta bilən çox isti və güclü bir ağ cücədir. Belə ki, ağ cücədən alınan bir çay qaşığı maddə bir neçə filin ağırlığına bərabər olacaqdır.

Bu cür genişlənib sıxılmalarla ulduz kütləsinin mühüm bir hissəsini fəzaya atır. Məsələn, Günəş kütləsinin 3 qatı böyüklüyündə olan bir ulduz Günəş kütləsinin 2 qatı böyüklüyü qədər qazı ətrafa püskürtür və sonra yaydığı güclü ultrabənövşəyi işıq nəticəsində parıldamalarına səbəb olur. Hər an gerçəkləşən milyardlarla ton kütlə saçılmasının kainatdakı nizamı pozmaması, bizim həyatımıza mənfi təsir göstərməməsi, hətta yeni nizam-intizam yaratması əlbəttə, təsadüflərin əsəri ola bilməz.

İşıq və istilik mənbəyimiz olan Günəşin yerində bir ağ cücə olsaydı, yer üzündə həyat olmazdı. Əvvəlcə, yüksək cazibə qüvvəsinə görə Günəş sistemindəki bütün cisimləri, planetləri və içində yaşadığımız dünyanı özünə doğru çəkər və bütün sistem indiki həcmindən milyonlarla qat daha kiçik olardı. Günəşin səthi temperaturu təxminən 6000 °C  olduğu halda ağ cücənin daha yüksək dərəcəli səthi temperaturuna görə bütün dünya közə çevrilər və həyat məhv olardı.

Planetimizdəki ağ cücələr dünyamıza indi olduqlarından daha yaxın olsaydılar, yenə də dünya közə çevrilər və buradakı həyat da məhv olardı. Kainatdakı canlı-cansız hər şey kimi ağ cücəyə çevrilmiş ulduzlar da Allah`ın əmri ilə hərəkət edir. Bir Quran ayəsində Rəbbimiz belə buyrurur:
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.(Nəhl surəsi, 12)

Kainatdakı planetlər və ulduzlar arasında çox böyük boşluqlar (məsafə) vardır. Əgər bu məsafə biraz daha yaxın olsaydı, nə olardı? Bu suala bütün dünyada məşhur astrofizikaçı professor Corc Qrinşteyn bu cür cavab verir:

Əgər ulduzlar bir-birlərinə biraz daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda (dumanlıqlar) və digər göy cisimlərində hələ də baş verən fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq bir nöqtədən baxıldıqda planetimizin görüntüsündə də bir fərq görməzdiniz. Tək fərq gecə çəmənlər üzərində uzanıb izlədiyim göy üzündə ulduzların daha çox sayda olması olardı. Amma üzr istəyirəm, bəli; bir fərq də olardı; Bu mənzərəni seyr edə bilən "mən" olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın əsas şərtidir." (George Greenstein, The Symbiotic Universe, s. 21)

Ağ cücələrin bəzi xüsusiyyətləri

    Ağ cücələr Südyolunda ən çox aşkar olunan ulduzlardandır.
    Astronomlara görə Günəş və kiçik kütləli bütün ulduzlar məhv olmazdan əvvəl ağ cücəyə çevriləcəklər.
    Ağ cücələr müəyyən müddətdən sonra temperaturunu yavaş-yavaş kosmosun qaranlıqlarına yayırlar.
    Ağ cücələr çox kiçikdir, dünya ilə eyni böyüklükdədirlər, amma səthi temperaturları 10.000 °C ilə 50.000 °C arasındadır.

Günəş "Cüt ulduz" sisteminə malik olsaydı...

Göy üzündə olan ulduzların demək olar ki, yarısı Günəş kimi tək olmur. Bəzi ulduzlar bir-birlərinə çox yaxın olan və aralarındakı bir mərkəz ətrafında fırlanan cütlər şəklində olurlar. Sirius ortaq bir kütlə mərkəzi ətrafında fırlanan cüt ulduzlardan biridir. Göy üzündə ən parlaq ulduz kimi bilinən Siriusa bənzər bir ağ cücə vardır. Bəzi cüt ulduzların orbitlərinin böyük olması onların aralarındakı məsafənin hər zaman uzaq qalmasına imkan yaradır. Bu cür ulduz sistemlərində hər bir ulduzun digərinə çox az təsir etməsinə baxmayaraq, digər ulduz mövcudluğunu davam etdirir. Digər tərəfdən bəzi cüt ulduzların orbitləri kiçik olur, buna görə də onlar hər zaman bir-birlərinə yaxın məsafədə dayanırlar. Bu "yaxın cütlük"lərdə bənzər ulduzlardan biri digərinə çox əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, ulduzların birindən digərinə böyük miqdarda qaz axımları ola bilər. Bu cür yaxın olan cüt ulduzlarda "kütlə ötürülməsi" olduğuna dair dəlillər tapılmışdır. Cüt ulduzlardan elələri də vardır ki, onlar ortaq kütlə mərkəzi ətrafında fırlanarkən səthləri bir-birinə dəyir.

Günəş cüt ulduz sisteminə malik olsaydı, bənzəri olan ulduz ilə bərabər ortaq bir kütlə mərkəzi ətrafında fırlanacaqdı. Bu da Günəşin malik olduğu orbitin olduqca çox dəyişməsinə səbəb olacaqdı. Bununla yanaşı, fırlanma sürətinə də mühüm dərəcədə təsir göstərəcəkdi. Günəşin ətrafında müəyyən bir orbit üzrə fırlanan dünyamız da indiki orbitindən çıxacaq, tarazlığını itirəcəkdi və yer üzündəki həyat məhv olacaqdı. Uca Rəbbimiz kainatdakı ən kiçik quruluşdan ən böyük sistemlərə qədər hər şeyi bizim yaşamağımız üçün ən uyğun şəkildə yaratmışdır və hər an qüdrəti ilə hər şeyə nəzarət edir. Bu da Rəbbimizin ayədə bildirildiyi kimi "ən böyük kərəm sahibi" olduğunun dəlillərindən biridir. Bir Quran ayəsində uca Rəbbimiz belə buyurur:

"(Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi."(İbrahim surəsi, 33)

Günəş sisteminin quruluşu bütün detalları ilə birlikdə canlılar üçün xüsusi bir yaradılışa malikdir. Aparılan bütün tədqiqatlar bu qüsursuz nizamı sonsuz bir güc və ağıl sahibi olan Allah`ın yaratdığını təsdiq edir. Bu yaradılış bir Quran ayəsində bu cür xəbər verilir:

"Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!"(Ali İmran surəsi, 190-191)