Beyində

Beyində

İnsan beynində " TANRI nöqtəsi" olaraq adlandırılan bir sahə olduğunu və insanların bu sahə sayəsində, mənəvi dünyalarıyla əlaqə qurduğunu ifadə edən elm adamları çalışmalarında beynin sağ hissəsinin də ruhani duyğuları bəslədiyini ortaya çıxardı.

ABŞ-da olan Missouri Universitetindən elm adamları apardıqları araşdırmada dini inancların qarışıq duyğu quruluşu olduğunu və beyindəki bəzi nöqtələrin bu duyğulardan məsul olduğunu açıqladı.

Elm adamları insan beynində "TANRI nöqtəsi" olaraq adlandırılan bir sahə olduğunu və bu sahənin beyindəki başqa yerlərdə də paylanmış şəkildə yerləşdiyini təyin etdi.

Universitetin Psixologiya fakültəsindən prof. dr. Brick Johnstone araşdırmalarıyla əlaqədar olaraq bunları söylədi: "Beyində dini duyğuların təməlini meydana gətirən nevropsixoloji sahə tapdıq. Bu sahə beynin müxtəlif yerlərinə yayılmışdır. Dini duyğular və mənəviyyat çox qarışıq bir quruluşun bir-biriylə əlaqəsiylə yaranan şeylərdir, bu duyğular birləşdiyində insanların mənəviyyatla bağlı təcrübələr yaşamasını təmin edir. "

Araşdırmalarında həmçinin müxtəlif qəzalarda başlarından yaralanan kəsləri araşdıran elm adamları beynin sağ tərəfində zədə təsbit etdikləri kəslərin dini duyğuları daha sıx yaşadığını ortaya çıxardı ...

Allah inancı insan ruhunda doğuşdan gələn bir ehtiyacdır, yaradılışı gərəyi sahib olduğu varlıq proqramıdır. Necə ki, bu yeni araşdırma da göstərir ki, beynimiz də inanmağı gizli tutacaq, bu duyğunu içimizdə saxlayacaq şəkildə hazırlanıb var edilmişdir ...

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)