Dinozavrların quşlara çevrilməsi iddiası nə üçün elmə zidd nağıldır?

Dinozavrların quşlara çevrilməsi iddiası nə üçün elmə zidd nağıldır?

Təkamül nəzəriyyəsi mümkünsüz şeyin həqiqətə çevrilməsi ümidi üzərində qurulan bir nağıldır. Bu nağılda quşlar özünəməxsus yer tutur. Quş, hər şeydən əvvəl, qanad kimi möhtəşəm orqana malikdir. Qanadlar quruluşca gözəl olmalarından əlavə, bir-birləri ilə olan mükəmməl ahəngdarlıqları ilə də heyrət doğururlar. Belə ki, uçmaq min illərlə bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər. Bəzi çox bəsit təcrübələr istisna olmaqla, bəşəriyyət ancaq XX əsrdə uçan vasitələr düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz illik texnoloji imkanları ilə etməyə çalışdıqları işi milyonlarla il əvvəldən bu günə qədər həyata keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir neçə qısa təcrübədən sonra əldə edir. Həm də bir çox xüsusiyyəti ilə bugünkü texnologiyanın son məhsulu olan təyyarələrlə müqayisə edilməyəcək qədər mükəmməl şəkildə...

Təkamül nəzəriyyəsi canlıların ortaq meydana gəlməsini və müxtəlifliyini açıqlamağa çalışarkən cürbəcür rəylər və yalanlar uydururlar. Quşlar kimi canlılara gəldikdə isə elm artıq tamamilə ortadan qaldırılır və yerini təkamülçülərin nağılları tutur. Bunun səbəbi təkamülçülərin quşların əcdadı olduğunu iddia etdikləri canlılardır. Təkamül nəzəriyyəsi quşların əcdadının sürünənlərdən olan bir dinozavr qrupu olduğunu iddia edirlər. Elə bu iddia cavab tələb edən iki sualı da özü ilə bərabər gətirir. Birincisi, dinozavrlar quşlara necə çevriliblər? İkincisi, belə bir çevrilməni göstərən fosillər niyə mövcud deyil?

Dinozavrların quşlara necə çevrildiyi barədə uzun zaman mübahisə edən təkamülçülər, nəticədə, iki nəzəriyyə irəli sürmüşlər. bunlardan birincisi “kursorial” (cursorial) nəzəriyyəsidir. Bu nəzəriyyə dinozavrların qanad açaraq quşlara çevrildiyini iddia edir. İkinci nəzəriyyənin müəllifləri kursorial nəzəriyyəyə etiraz edir və dinozavrların qanad açıb uçaraq quşlara çevrilməyinin mümkün olmayacağını söyləyirlər. Bəs onda “necə olub dinozavr uçmağa başladı?” sualını fərqli izah edirlər. Ağac budaqlarında yaşayan və digər budaqlara tullanan dinozavrların cəhd etməklə quşlara çevrildiyini iddia edirlər. Bu nəzəriyyənin adı isə “arboreal” nəzəriyyədir. Dinozavrların nə üçün havaya qalxdığının cavabı da hazırdır: milçək ovlamaq üçün!

Lakin milçək kimi həşəratı tutmaq üçün dinozavr kimi heyvanın bədənində qanadlarla bərabər uçuş sistemi olduğunu iddia edən insanlar əvvəl bu suala cavab verməlidirlər: milçəklərin dövrümüzdəki qabaqcıl texnologiya ilə hazırlanmış vertolyotlar üçün nümunə olan və onlardan daha funksional uçuş sistemləri necə meydana gəlmişdir: Bu barədə təkamülçülərin heç bir cavab verə bilmədiklərinə şahidsiniz. Kiçik bir milçəyin uçuş sisteminin açıqlaya bilməyən bir nəzəriyyənin dinozavrların quşa çevrildiyini iddia etməsi, şübhəsiz, son dərəcə ağılsızlıqdır.

Nəticədə, bu nəzəriyyələrin latınca adlarından əlavə elmlə əlaqələrinin olmadığı ağıl və məntiq sahibi bütün alimlərin ortaq fikridir. Məsələnin əsası isə sürünənlərin uçmasının tamamilə xəyal olmasıdır.

Dinozavrdan quşa çevrilməni iddia edən təkamülçülər bu iddianın fosil dəlillərini də tapıb göstərməlidirlər. Çünki əgər dinozavrlar quşlara çevrilmişlərsə, tarixdə bu dəyişikliyi əks etdirən yarı dinozavr-yarı quş canlılar yaşamalı və fosilləri olmalıdır. Təkamülçülər uzun illər arxeopteriks (archæopteryx) adlı bir quşun belə bir keçidi təmsil etdiyini iddia etmişlər. Əslində isə bu iddiaları da böyük xətadır.

Arxeopteriks xətası

Dinozavrlarla quşlar arasında keçid forması olduğu irəli sürülən arxeopteriks bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə görə, kiçik dinozavrların bir qismi təkamül keçirərək qanad açmış və uçmağa başlamışlar. Arxeopteriks dinozavr əcdadlarından ayrılan və təzə-təzə uçmağa başlayan ilk növdür.

Ancaq arxeopteriksin fosilləri üzərində aparılan son tədqiqatlar bu hekayənin elmi əsasının olmadığını göstərir. Bu canlı bir keçid forması deyil, sadəcə, dövrümüzdəki quşlardan daha fərqli xüsusiyyətlərə malik nəsli kəsilmiş bir quş növüdür.

Arxeopteriksin yaxşı uça bilməyən yarı quş olduğu tezisi yaxın zamana qədər təkamülçü mənbələrdə tez-tez vurğulanırdı. Bu canlının sternumunun, yəni döş sümüyünün olmaması canlının uça bilməyəcəyinin ən əsas sübutu kimi göstərilirdi. (döş sümüyü uçmaq üçün lazım olan əzələlərin dayandığı döş qəfəsinin altındakı sümükdür. Dövrümüzdə uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox fərqli ailəyə aid olan uça bilən məməli yarasalarda belə bu döş sümüyü var.)

Lakin 1992-ci ildə tapılan yeddinci arxeopteriks fosili bu iddianın səhv olduğunu göstərdi. Ancaq bu son tapılan arxeopteriks fosilində təkamülçülərin uzun müddət olmadığını hesab etdikləri döş sümüyü vardı. “Nature” (“Təbiət”) jurnalında bu yeni tapılan fosildən belə bəhs edilirdi:

“Son tapılan yeddinci arxeopteriks fosili uzun müddət varlığından şübhə edilən, amma heç bir zaman sübut edilə bilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş bacarığı hələ də şübhə altındadır, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir. (Nature, cild 382, 1 avqust 1996, s. 401)

Bu tapıntı arxeopteriksin tam uça bilməyən yarı quş olduğu iddialarını əsassız etdi.

Digər tərəfdən arxeopteriksin uça bilən bir quş olduğunun ən mühüm dəlillərindən biri heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin dövrümüzdəki quşlardan fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Tanınmış paleontoloq Karl O. Dunbarın bildirdiyi kimi, “Tüklərinə görə bu məxluq əsl quş xüsusiyyətini ehtiva edir”. (Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, s. 310)

Arxeopteriksin tüklərinin ortaya çıxardığı digər həqiqət bu canlının isti qanlı olması idi. Məlumdur ki, sürünənlər və dinozavrlar soyuq qanlı, yəni bədən temperaturlarını özləri tənzimləməyən, ətraf mühitin bədən temperaturlarına təsir edən canlılardır. Quşlardakı tüklərin ən əsas xüsusiyyətlərindən biri isə bədən temperaturlarını qorumalarıdır. Arxeopteriksin tüklü olması dinozavrların əksinə, isti qanlı canlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

Arxeopteriksin anatomiyası və təkamülçülərin səhvi

Təkamülçü bioloqların arxeopteriksi keçid forması kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu heyvanın qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Arxeopteriksin qanadlarında pəncələri və ağzında dişləri olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı bir əlaqəsi olduğunu göstərmir. Belə ki, dövrümüzdə yaşayan iki quşda, turako (Touraco corythaix) və hoatzində (Opisthocomus hoazin) də budaqlardan yapışmaq üçün pəncələr vardır. Bu canlılar heç bir sürünən xüsusiyyəti olmayan əsl quşlardır. Beləliklə, arxeopteriksin qanadlarında pəncələri olduğu və buna görə də keçid forması olduğu haqqındakı iddia əsassızdır.

Arxeopteriksin ağzındakı dişlərinin olması da bu canlının ara forması olduğu demək deyil. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək insanları aldadırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərində isə diş yoxdur. Daha da mühüm cəhət budur ki, dişli quşlar arxeopterikslə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadığı doğrudur. Ancaq fosillərə baxdıqda istər arxeopteriks ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə yaxın tarixlərə qədər dişli quşlar kimi adlandırılacaq ayrı bir quş qrupunun yaşadığını görərik.

Əsas olan odur ki, arxeopteriksin və digər dişli quşların diş quruluşları bu quşların təkamül əcdadları olan dinozavrların diş quruluşlarından çox fərqlidir. Martin, Styuart və Uetstoun kimi tanınmış ornitoloqların tədqiqatlarına əsasən, arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və geniş kökləri var. Ancaq bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri dardır. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86) Bu tədqiqatçılar, eyni zamanda, arxeopteriks ilə onun “əcdadı” olan teropod dinozavrların bilək sümüklərini müqayisə etmişlər və arada heç bir bənzərlik olmadığını ortaya qoymuşlar. (L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, s. 86; L. D. Martin "Origins of Higher Groups of Tetrapods", Ithaca, New York: Comstock Publising Association, 1991, s. 485, 540)

Arxeopteriksin dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyini iddia edən və bu sahədəki qabaqcıl şəxslərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bənzərliklərin isə, əslində, səhv olduğu Tarsitano, Hekt və A.D. Uolker kimi anatomların fəaliyyətləri ilə ortaya çıxmışdır. (S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cild 69, 1985, s. 178; A. D. Walker, Geological Magazine, cild 177, 1980, s. 595)

Bütün bunlar arxeopteriksin keçid forma olmadığını, sadəcə dişli quşlar kimi ad verilən başqa bir sinfə aid olduğunu göstərir. Bu canlını Teropod dinozavrlarla əlaqələndirmək isə son dərəcə əsassızdır. Amerikalı bioloq Riçard L. Dim (Richard L. Deem) ““Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu” adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və arxeopteriks haqqında bunları yazır:

“Son elmi fəaliyyətlərin nəticələri göstərir ki, teropod dinozavrların əlləri (ön ayaq sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir. Amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyir... “Quşlar dinozavrdır” nəzəriyyəsi ilə bağlı başqa problemlər də vardır. Teropodların ön ayaqları arxeopteriks ilə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də nəzərə alındıqda bir növ ön qanad təkmilləşdirmələri mümkün deyil. Teropod dinozavrların çox böyük hissəsində (quşlarda olan) semilunatik bilək sümüyü yoxdur və arxeopteriksə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllənin yan tərəfindən keçir, quşlarda isə eyni sinirlər kəlləni ön tərəfdən onlara aid xüsusi dəlikdən keçib gedir. Başqa problem isə teropodların çox böyük qisminin arxeopteriksdən daha sonra ortaya çıxmasıdır.

Qısaca desək, arxeopteriksin bir sıra özünəməxsus xüsusiyyətləri bu canlının keçid forma olmadığını göstərir. Belə ki, bu gün təkamül nəzəriyyəsinin tanınmış tərəfdarlarından Harvard Universitetinin paleontoloqları Stefen Cey Quld (Stephen Jay Gould) və Naylz Eldrec (Niles Eldredge) də arxeopteriksin fərqli xüsusiyyətlərinə görə mozaik canlı olduğunu, amma keçid forma olmadığını qəbul edirlər. (S. J. Gould & N. Eldredge, Paleobiology, cild 3, 1977, s. 147)

Arxeopteriks əfsanəsinin sonu: lonqiskvama

Təkamülçülərin arxeopteriks haqqındakı iddialarına son verən ən aşkar dəlil isə 2000-ci ildə elm dünyasının gündəminə daxil olan lonqiskvama (longisquama insignis) adlı başqa bir fosil quş oldu. Bu fosil 1970-ci illərdə Qırğızıstanda bir entomoloq (həşəratları öyrənən) tərəfindən tapılmış, lakin uzun illər muzeyin küncündə diqqət cəlb etmədən qalmışdı. 2000-ci ildə isə fosili tədqiq edən qərb mütəxəssisləri onun məlum olan ən qədim quş olduğunun fərqinə vararaq bu mühüm tapıntını dünyaya xəbər verdilər.

Lonqiskvamanın anatomik xüsusiyyətlərinin dövrümüzdəki quşlarınkından fərqi yoxdur. Tükləri, içi boş sümükləri və cınaq sümüyü vardır. Oreqon Dövlət Universitetinin paleontoloqu Teri Conz (Terry Jones): “Yaşayan quşlara çox bənzəyir... Bir quş başına, çiyinlərinə və cınaq sümüyünə malikdir. Lades sümüyünü arxeopteriksinkindən ayırmaq mümkün deyil”, - yazır. (Science, 23 iyun 2000, cild. 2149)

Mövzunun mühüm cəhəti budur ki, lonqiskvamanın 220 milyon il yaşı var. Bu, lonqiskvamanın arxeopteriksdən təxminən 70 milyon il qədim olduğunu göstərir. Əlbəttə, bu vəziyyət arxeopteriksin bütün quşların primitiv əcdadı olduğunu və sürünənlərlə quşlar arasındakı itmiş ara forma olduğunu irəli sürən təkamülçü iddialara son verir.

 “Science” və “Nature” jurnalları və dünyada məşhur olan BBC televiziyası tərəfindən qəbul edilən bu irəliləyiş təkamül nəzəriyyəsinin lehinə yanaşması ilə tanınan Türkiyənin “Milliyyət” qəzetində belə ifadə edilmişdir:

“Orta Asiyada tapılan və 220 milyon ilə əvvəl yaşadığı məlum olan fosilin bütün bədəninin tüklərlə örtülü olduğu, quşların əcdadı olduğu iddia edilən arxeopteriksdə və dövrümüzün quşlarında olduğu kimi cınaq sümüyünə malik olduğu və tüklərində isə içi boş sapların olduğu müəyyən edildi. Bu isə ARXEOPTERİKSİN QUŞLARIN ƏCDADI OLDUĞU İDDİALARINI ƏSASSIZ EDİR...  Çünki tapılan fosil arxeopteriksdən 75 milyon il daha yaşlı idi, yəni quşların əcdadı olduğu iddia edilən canlıdan 75 milyon il əvvəl də bütün xüsusiyyətləri ilə birlikdə əsl quş yaşayırdı”. (“Kuşların Atası Kuş Çıktı”, Milliyet, 25 iyun 2000)

Lonqiskvamanın tapılması ilə sadəcə arxeopteriks əfsanəsi deyil, eyni zamanda, quşların təkamülü haqqındakı bütün təkamülçü fərziyyələr də məhv oldu. Fosili tədqiq edən paleontoloqlardan biri  Counz (Jones): “Bu fosil insanların təkamülçüləri quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyi fikri ilə bağlı sorğu-sual etməsinə əsas verir”, - deyir. (Science, 23 iyun 2000, cild 2149)

İdeologiya elmdən üstün tutuldu?

Lonqiskvama, əvvəldə də bildirdiyimiz kimi, Qırğızıstan ərazisindəki qədim göl mənbəyində rus paleontoloqu Aleksandr Şarov tərəfindən tapılmışdı. Ancaq bu çox vacib tapıntının diqqət verilməli başqa bir cəhəti də vardı. Tapıldığı tarix! Fosil 1970-ci ildə tapılmışdı. Ancaq elm adamları tərəfindən şərh edilərək paleontoloqları heyrətləndirən bir məqalə ilə ictimaiyyətə xəbər verilməsi isə 30 il sonra, yəni 1999-cu ildə mümkün olmuşdu. Bu, o deməkdir ki, 30 il boyu elm dünyasının gözündən uzaq saxlanırdı. Bu dövrdə quşa aid fosil Sovet Elmlər Akademiyası nəzdindəki Moskva Paleontologiya İnstitutunda qorunmuş və çox məhdud sayda qərb elm adamı tərəfindən məhdud müddət ərzində tədqiq edilmişdi.

Lonqiskvamanın elm dünyasına sözün əsl mənasında təqdim edilməsi 1999-cu ildə dünyanın qabaqcıl elm adamları tərəfindən tədqiq edilməsindən sonra oldu.

Qısaca desək, təkamülçülərin sürünəndən quşa keçid xəyallarını qəti şəkildə məhv edən bu fosil 30 il elm dünyasından gizlədilmişdi. SSRİ-də tanınmış paleontoloqlar vardı və onların çoxunun bu çox əhəmiyyətli fosilin vacibliyini bilməmələrini demək olmazdı. Məlumdur ki, marksist diktatorluq öz ideoloji əsasını sarsıdan elmi dəlili gözlərdən uzaq tutmuş, elm dünyasından gizlətmişdi. Əslində, elmin materializm əleyhinə gətirdiyi dəlillərin gizlədilməsinin və ya ört-basdır edilməsinin ilk nümunəsi təkcə bu quş fosili deyildi. Bütün dünyada qəbul edilmiş Mendel qanunları də təkamül nəzəriyyəsi ilə uyğun gəlmədiyi üçün 20 ildən çox SSRİ tərəfindən etinasızlıqla yanaşılmışdı.

Son tapılan bu fosillə sürünənlərin quşlara çevrilmə xəyalları da tarixə qarışdı. Təkamülçülərin əlində quşların əcdadı kimi iddia ediləcək bir canlı qrupu belə qalmadı. Bu tapıntı təkamülçülərin XX əsrin əvvəllərində balıq-sürünən ara keçid forması kimi iddia etdikləri selekantı (Coelacanth) xatırlatdı. Fosilinə baxaraq ara keçid forması adlandırılan bu canlının 1938-ci ildə yaşayan bir nümunəsi tutulmuş (sonrakı illərdə də dəfələrlə müxtəlif ərazilərdə tutulmuşdur) və tam mənada bir balıq olduğu məlum olmuşdur.

 

Təkamülçülərin saxta dino-quş fosilləri

Təkamülçülər arxeopteriks haqqındakı iddialarının da məhv olduğunu görərək quşların mənşəyi barədə tamamilə çıxılmaz vəziyyətə düşdülər. Buna görə, bəzi təkamülçülər klassik üsullara əl atmaq məcburiyyətində qaldılar: saxtakarlıq. 1990-cı illərdə dünya ictimaiyyətinə bir daha “yarı dinozavr, yarı quş fosil tapıldı” xəbəri verilmiş, təkamülçü mətbuat qurumları bu dino-quş çertyojlarını dərc etmiş, bu yolla beynəlxalq yalan kampaniyası həyata keçirilmişdir.

Kampaniyanın təhrif və saxtakarlıq üzərində qurulduğu isə bir-bir aşkar olmuşdur.

Bu kampaniyanın ilk qəhrəmanı 1966-cı ildə Çində tapılan və sinozavropteriks (Sinosauropteryx) adlandırılan bir dinozavr idi. Fosil bütün dünyaya tüklü dinozavr kimi tanıdılmış və bir çox qəzetdə xəbər verilmişdi. Ancaq sonrakı aylarda sinozavropteriks üzərində aparılan hərtərəfli təhlillər təkamülçü tədqiqatçıların həyəcanla quş tükü kimi tanıtdıqları tüklərin tüklə əlaqəsi olmadığını göstərdi. “Science” jurnalında dərc edilən “Tüklü dinozavrın tüklərini yolmaq” adlı bir məqalədə təkamülçü paleontoloqlar tərəfindən tük kimi qəbul edilən şeyin, əslində, tüklə əlaqəsi olmadığı belə bildirilirdi:

“Təxminən bir il əvvəl paleontoloqlar “tüklü dinozavr”a aid fotoşəkillərin ortaya çıxması ilə sevindilər. Çinin Yixian ərazisində tapılan sinozavropteriks adlı fosil “New York Times”ın ön səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlar olduğuna dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası iclasında verilən hökm daha fərqli oldu: fosil nümunələrini tədqiq edən 6 nəfər qərbli paleontoloq bu formaların tük olmadığını söylədilər... Kanzas Universitetinin paleontoloqu Lari Martin bu formaların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsinin olmadığını bildirdi”. (Ann Gibbons, "Plucking the Feathered Dinosaur", Science, cild 278, no 5341 14 noyabr 1997, s. 1229 – 1230)

Digər dino-quş kampaniyası isə 1999-cu ildə başlandı. Yenə Çində tapılan bir fosil gündəmə gətirildi və bütün dünyaya təkamül nəzəriyyəsinə böyük dəlil kimi təqdim edildi. Kampaniyanın mənbəyi olan “National Geographic” jurnalı tapılan fosildən ilham alaraq tüklü dinozavr rəsmləri çəkib dərc etdi və bunlar Türkiyə daxil olmaqla, bir çox ölkədə qəzetlərdə əsas məqalə oldu. “Sabah” və “Hürriyyət” kimi qəzetlər “Qanadlı dinozavr tapıldı” və “Uçan dinozavr tapıldı” başlıqlı xəbərlər yayımladılar.

Ancaq iki il sonra çox heyrətamiz bir həqiqət ortaya çıxdı. 29 mart 2001-ci il tarixli bəzi gündəlik qəzetlərdə təkamül nəzəriyyəsi haqqında mühüm etiraf yer alırdı. 1999-cu ildə ortaya atılan “dino-quş fosili”nin, əslində, saxtakarlıq olduğu, bir sürünənin onurğasına quş skeleti hissələrinin yapışdırılması ilə düzəldildiyi ortaya çıxdı. “Hürriyyət” qəzetinin “DİNO-QUŞ SAXTA ÇIXDI” başlıqlı xəbərində belə yazırdı:

““National Geographic” jurnalının 1999-cu il sentyabrında quş ilə dinozavr arasındakı əskik halqa olduğunu xəbər verdiyi, haqqında elmi məqalələr yazılan heyvanın saxta olduğu məlum oldu. “Archaeoraptor liaoningensis” adı verilən hindtoyuğu böyüklüyündəki dino-quşun skeletinin başqa heyvanlara aid sümüklərdən birləşdirilərək düzəldildiyi ortaya çıxdı”.

 Təkamül nəzəriyyəsinin mühüm əskikliyi işıqlandırdığı fərz edilən dino-quşun 125 milyon il əvvələ aid olduğu, Çinin Liaoninq əyalətində tapıldığı irəli sürülürdü. Tüklü bədəni bir quşa bənzəyir, ancaq uzun, sümüklü quyruğu ətyeyən dinozavrları xatırladırdı. “Nature” adlı həftəlik ingilis elmi jurnalının bu günkü sayında dərc edilən bir tədqiqat dino-quşun saxta olduğunu nümayiş etdirdi. İçlərində üç paleontoloqun olduğu bir qrup tədqiqatçı kompyuter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər. Dino-quş, əslində, çinli qaçaqmalçıların əsəri idi... Qaçaqmalçılar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Arxeoraptorun (Archaeoraptor liaoningensis) ön hissəsi təkcə bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər vardı. Dino-quşun kompyuterdə tədqiq edilməsi quş skeletinin daha əvvəl məlum olmayan növlərə aid olduğuna, dino hissəsinin isə kiçik dinozavrların yeni növünə işarə etdi”. (“Dino-Kuş Palavra Çıktı”, Hürriyet, 29 mart 2001) (Cümlə “Hürriyyət”dən götürülmüşdür)

Bəs necə olmuşdu ki, “National Geographic” jurnalı bu qədər böyük bir elm saxtakarlığını bütün dünyaya təkamül nəzəriyyəsinin böyük dəlili kimi göstərmişdi? Bu sualın cavabı sözügedən jurnalın təkamül fanatizmində gizlənir. “National Geographic” jurnalı darvinizmə kor-koranə bağlandığı və təkamül nəzəriyyəsinin lehinə olduğunu gördüyü hər cür təbliğat materialını elmin aqibətini düşünmədən istifadə etdiyi üçün ikinci bir Piltdaun qalmaqalına imza atmışdı.

Təkamülçü elm adamları belə “National Geographic”in fanatizmini qəbul edirdi. ABŞ-dakı məşhur Smitsonian İnstitutunun quşlarla bağlı fakültə rəhbəri dr. Storrs L. Olson bu fosilin saxta olduğuna dair əvvəlcədən “National Geographic”i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu qulaqardı etdiyini açıqladı. (Storrs L. Olson "OPEN LETTER TO: Dr. Peter Raven, Secretary, Committee for Research and Exploration, National Geographic Society Washington, DC 20036", Smithsonian Institution, 1 noyabr 1999). Olson “ABŞ bu gün” adlı qəzetə verdiyi açıqlamada isə: “Problem budur ki, fosilin saxta olduğu müəyyən bir mərhələdə “National Geographic” tərəfindən də başa düşülmüşdü, lakin bu məlumat açıqlanmadı”, - deyirdi. (Tim Friend, "Dinosaur-bird link smashed in fossil flap", USA Today, 25 Ocak 2000). Yəni “National Geographic” bütün dünyaya böyük təkamül dəlili kimi göstərdiyi fosilin saxta olduğunu başa düşməsinə baxmayaraq, bu saxtakarlığa davam etmişdi.

“National Geographic” jurnalının göstərdiyi bu münasibətin təkamül nəzəriyyəsi xətrinə qurulan ilk saxtakarlıq olmadığını da bildirmək lazımdır. Ortaya atıldığından bəri nəzəriyyəni dəstəkləmək üçün bir çox saxtakarlıq edilmişdir. Alman bioloq Ernst Hekkel Darvini dəstəkləmək üçün saxta embrion rəsmini çəkmişdir. İngilis təkamülçülər insan kəlləsinə oranqutan çənəsi yapışdıraraq onu Britaniya muzeyində 40 ildən çox “Piltdaun adamı-təkamülün ən böyük dəlili” kimi nümayiş etdirmişlər. Amerikalı təkamülçülər bir donuz dişini Nebraska adamı kimi göstərmişlər. Dünyanın hər tərəfində rekonstruksiya adı verilən saxtakarlıqlarla, əslində, heç bir zaman yaşamamış primitiv məxluqlar və ya meymun adamlar təsvir edilmişdir.

Qısaca olaraq, təkamülçülər daha əvvəl Piltdaun adamı saxtakarlığında əl atdıqları üsuldan bir daha istifadə etmişdilər: tapa bilmədikləri ara keçid formasını özləri düzəltmişdilər. Bu hadisə təkamül nəzəriyyəsi lehinə aparılan beynəlxalq təbliğatın nə qədər yalan olduğunu və təkamülçülərin nəzəriyyəyə bağlılıq uğrunda hər cür saxtakarlığa əl ata biləcəklərinin bir sübutu kimi tarixə düşdü.