Hansı çiçəklərdən nektar topladığını xatırlayan kolibrilər

Hansı çiçəklərdən nektar topladığını xatırlayan kolibrilər

Kolibrinin ürəyi normal vaxtda təqribən 1000 dəfə, uçduqda 1200 dəfə döyünür. Bu quşlar sürətli maddələr mübadiləsinə görə çox enerji sərf edirlər və bu enerjini əldə etmək üçün xüsusi qidalanma sistemi ilə yaradılıblar.

Kolibrinin qidası çiçək nektarıdır. Qidalanarkən digər quşlardan fərqli olaraq havada sərbəst dayanır. Qanadlarını saniyədə ən az 60 dəfə 8 rəqəmi formasında çırparaq havada asılı qalır və bədənlərini tərpətmədən çiçək nektarını toplayır.

Kanadada Letbric Universitetində biologiyanın davranış ekologiyası sahəsində elmi fəaliyyət göstərən və kolibrilər ilə bağlı tədqiqat aparan professor A.Hörli (Andrew Hurly) bu canlıların həyatda qalması üçün vacib xüsusiyyətlərini kəşf edib. Bu tədqiqat “Journal of Current Biology” jurnalında dərc olunub.

Kolibri sürətlə sərf etdiyi enerjini eyni şəkildə təmin edir. Burada qidalanmasının vaxtla yaxından əlaqəsi mühüm rol oynayır. Qidalanarkən nektarsız çiçəklərə uçaraq vaxt və enerji itirməməsi çox vacibdir. Allah kolibrinin bu əhəmiyyətli ehtiyacını təmin etməsi üçün möcüzəvi xüsusiyyət yaradıb. Barmaq ucundan bir az böyük olan bu canlılar nə vaxt və hansı çiçəklərdən nektar çəkdiyini xatırlayırlar. İngilis və kanadalı elm adamları Kanadanın Qayalı dağlarında 3 erkək kolibrinin 8 süni çiçəkdən qidalanma vaxtını tədqiq edərək bu nəticəyə gəliblər. Kolibrilərin 10 dəqiqə fasilə ilə nektar qoyulan çiçəklərə 10 dəqiqə sonra, 20 dəqiqə fasilə ilə nektar qoyulan çiçəklərə isə 20 dəqiqə sonra gəldiyi müşahidə edilmişdir.

Müntəzəm qidalanmalı olan bu canlılar Allah`ın onlara nemət olaraq verdiyi mükəmməl hafizələri sayəsində, boş yerə vaxt və enerji sərf etmədən yüksək enerji ehtiyaclarını təmin edirlər. Gündə yüzlərlə çiçəkdən nektar toplamalarına baxmayaraq, hansı çiçəyə daha əvvəl uçduğunu xatırlayır və yenidən həmin çiçəklərə getmirlər. Müəyyən vaxt keçdikdən sonra çiçəklər nektarlarını yeniləyirlər. Kolibrilər üçün quru çiçəklərə gedərək vaxt itirməmək çox vacibdir. Xüsusilə digər çiçəklərə nisbətən daha çox nektarı olan çiçəkləri xatırlamaq da bu quşlar üçün əlverişlidir.

Hörli müəyyən edib ki, kolibrilər çiçəklərin yenidən nektarla dolma vaxtını öyrənir və beləcə, quru çiçəyə getmirlər. Tədqiqat nəticəsində məlum olub ki, bu quşlar ən az səkkiz çiçəyin nektarla dolma vaxtını xatırlama qabiliyyətinə malikdirlər. Hörli: “Kolibrilər beyinlərində səkkiz ayrı məntəqə varmış kimi hərəkət edirlər”, -deyir. (Hurly's Hummingbird Research Makes Headlines)

Kolibrinin ağlasığmaz davranışı ilə qarşılaşan Hörli buna bənzər tədqiqatı sinfindəki tələbələr arasında aparmağa qərar vermişdir. Tədqiqatın sonunda belə demişdir: “Nektar əvəzinə onlara şəkər verdim. Mənim tələbələrimin beyni kolibri ilə müqayisədə 7000 dəfə böyük olmasına baxmayaraq, onlar bu kiçik quş kimi davrana bilmədilər və şəkər vermə dəqiqələrini xatırlamaqda çətinlik çəkdilər”. (Hurly's Hummingbird Research Makes Headlines)

Unutmayaq ki, burada bəhs etdiyimiz canlının 3 qram çəkisi və insan beynindən 7000 dəfə kiçik beyni var.

3 qram çəkisi, beyni insan beynindən 7000 dəfə kiçik olan bu quş bir çox çiçəyin nektarla dolma dəqiqələrini yadında saxlayır. Bu kiçik canlı belə qeyri-adi şeyi necə bacarır? İnsan beyninin xatırlamaqda çətinlik çəkdiyi bu əməliyyatı necə xətasız yerinə yetirir? Təkamülçülər bu suallara mutasiya iddiaları ilə cavab verə bilmirlər.

Bəs bir quş güclü maddələr mübadiləsi olduğuna görə, enerjisini boş yerə sərf etsə, öləcəyini düşünə bilərmi? Bunu həll etmək üçün mükəmməl hafizə əmələ gətirə bilərmi? Bu kiçik quş çiçəklərin qurtaran nektarının bir az sonra yenidən dolacağını haradan bilir? Qolunda zəngli saat varmış kimi dəqiqə hesabı ilə çiçəklərin nektarla dolma vaxtını necə müəyyən edir? Ona bu cür mütəxəssisliyi kim öyrədir? Bütün canlıların təsadüfən əmələ gəldiyini iddia edən təkamülçülər bu suallara da əsla cavab verə bilməzlər. Çünki bu sualları təkamül nəzəriyyəsinin heç bir mexanizmi açıqlaya bilməz. Bu sualların yeganə cavabı Allah`ın bu quşlarda təcəlli edən yaratma gücüdür. Allah sonsuz güc sahibidir. İstədiyi varlığa istədiyi xüsusiyyəti verir. Beyni bir qramdan da az olan bir canlıya hafizə qabiliyyəti verir. Allah yaratdığı hər canlıya ehtiyacı olan ruzini də verir. Quranda Allah belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır. (Hud surəsi, 6)

Allah kolibriyə ruzisini haradan, nə vaxt, necə tapacağını ilham edir. Allah yer üzündə və göydə olan bütün canlıları hər an yaradır. Hər canlı Onun izni ilə nəfəs alır. Canlıların bədənində baş verən hər prosesi Allah bilir, çünki, həmin prosesləri yaradan Odur. Bütün canlılar Allah`ın nəzarəti altındadır:

Mən özümün və sizin Rəbbiniz olan Allah`a təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allah`ın) əlində olmasın. Həqiqətən, Rəbbim ədalətlidir! (Hud surəsi, 56)