Yarpaqlar

Yarpaqlar

Yarpaq tökülməsi hər yarpağın saplağı ilə budağı arasında baş verən çox kompleks proseslər nəticəsində həyata keçir. Mövzu haqqında məlumatı olmayan insanlara yarpaqların tökülməsi olduqca sadə görünə bilər. Hər dəfə payız gəldikdə eyni prosesin qüsursuz reallaşması, üstəlik, bu hadisənin milyonlarla ildir davam etməsi insanlarda alışqanlığa çevrilə bilər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaq üçün olduqca kompleks, silsiləli kimyəvi reaksiyalar həyata keçirirlər. Bu sayədə, ağacın qidasının hədər olmasının və ağaca mikrob yoluxmasının qarşısı alınır.

Yarpaq tökülmədən əvvəl zülal və karbohidrat kimi lazımlı maddələr bitkinin gövdəsinə yığılır. Beləliklə, tökülən yarpaq bu maddələri boş yerə israf etmir və gələcəkdəki yarpaqlar üçün lazımi qidanın mühüm hissəsini təmin etmiş olur. Bu nümunələrdən aydın olur ki, xlorofilin lazımi vaxtda saxlanması və ya bitkinin ehtiyacı olan maddələri gövdəsində yığması yer üzündə həyatın davamı üçün ekoloji zərurətdir.

Bundan başqa, tökülən yarpaqlar meşədə çürüntü təbəqəsi əmələ gətirərək yağışı saxlamağa və sormağa kömək edir. Bir çox canlı da təbii amillərdən qorunmaq üçün yarpaqların altında gizlənir. Beləliklə, tökülən yarpaqlar meşədəki bir çox canlı üçün qida mənbəyi olur.

Ağacların bütün bu əməliyyatları yerinə yetirəcək ağlı və şüuru yoxdur. Bu mükəmməl nizamı yaradan Allah’dır.