Nəzəriyyənin ortaya atılması

Nəzəriyyənin ortaya atılması

Dini sistemdən narahat olan qüvvələrin meydana gətirdiyi dinsiz cərəyan 19-cu əsrdə zirvəyə çatdı. Bu əsrin xüsusiliyi materialist, pozitivist, determinist görüşlərin qəbul edilməsi idi.

Materializm tək mütləq varlığın maddə olduğunu və maddədən başqa da heç bir şeyin mövcud olmadığını iddia edən düşüncə sistemi idi. Buna görə, maddə əzəldən bəri var idi və sonsuza qədər də var olmağı davam etdirəcəkdi. Başqa sözlə, Allah’ın varlığı və mövcud varlıqları yaratdığı həqiqəti rədd edilirdi. Bu halda, bütün insan həyatı maddə üzərində qurulurdu və “məna”nın heç bir əhəmiyyəti qalmırdı. İnsanlar yalnız və yalnız daha çox tükəndirməyi, daha çox maddəyə sahib olmağı istəyirdilər. Həyatın tək mənası və dəyəri maddi güc, yəni pul idi. Şübhəsiz, bu hal maddi gücü əlində saxlayan və bu güc sayəsində də özünə itaət edilməsini istəyən güc mərkəzləri üçün olduqca əlverişli idi. Beləliklə, masonların rəhbərlik etdiyi güc mərkəzləri öz qövmünə: “Ey xalqım, Misirin mülkü və bu altından axmaqda olan çaylar mənim deyilmi?” (Zuxruf surəsi / 51) -deyə səslənərək ona itaət edilməsini istəyən firon kimi bir nüfuz əldə edəcəkdilər.

Pozitivizm və determinizm materializmin təbii bir nəticəsi idi. Pozitivist düşüncə yalnızca elm yolu ilə sübut edilən şeylərin həqiqət olduğunu iddia edirdi. Determinizm isə yaşanan bütün hadisələrin maddələr arasındakı münasibətin bir nəticəsi olduğunu, bir səbəb-nəticə əlaqəsi içində bütün kainatın mexaniki bir şəkildə işlədiyini hesab edirdi. Bu halda, şübhəsiz, qədərin varlığı, yəni hadisələrin Allah’ın iradəsinə görə işlədiyi həqiqəti doğru ola bilməzdi. Avropa bu düşüncələrin qəbul edilməsi ilə birlikdə dindən qopmanın ən uc nöqtəsinə çatdı.

Lakin belə düşüncələri insanlara həqiqət imiş kimi göstərərək onları dindən uzaqlaşdıran güc mərkəzləri üçün bir ehtiyac yaranmışdı. “Maddə əzəldən bəri mövcuddur, hər şey maddədir və bütün hadisələr maddənin öz qanunlarına görə baş verir”, -deməklə kainatın hər nöqtəsində özünü göstərən yaradılış gizlənə bilmirdi. Canlılar dünyasının necə var olduğu, necə bu cür mükəmməl bir tarazlıq üzərində oturduğu açıqlana bilmirdi. İnsanın necə yarandığı, gözə, qulağa necə sahib olduğu və s. izah edilə bilmirdi.

Əslində, bunlar yazının əvvəlində də dediyimiz kimi, heç bir şəkildə “yaradılmamışlıq” təməli üzərində açıqlana bilməzdi. Bir fabrikdə istehsal edilmiş olduğu hər halından məlum olan bir maşının öz-özünə meydana gəldiyi kimi ağıldan kənar bir iddia necə sübut edilə bilməzsə, yaradılmış kainatın öz-özünə və ya təsadüfən yarandığı kimi cəfəng bir iddia da əsla sübut oluna bilməzdi.

Amma dinsiz sistemi quran qüvvələr canlıların necə əmələ gəldiyi sualına dindən kənar bir cavab tapmağa məcbur idilər. Bu cavab, şübhəsiz, doğru bir cavab olmayacaqdı, ancaq insanlara doğru kimi göstəriləcəkdi. Yəni bu cavab tamamilə dəlilli və sübutlu bir cavab olmayacaqdı, ancaq insanlara elə imiş kimi təqdim ediləcəkdi. İnsanlar “dini ön mühakimələrdən” xilas edilməli idi (!); bu iş necə olursa-olsun, edilməli idi.

Məhz təkamül nəzəriyyəsi də bu ehtiyacı təmin etmək üçün ortaya atıldı. Məqsəd canlıların yaradılmamış olduqlarını sübut etmək idi.

Bu məntiqsiz iddianın məhsulu olan nəzəriyyə bütün canlıların ibtidaidən aliyə doğru bir-birindən təkamül keçirərək yarandığını ortaya atırdı. Buna görə, əvvəlcə, tək hüceyrəli canlılar meydana gəlmişdir. Sonra sudakı həyatın ilk nümunələri, ilk balıqlar yaranmışdı. Sonra günlərin bir günü bu balıqlar gəzmək istəmiş (!) və quruda yaşamağa başlamışdılar. Necə olmuşdursa, birdən qəlsəmələri ağciyərə, üzgəcləri də ayaqlara çevrilmişdi!... Daha sonra bəzi heyvanlar uçmaq istəmiş və qanad sahibi olmuşdular!... Hekayə belə davam edir və ən sonda meymunların insana çevrildiyi kimi təəccüblü bir iddia ilə tamamlanırdı. Yəni insanlar Allah’ın yaratdığı hz. Adəm və yoldaşından başlayaraq çoxalmamış, meymunlardan təkamül etmişdilər. Qısası, yaradılmamışdılar!...

Təkamülü ortaya atanların (əvvəlcə, Lamark, sonra Darvin) etdikləri, əslində, bu idi: mütləq və mütləq canlıların yaradılmamış olduqlarını sübut edən bir nəzəriyyə təkmilləşdirməyə çalışırdılar. Bunun üçün düşünüb-daşınmış və sonda bir-birinə bənzəyən canlıların bir-birindən təkamül etdiyi kimi bir iddia ortaya atmışdılar. Həmçinin həyat şərtlərinin heyvanları təkamülə məcbur etdiyini iddia etmişdilər. Məsələn, Lamark zürafələrin boyunlarının uzun olmasını ağacların üstündəki yarpaqlara uzanmaq istəmələrindən qaynaqlandığını iddia etmişdi. Buna görə, müəyyən zaman ərzində zürafələrin boyunları santimetr-santimetr uzanmışdı. Bu iddia görünüşdə ağıllı bir iddia idi, ancaq əslində, bir cəfəngiyat idi. Çünki bir müddət sonra aydın olmuşdu ki, heyvanlar həyat şərtləri səbəbi ilə qazandıqları xüsusiyyətləri bir sonrakı nəslə ötürmürdülər. Yəni bir zürafə məcburi boynunu bir neçə santimetr uzatsa da, balasının boynu yenə standart ölçülərdə olurdu.

Lakin Lamarkın nəzəriyyəsinin yanlış olduğunun aydınlaşması təkamül nəzəriyyəsinin fanatik tərəfdarlarının sürətini kəsmədi. Bu dəfə Çarlz Darvin peyda oldu. 1859-cu ildə yazdığı “On The Origin of Species by Means of Natural Selection” (Təbii seleksiya yolu ilə növlərin mənşəyi) adlı kitabında canlıların fərqliliyini “Təbii seleksiya” nəzəriyyəsi ilə açıqlamağa çalışdı. Təbii seleksiya təbii mühitə uyğunlaşa bilməyən zəif canlıların yox olması, bu mühitə uyğunlaşan güclü canlıların da növlərini davam etdirməsinə əsaslanırdı. Darvin Lamarkın qazanılmış xüsusiyyətlərin (zürafənin boynunun uzanması kimi) bir sonrakı nəslə ötürülməsi fərziyyəsinə təbii seleksiyanı da əlavə edərək canlı növlərinin mənşəyini açıqlamağa çalışmışdı.

Ancaq zamanla Darvinin nəzəriyyələrinin də məntiqli olmadığı və canlıların mənşəyini açıqlaya bilmədiyi aydın oldu. Lamarkın irsiyyətlə bağlı nəzəriyyələrinin kökdən yanlış olduğu DNT-in kəşf edilməsi ilə birlikdə sübut olundu. Təbii seleksiyanın isə yeni bir növ yaratmağa kifayət etməyəcəyi aydın oldu: bu sistem bir canlı növü içində ən güclü olanı seçib yaşada bilərdi, lakin yeni bir növ yarada bilməzdi. Məsələn, təbii seleksiya sayəsində sürünən növlərin içində ən güclü olanlar qala bilər və digərləri yox ola bilərdi, lakin əsla və əsla sürünənlər quşlara çevrilə bilməzdi.

Ancaq təkamülçülər yenə təslim olmadılar. Bu dəfə neodarvinizm ortaya çıxdı. Bu yeni təkamülçülərin fərziyyəsinə əsasən, canlıların fərqliliyi mutasiyalardan qaynaqlanırdı. Mutasiyaların, yəni başda radiasiya olmaqla, canlıların DNT-sini pozan dəyişikliklərin fərqli növlərin mənşəyi olduğunu iddia etdilər. Halbuki, zamanla bu nəzəriyyə də rəğbət görmədi: çünki mutasiyalar ancaq mövcud DNT kodunu pozurdu, yəni DNT kodları hazırlamırdı. Başqa bir ifadə ilə desək, mutasiyaya məruz qalan canlının ancaq orqanları korlanır və ya yer dəyişdirirdi. Lakin yeni bir orqanın əmələ gəlməsi mümkün deyildi. Üstəlik, mutasiyaların hamısı demək olar ki, zərərli idi. Bu səbəbdən də mutasiya fərziyyəsi təkamül iddiasına əsas ola bilmədi.