Oxçu balığının ovlama üsulu

Oxçu balığının ovlama üsulu

Oxçu balığı ən təəccüblü ovlama taktikasına malik canlılardan biridir. Balıq suyun səthinə yaxın yarpaqlara bir həşəratın qonmasını gözləyir. Həşəratı hədəfə aldıqdan sonra ona doğru su fışqırdaraq suya salır və çabalayan həşəratı dərhal tutur.

Bəzi oxçu balıqları yarpaqların üstündəki həşəratları havaya tullanaraq da tuturlar. Bu ovlama metodu çox həssas tənzimləmələrə əsaslanır. Əvvəla, balıq suyun içindən havadakı canlının yerini düzgün müəyyənləşdirməlidir. Çünki işıq sıxlığı fərqli mühitlərdən keçərkən sınır, sınma bucağı dəyişir və yanılmalara səbəb olur. Buna misal olaraq suyun içinə uzatdığımız bir çubuğun suyun içindəki görüntüsünün sınmış kimi görünməsini göstərə bilərik.

Oxçu balığı isə bu sınma bucağını sanki hesablayır və hədəfini buna əsasən seçir. Fizikada sınma əmsalı adlanan bu amil balığın hədəfini vurmasına mane olmur. Bundan əlavə, balığın ağzındakı suyu püskürtmə sistemi də heyranedicidir. Balıq, eyni zamanda, həşəratın suyun üzərində haraya düşəcəyini də mükəmməl hesablayır. Ovlanan həşəratların çəkisi fərqləndiyinə görə, düşmə sürətləri də fərqli olur. Bu isə balığın verəcəyi qərarı daha da mürəkkəbləşdirir. Balıq isə ovladığı hər həşərat üçün ayrı hesablama aparır və ovunu müvəffəqiyyətlə tutur.

Bu üstün ovlama metodu balıq üçün yaradılmış xüsusi sistemdir. Uca Rəbbimizin bu balıq növü üçün yaratdığı möhtəşəm sənətdir.