Əqrəb balığının kamuflyaj metodu

Əqrəb balığının kamuflyaj metodu

Əqrəb balıqları rəngarəng görünüşə malikdir. Bu canlılar içində yaşadıqları mərcanlarla eyni rəngdə olurlar. Hazırda gördüyünüz bu əqrəb balığının ağ-qırmızı zolaqları eyni rəngli mərcanların içində gizlənməsinə kömək edir və ov olmaq riskini azaldır. Həmçinin ovuna asanlıqla yaxınlaşmasına imkan verir.

Əqrəb balığı kimi dənizin dibində yaşayan bir çox canlıları yaşadığı mühitdə ayırd etmək mümkün deyil. Bu canlıların varlığını yalnız hərəkət edəndə görmək olur. Dənizin dibində qüsursuz şəkildə gizlənən canlılar bu rənglər vasitəsilə ov edir, çoxalır və ətrafdakı canlılarla əlaqə yaradırlar.

Bəs bu uyğunluq necə ortaya çıxıb? Balığın bədəninə içində yaşadığı qaya ilə eyni rəngi, hətta eyni çıxıntılı görünüşü verən kimdir?

Təsadüflər balığa olduğu mühitin rəngini verə bilməz. Balığın, ilbizin və ya xərçəngin rənglərdən xəbərdar olması və öz rəngini dəyişdirməsi də qeyri-mümkündür. Canlılara bu mükəmməl sistemi qüdrətli və müdrik olan Allah vermişdir.

Allah bütün canlıları sahib olduğu xüsusiyyətlərlə birlikdə və yaşadığı mühitə uyğun yaratmışdır. Rəbbimiz yaratdığı bütün canlılardan xəbərdar olduğunu Quran ayələrində belə xəbər verir:

O, yaratdığını bilməzmi?! O,  biləndir, xəbərdardır. Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır. (Mülk surəsi, 14-15)