Bakteriyalar arasındakı ünsiyyət mexanizmi

Bakteriyalar arasındakı ünsiyyət mexanizmi

Bakteriyalar çox ağıllı canlılardır. İnsanların  heç vaxt sahib ola bilməyəcəyi  (Allah`ın istəməsindən kənar) bacarıqları var. Yer üzərində demək olar ki, bir çox şey bakteriyaların əməyinin nəticəsidir. Bakteriyaların faydalı xüsusiyyətləri sayıla bilməyəcək qədər çoxdur. Bakteriya deyiləndə avtomatik  ağıla zərərli patogen (xəstəlik törədən) növlər canlanır. Halbuki faydalarını saymaqla qurtarmaq mümkün deyil, o qədər çoxdur.  Onlar əslində səssiz və sakit, problem yaratmadan, fayda verən, fədakarca işləyən "super" işçilərdir.

Bundan başqa, onlar da öz aralarında əlaqə yaradaraq bir-birləri ilə danışırlar. Onların danışmağı, yəni bir-birləri ilə əlaqə yaratmaq mexanizmlərinin adı qısaca olaraq QS-dir, yəni (Quorum Sensing) – “Çoxluğun yetərli olduğunu hiss etmə” sistemidir.

Bakteriyaların bu xüsusiyyətləri, yəni QS “Çoxluğun yetərli olduğunu hiss etmə” bir-birləri ilə rabitə və əlaqə yaratmaları osminoq növü olan qarnından işıq saçan  "Havay qısa quyruqlu mürəkkəb balığı"nın  (“Euprymna scolopes”) tədqiqi ilə ilk dəfə 1960-cı illərdə təsbit edildi.

Gecə vaxtı ov ovlayarkən qarnındakı işıqdan istifadə edən bu balıq elm adamlarının diqqətini çəkmişdir. Mürəkkəb balığında (kalmar) işığı əmələ gətirən bu orqanı araşdırdıqda, əslində, orqanın içində “Vibrio fischeri”  adında bir bakteriya növünün olduğunu aşkar etdilər.

“Vibrio fischeri”  mürəkkəb balığının içində özünə bir növ həyat tərzi müəyyənləşdirmişdir. Bakteriyalar mürəkkəb balığı ilə ortaq həyat sürür, bir tərəfdən onun vücudunda öz həyatını davam etdirir, digər tərəfdən ona işıq istehsal edirlər. Tam olaraq bakteriyanın mürəkkəb balığının içinə nə zaman daxil olduğu məlum deyil, amma əvəlcədən mövcud olmadıqları, sonradan daxil olduğu bilinir.

Bakteriyanın digər bir xüsusiyyəti isə öz-özünə işıq istehsal etməməsidir. Səbəbi yüksək miqdarda enerjiyə ehtiyacı olmasıdır. Dolayısilə bu enerjini təmin edəcək imkanı olmadıqda bu funksiyasını işə salmır. İşığı yalnız Havay qısa quyruqlu mürəkkəb balığı kimi enerji mənbəyi tapdığı zaman istehsal edir. Çünki bakteriya işıq istehsal edərkən hüceyrənin ümumi enerjisinin yarıdan çoxunu istifadə edir və bunu ancaq bu balığın orqanında həyata keçirə bilir.

Bu bakteriyalar üzərində tədqiqat aparılmışdır. Belə ki, bakteriyalar maye mühitində çoxaldılmışdır. Bakteriyaların əvvəlcədən deyil, yalnız müəyyən bir saya çatdıqda kütləvi şəkildə işıq istehsal etdiyi müşahidə edilmişdir. Ancaq müəyyən bir saya çatmadıqda işıq istehsal etmədikləri təsbit edilmişdir.

Əlbəttə, bunun üçün bakteriya birliyi bir-birləri ilə razılaşmalı, saymağı bilməli, bir yerdə hərəkət etmək üçün rabitə yaratmalıdırlar. Bunu təmin edən isə “avto induktiv” (xüsusi bir geni ifadə edən hər hansı fiziki və ya kimyəvi xəbərdarlıq, induktiv, bəzən bir fermentin substratı, hormon kimi bəzi molekullar ola bilər) deyilən siqnal molekuludur.

Bakteriyalar “avto induktiv” siqnal vasitəsilə kifayət qədər saya çatıb-çatmadıqlarına nəzər yetirirlər. Əgər əgər kifayət qədər deyildirlərsə, enerjilərini boşuna itirmiş olmurlar. Bununla da kifayət qədər işıq istehsal edə bilməyəcəkləri haqqında məlumatlarının olduqlarını və sanki şüurlu olduqlarını sübut etmiş olurlar.

Xəstəlik törədən bakteriyaların da müəyyən bir saya çatması nəticəsində vücudda ani bir hücuma keçərək immunitet sisteminə qarşı mübarizə aparmaları və eyni ünsiyyət sistemi ilə hücuma keçdikləri aydın olmuşdur.

Tək hüceyrəli, gözü, qulağı olmayan bir canlı olduqca dərin bir ağıl və şüur tələb edən böyük bacarıqlar, planlar qurur və hesablamalar aparır.

İşığın düşmədiyi qaranlıq bir dünyada sadəcə hisslərlə xarici mühitin planını bilərək hərəkət edən bu gözlə görünməyən canlılar, əlbəttə, müstəqil şəkildə, özbaşına hərəkət etmirlər. Əlbəttə ki, bu canlılara etmələri lazım olanı ilham edən, hər şeyi mükəmməl və qüsursuz bir şəkildə yaradan uca Rəbbimizdir. Hər şeyin planı, məlumatı Allah`a aiddir. Bu canlılara da, dünyadakı digər bütün canlılara da kainatı mükəmməl bir nizam içində yaradan Rəbbimiz bir qədər (tale) və plan daxilində istiqamət verir. Hər şeyi qüsursuz şəkildə yaradan uca Allah mükəmməl bir nizamla yaratdığı dünyadakı bütün canlılara nə etməli olduqlarını ilham edir.

Uca Allah Furqan surəsinin 2-ci ayəsində "Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir" buyuraraq yaratmasındakı sirri  və hər şey üzərindəki idarəsini insanlara bu sözləri ilə xəbər vermişdir.