Fosillər. Eşşək arısı

Fosillər. Eşşək arısı

Eşşək arısı

Dövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 54-37 milyon il

Bölgə: ABŞ

Təqribən 50 milyon il əvvəl yaşamış eşşək arılarının dövrümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. Əgər bir canlının quruluşunda aradan keçən milyon illərə baxmayaraq, heç bir dəyişiklik yoxdursa, deməli, təkamül baş verməyib. Fosil qeydləri təkamülün əsla baş vermədiyini göstərir.

Tənək yarpağı

Dövr: Kaynozoy erası, Oliqosen dövrü

Yaşı: 38-23 milyon il

Bölgə: Muddy Creek, Montana, ABŞ

38-23 milyon illik tənək yarpağı digər canlılar kimi, bitkilərin də təkamül keçirmədiyini, əksinə,  yaradıldığını sübut edir. Dövrümüzdəki tənək yarpaqları ilə milyon illər əvvəlki tənək yarpaqları arasında heç bir fərq yoxdur.

Kərgədan kəlləsi

Dövr: Kaynozoy erası, Oliqosen dövrü

Yaşı: 33 milyon il

Bölgə: Converse County, Vayominq, ABŞ

Şəkildə görünən fosil 33 milyon il əvvəl yaşayan kərgədanlarla dövrümüzdəki kərgədanlar arasında heç bir fərqin olmadığını sübut edir. Milyon illərdir quruluşu dəyişməyən canlılar təkamül nəzəriyyəsinin böyük bir yalan olduğunu göstərir.