Qarışqaların bitkilərlə şüurlu həyatı

Qarışqaların bitkilərlə şüurlu həyatı

Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat hiss etdiyi mühiti hazırlayıb  ehtiyaclarını ödəyirsə, bu cür qarşılıqlı yardımlaşmanın təsadüfən yaranmasını iddia etmək olmaz. Şüuru olmayan canlıların bir-birinə yaxın münasibət göstərməyi, bir-birlərinə fayda verməyi bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar Allah tərəfindən bir-birlərinə uyğun xüsusiyyətlərlə yaradılmışdırlar. Bu cür canlılara ən bariz nümunə kimi bitkiləri və qarışqaları göstərmək olar.

Bəzi bitkilərdə bioloji dildə “domatia” adı verilən dərin oyuqlar vardır. Bu oyuqların yeganə vəzifəsi qarışqaları sığınacaqla təmin etməkdir. Bu bitkilərdə qarışqaların asanlıqla bitkinin içinə girib-çıxmalarını təmin edən dəliklər və toxumalardan ibarət zərif pərdələr vardır. Bu bölmələrdə isə qarışqaların qidalanmaları üçün bitkinin xüsusi olaraq hazırladığı maddə vardır. Bunu bitki qarışqa üçün xüsusi olaraq hazırlayır və bunu etməklə özü üçün hər hansı bir fayda güdmür1. Beləliklə, “domatia”lar qarışqaların həyatı üçün yaradılmış xüsusi formalardır. Temperatur və rütubətin miqdarı və tarazlığı qarışqalar üçün ideal mühit hazırlayır. Qarışqalar özləri üçün hazırlanmış bu mühitdə insanların dəbdəbəli otellərdə dincəldikləri kimi rahat hiss edirlər.

Philidris adlanan qarışqa növü və ona ev sahibliyi edən Dischidia major  bitkisi bütün həyatları boyunca son dərəcə mürəkkəb “kimyəvi istehsal”la məşğul olurlar. Bu bitkinin torpağa uzanan kökləri olmadığı üçün digər bitkilərə dolanaraq yaşayır. Karbon və azot ehtiyacını ödəmək üçünsə çox qəribə bir metodu var.

Bu bitkinin içində qarışqa balalarını yetişdirmək və üzvi artıqları (ölü qarışqalar, böcək parçaları və s.) saxlamaq üçün yararlandıqları xüsusi oyuqlar var. Bitki isə bu artıqlardan azot mənbəyi kimi yararlanır. Bundan əlavə, yarpaq boşluqlarının daxili səthi də qarışqaların tənəffüsü zamanı meydana çıxan karbon dioksidi mənimsəyərək məsamələrdən çıxan su itkisinin qarşısını alır2. Sözügedən bitki tropik iqlimdə bitir, belə iqlim üçün bu xüsusiyyət çox əhəmiyyətlidir. Çünki bu bitkinin kökləri yoxdur və buna görə də o, torpaqdan su çəkə bilmir. Beləliklə, qarışqalar bu sığınacağın qarşılığında həm də bitkinin iki önəmli ehtiyacını ödəyirlər.

Hər iki misalda göründüyü kimi bu möhtəşəm canlıların təsadüfən yarandıqlarını, təsadüfən qarışqalara uyğun qida hazırladıqlarını və onlara  uyğun formalara düşdüklərini əsla iddia etmək olmaz. Qarışqa ilə bitki arasındakı münasibətlər sonsuz elmə sahib olan uca Allah tərəfindən yaradılan möhtəşəm yaradılışın dəlillərindən biridir.

  1. Bert Hölldobler - Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, səh 534-535
  2. GeoJurnalı, 1995, oktyabr sayı, səh186