Qara dəliklər

Qara dəliklər

      Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır.

      Enerjisi bitən ulduzların işıqları da yox olur.

      Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

      Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.

      Qara dəliklər "qara"dırlar.  Gözlə görmək mümkün deyil.

      Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil.

      Günəşin təxminən 3 misli olan qara dəliklərin diametri bir neçə kilometrdir.

      Ətraflarına təsir etmələri sayəsində varlıqları aydın olur.

      İşığı, səsi, zamanı, hətta özlərinə yaxın olan ulduzları da uda bilirlər.

      Udduqları obyektlərin artması ilə cəzbetmə qüvvələri də artır.

      Bu udma xüsusiyyətləri onların "qara bataqlıq" adlandırılmalarına səbəb olmuşdur.

      Böyük ulduzlar kosmosda bükülmələrə səbəb olarkən, qara dəliklər yalnız bükülməyə səbəb olmur, eyni zamanda kosmosu dəlib keçirlər.

      Kosmosu dəldikləri üçün də "qara dəlik" adlandırılırlar.

      Qara dəliyə yaxınlaşan heç bir maddə onun cəzbetmə sahəsindən qurtula bilməz.

      Qara dəliklərin isti və ya soyuq olduqları barədə heç bir məlumat yoxdur.

      Qara dəliyin içinə girən maddələrin itdikləri, başqa yerə düşdükləri və ya orada qaldıqları hələ də məlum deyil.

    Varlıqları yalnız yaydıqları radiasiyadan bəlli olur.