Dələlərin həssas duyğu orqanları

Dələlərin həssas duyğu orqanları

Dələlər qışda yeyəcəkləri qida maddələrini əvvəlcədən yığan canlılardandır. Qış üçün yemək yığan dələlər fərqli yerlərə basdırdıqları fındıqlarını mükəmməl qoxubilmə duyğuları vasitəsiylə tapırlar.

Belə ki, 30 sm-lik qarın altında gizlənmiş fındıqların da qoxusunu hiss edə bilirlər. Dələlərin də bir çox canlılarda olduğu kimi öz aralarında xəbərləşmə üsulları vardır. Məsələn, qırmızı dələlər düşmən görəndə quyruqlarını yelləyir və həyəcanlı səslər çıxarmağa başlayırlar.

Bu xəbərləşmə üsullardan başqa hündür budaqlarda qaçaraq hərəkət edə bilən dələlər, quyruqlarından tarazlıqlarını saxlaya bilmək üçün də istifadə edirlər. İstiqamətlərini də quyruqlarını çevirərək dəyişdirə bilirlər. Dələlərin quyruqları gəminin sükanı rolunu oynayır. Onların bığları isə tarazlıqlarını saxlaya bilmələri üçün vacibdir. Bığları kəsilən dələlər tarazlıqlarını saxlaya bilmirlər. Dələlər bığlarından həm də gecələr gəzərkən ətrafda olan obyektləri hiss etmək üçün istifadə edirlər.

Burada əvvəlcə bir şeyə diqqət etmək lazımdır. Canlıların bir-birlərini fədakar cəhdlərlə xəbərdar etməsi əlbəttə düşündürücüdür. Ancaq daha da vacibi bu heyvanların hər birinin bir-birlərini anlamasıdır.

Burada göz ardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlardan bəhs edilir.Bunun tək izahı canlılara etdikləri bu ağıllı davranışları öyrədənin və tətbiq etdirənin hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah olduğudur.