CERN-də iki sub-atom zərrəcik kəşf edilib

CERN-də iki sub-atom zərrəcik kəşf edilib

Böyük Hadron Toqquşdurucusu vasitəsilə keçirilən təcrübələrdə kəşf edilən sub-atom zərrəciklər böyük qüvvənin birləşdirdiyi üç zərrəcikdən ibarət bariondan təşkil olunmuşdur.

CERN-dən verilən açıqlamada bu kəşfin dünyanın əmələ gəlməsi zamanı baş verən proseslərin necə baş verdiyini aydınlaşdıracağı bildirilib.

CERN-in nəzdindəki LPNHE Laboratoriyasında çalışan Metyu Çarlz “birini tapmağa çalışarkən, ikisini kəşf etdik,” deyib.

Kəşf edilən yeni zərrəciklərin 14 milyard il əvvəl kainatın əmələ gəlməsinə səbəb olan Böyük Partlayış mühitini formalaşdıran 10 milyard dollar dəyərindəki təcrübə zamanı 27 km-lik tuneldə bir-birləri ilə toqquşdurulan protonlardan 6 dəfə ağır olduğu müəyyən edilib.

Tədqiqatın nəticələri “Physical Review Letters” jurnalında dərc olunacaq.

Böyük Hadron Toqquşdurucusu vasitəsilə daha əvvəl də zərrəciklərə kütlə verdiyi zənn edilən və Hiqs bozonu adlanan sub-atom zərrəcik kəşf edilmişdi. Tanrı zərrəciyi də adlanan Hiqs bozonunun kəşfi keçən il belçikalı fizik Fransua Englert ilə ingilis elm adamı Piter Hiqsə Nobel mükafatı qazandırmışdı.

www.haber7.com

www.biyomimetik.net

Asfaltı təmir edən beton icad edilib

İngiltərədə Kembric, Bat və Kardif universitetlərinin ortaq fəaliyyəti ilə öz-özünü təmir edən beton icad edilib.

Tərkibində xüsusi bakteriya növü olan betondan hazırlanacaq asfaltlar yollarda tədricən əmələ gələn çatları təmir edərək öz-özünü yeniləyə biləcək.

Betona qarışdırılan xüsusi bakteriya yağış suyu ilə birləşdikdə əhəngdaşına çevrilir və asfaltda əmələ gələn boşluqları doldurur.

Bu maddənin daha da təkmilləşdirilib inşaat sahəsində istifadə edilməsi nəzərdə tutulur.

www.haber7.com

Planet formalaşmasının ən dəqiq fotoşəkili çəkilib

“Alma” radioteleskopu körpə ulduzun ətrafında əmələ gələn planetlərin indiyə qədərki ən dəqiq görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə əsasən, teleskopun çəkdiyi fotoşəkildə hələ bir milyon yaşı olmayan, Buğa bürcündə yerləşən “HL Tau” ulduzunu əhatə edən böyük toz və qaz buludundakı tünd halqa formasındakı boşluqları orbitdəki körpə planetlər əmələ gətirir.

Yer kürəsindən 450 işıq ili uzaqlıqda, mərkəzi “HL Tau” ulduzu olan bu proses “Alma” radioteleskopunun yeni yüksək meqapikselli xüsusiyyətləri sayəsində görüntülənib.

Elm adamları teleskopun yeni xüsusiyyətlərini sınaqdan keçirərkən antenaların “HL Tau”ya istiqamətlənib və planetlərin formalaşma prosesini çox təfərrüatlı şəkildə izləyiblər.

Oksford Universitetində astrofizik Apracita Verma görüntünü qeyri-adi səciyyələndirib.