Darvinizm hipnozundan oyanmaq

Darvinizm hipnozundan oyanmaq

Təkamül nəzəriyyəsi Darvin tərəfindən irəli sürüldüyü gündən bəri dünya gündəmində, bəlkə də ən çox müzakirə edilən mövzulardan biri olmuşdur. Təkcə bioloji deyil, fəlsəfi, siyasi, sosioloji, ideoloji, hətta bədii platformalarda belə bu mübahisə dünya miqyasında davam edir. Bu vaxta qədər əsaslı olan heç bir elmi nəzəriyyə əlaqəli və ya əlaqəsiz, dolayı və ya birbaşa bu qədər çox mübahisə mövzusu olmamışdır.

Məlumdur ki, zaman keçdikcə hər hansı bir nəzəriyyəni dəstəkləyən dəlillər ortaya çıxırsa, o nəzəriyyə möhkəmlənir və qəbul edilir. Təkzibedici dəlillər ortaya çıxdıqda isə həmin nəzəriyyədən imtina edilir, əsassız və həqiqətdən uzaq kimi qəbul edilir.

Lakin elmi dəlillərdən məhrum, məntiqsiz fikir və cəfəngiyyatlarla dolu darvinizm üçün bu standart prosedur heç vaxt tətbiq olunmamışdır. Çünki ateist-materialist düşüncənin hakim olduğu akademik, ideoloji və siyasi dairələr darvinizmi müdafiə etmiş və nəyin bahasına olursa-olsun qoruyub saxlamışlar. Nəzəriyyəni qəbul etməyənlər elm düşməni, cahil, dar düşüncəli və geridə qalmış elan edilir. Çünki təkamül nəzəriyyəsini qoruyub saxlamaq ateist-materialist düşüncənin varlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Halbuki Darvin tərəfindən irəli sürüldüyündən bəri təkamül nəzəriyyəsi elmin bütün sahələri tərəfindən təkzib edildi:

- Bioriyaziyyat, statistika kimi elm sahələri canlıların əsas elementi olan hüceyrənin quruluşundakı ən kiçik bir zülal molekulunun belə təbii şəraitdə öz-özlüyündə əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut etdi.

-Paleontologiya canlıların tarixin heç bir dövründə təkamül keçirmədiyini göstərən yüz milyonlarla illik 700 milyondan çox fosili insanlara nümayiş etdirdi.

Tapılan bütün fosillər canlı növlərinin dünyada ilk dəfə meydana çıxdıqları andan quruluş baxımdan heç bir struktur dəyişikliyə məruz qalmadan dövrümüzə qədər gəlib çıxdıqlarını göstərdi.

Təkamülçülərin mövcud olduğunu iddia etdikləri növlərarası ara-keçid formalarına isə bu günə qədər heç vaxt rast gəlinməyib. Üstəlik, nəzəriyyəni yaşatmaq üçün keçid forma kimi göstərilən canlıların hamısının tarixin müəyyən dövrlərində yaşamış nəsli kəsilmiş, kompleks quruluş və sistemlərə malik mükəmməl canlılar olduğu sübut olunmuşdur. Belə ki, Darvinin şəxsən özü nəzəriyyəsini kökündən əsassız edən bu müəmmanı kitabında bu sözlərlə etiraf etmişdi:

"Əgər həqiqətən növlər digər növlərdən yavaş-yavaş inkişaf edərək meydana çıxmışdırsa, nə üçün saysız-hesabsız keçid formalarına rast gəlmirik?... Saysız-hesabsız keçid formaları olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində onları tapa bilmirik... Nə üçün hər geoloji forma və hər təbəqə belə keçidlərlə dolu deyil?... Bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq". (Charles Darwin, The Origin of Species, s. 172, 280)

Digər tərəfdən, təkamülün guya iki mexanizmindən biri olduğu iddia edilən mutasiyaların canlı növlərini dəyişikliyə məruz qoyub inkişaf etdirmədiyi, hətta onlara zərər verdiyi müşahidə olunmuşdur. İrsiyyət qanunlarının müəyyən edilməsi nəticəsində isə təkamülün ikinci mexanizmi kimi irəli sürülən təbii seleksiyanın yeni növlər yaratdığının elmi cəhətdən mümkün olmadığı ortaya çıxdı.

Normal elmi standartlar çərçivəsində ağıl, məntiq və sağlam düşüncənin tələbi olaraq darvinizm cəfəngiyyatından çox illər əvvəl imtina edilməli idi. Lakin arxa plandakı ideoloji qüvvələr bu həqiqəti ört-basdır etməyə çalışırlar. Ateist-materialist ideologiyanı ayaqda saxlamaq məqsədilə darvinizm yalanını ört-basdır edib ona elmi görünüş vermək üçün ağlasığmaz yollara əl atırlar. Lakin bu ideologiya (öz etiraflarına görə) gün keçdikcə öz gücünü itirir.

Xüsusilə, 2000-ci illərin əvvəllərindən etibarən təkamül nəzəriyyəsinin elm qarşısındakı çətinliklərini ifşa edən elmi fəaliyyətlərimiz bu mövzuda təsirli oldu. Türkiyədən başlayıb dünyaya yayılan və darvinizmin əsassızlığını izah edən məlumatlar bəşəriyyətin bu kütləvi hipnozdan çıxmasını təmin etdi. Bu müddət ərzində darvinizmin əsassızlığını mikrobiologiya, paleontologiya, genetika kimi elm sahələri ilə ortaya qoyan yüzlərlə kitab yazıldı və bir çox dilə tərcümə edildi. Dünya miqyasında yüzlərlə elmi konfrans keçirildi, çox keyfiyyətli vizual və aydın elmi faktlarla 100-ə yaxın sənədli film hazırlandı. Amerikadan İngiltərəyə, Hollandiyadan Honq-Konqa qədər bir çox ölkədə keçirilən fosil sərgiləri vasitəsilə insanlar inancın elmi yönünə şahid oldular. Bütün bu fəaliyyətlər nəticəsində qaranlıq mühitdə pərdənin açılması ilə işığı görən insanlar "Günəşin varlığından" əmin oldular.

Bu həqiqəti son illərdə Qərb dünyasında aparılan bəzi anket sorğuları ilə də təsdiq etmək olar. Məsələn, ötən illərdəki bir anketə görə, britaniyalıların 50%-i nəzəriyyəyə QƏTİ qarşı çıxdıqlarını və nəzəriyyə haqqında şübhələrinin olduqlarını deyirlər. Qalanlardan təkcə 25%-i təkamülə inanır, 25%-i isə təkamül nəzəriyyəsi ilə bağlı tərəddüd içindədir və nəzəriyyənin "doğruluq ehtimalı" üzərində düşünür. Darvinizmin beşiyi hesab edilən İngiltərə üçün bunlar nəzərəçarpan faktlardır. Bu məsələ ilə bağlı məşhur təkamülçü elm jurnalı "New Scientist"in 06 sentyabr 2017-ci il tarixli sayında "Birləşmiş Krallıqdakı yeniyetmələrin üçdə biri təkamülü sorğulayır" başlıqlı məqalə yerləşdirildi. Məqalədə bildirilmişdir ki, bir sorğuya görə, Birləşmiş Krallıqdakı yaşlıların təxminən 30%-i təkamülün insanın mənşəyini açıqlaya bilmədiyini, 44%-i isə təkamülün insan şüurunu açıqlaya bilmədiyi deyir. Sorğuya görə, təkamülə inandığını ifadə edənlər belə "ruhun təkamüllə izah edilə bilmədiyini" bildirirdilər.

Yaxın vaxtlarda Pyu (Pew) və Qallup (Gallup) tərəfindən aparılan araşdırma sorğuları isə ABŞ vətəndaşlarının təxminən yarısının təkamülə inanmadığını göstərdi.

Amerikanın bir xəbər kanalında 2017-ci ilin avqust ayında yayımlanan bir xəbərdə müsəlman-türk xalqının təxminən 99%-nin darvinizmə inanmadıqları və bunun yerinə yaradılışa inandıqları məlumatı verildi. (http://www.foxnews.com/world/2017/08/20/turkey-to-stop-teaching-evolution-in-schools-report-says.html )

Bunlar kimi daha bir çox araşdırma və sorğu son 10 il ərzində Qərb cəmiyyətində darvinizmə inananların getdikcə azaldığını ortaya qoyur. Allaha inanma nisbətinin isə dünya miqyasında artdığı müşahidə edilir. Tədqiqatların, statistikaların açıq şəkildə ortaya qoyduğı mübahisəedilməz həqiqət var: insanlar artıq təkamülə inanmır. Getdikcə daha çox insan elmə inandığı, elmi dəlilləri açıq şəkildə gördüyü, ağıl və vicdanla hərəkət etdiyi üçün təkamülü qəbul etmir və mövzu haqqında ətraflı məlumata yiyələndikcə darvinizmin dünyanın ən böyük elmi saxtakarlığı olduğunu çox yaxşı başa düşür. Bəşəriyyət bir əsrlik böyük hipnozun təsirindən artıq çıxmağa başlamışdır.