Böcəklər elm dünyasını təəccübləndirməyə davam edir

Böcəklər elm dünyasını təəccübləndirməyə davam edir

Allah böcəkləri özlərini müdafiə etmələri üçün fərqli qabiliyyətlərlə birlikdə yaradıb. Mülk surəsində Allah kainatdakı qüsursuz ahəngi belə xəbər verir:

“Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Mülk surəsi, 3-4)

Özünü qorumaq üçün qarışqa qoxusundan istifadə edən hörümçək

Filippin adalarında yaşayan “tullanan hörümçək” (Phintella platensis) toxucu qarışqaların ərazisinə yerləşərək tüpürən (spitting spider) hörümçəkdən qorunmağa çalışır.

Həm tüpürən hörümçək, həm də tullanan hörümçək yapışqan böyük yarpaqlar üzərində yaşayırlar. Tüpürən hörümçək, adətən, torunu müəyyən uzaqlıqdan püskürdərək ovunun üzərinə atır və onu rahatlıqla tutur. Lakin tədqiqatçılar müşahidə etdilər ki, tullanan hörümçək yuvasını toxucu qarışqaların yanına qurduqda tüpürən hörümçək ora yaxınlaşmır. Çünki qarışqaların havaya ifraz etdiyi qoxu tüpürən hörümçəyi geri qaytarmağa məcbur edir. Ancaq bu planın mənfi yönü də var. Qarışqaların qoxusundan istifadə edən hörümçək həmin qarışqalar üçün də ov ola bilər. Bu çətin vəziyyətdən xilas olmaq üçün hörümçək qarışqalara qarşı dözümlü yuva inşa edir. Tullanan hörümçəklər yuvalarının yerini təyin edərkən ətrafda hərəkət edən qarışqaların olub-olmadığına baxırlar. Qoxuları ilə tüpürən hörümçəkdən qoruyan qarışqaların yanında tullanaraq özlərini ələ vermirlər. Qarışqalardan qorumaq üçün sıx hörülmüş möhkəm yuva qururlar. Yuvanın hər yerində sallanan ipək qapılar olur. Hörümçək yuvaya girib-çıxarkən bu qapıları çox sürətlə açıb-bağlayır, beləliklə, qarışqalar hörümçəyi təqib edə bilmirlər. Belə vəziyyətdə insan bəzi məqamlar üzərində dərin düşünməlidir:

• tullanan hörümçək qarışqaların ifraz etdiyi qoxunun digər hörümçəyi zərərsizləşdirdiyini necə anlayır?

• evini onlara yaxın yerdə qurmağı necə hesablayır?

• evə giriş-çıxış üçün qapılar qurmağı və qarışqalar ora girməsin deyə onları sürətlə açıb-bağlamağı necə düşünür?

• tüpürən hörümçək ifraz etdiyi mayenin ovunu təsirsizləşdirəcək qədər güclü olduğunu necə bilir?

• tüpürən hörümçək qarışqa qoxusunu hiss etdikdə o sahəyə niyə yaxınlaşmır?

Bu qədər detalları bir neçə millimetrlik və ya santimetrlik canlıların düşünə bilməsi, mühit və şərtləri müəyyən edib təhlükəyə qarşı tədbir alması, aldığı bu tədbirə uyğun bədənində sistem yaratması, əlbəttə ki, qeyri-mümkündür. Bu canlılar Uca Allahın ilham etdiyi ağıl və texnologiyadan istifadə edirlər. Hörümçəklərin sahib olduğu xüsusiyyətlər canlıların sonsuz qüdrət və ağıl sahibi Uca Allah tərəfindən yaradıldığının dəlilidir. Rəhman olan Allah çox ucadır.

Su üzərində yeriyən cırtdan kök qurdunun robotlara ilham verən ayaq quruluşu

Tropik suların sahilindəki palçıqlı sulardakı qazdıqları oyuqlarda yaşayan cırtdan kök qurdunun ən maraqlı xüsusiyyəti su üzərində gəzib tullanmasıdır. Tədqiqatçılar müəyyən ediblər ki, bu böcək su üzərində hərəkət edən digər böcək və canlılardan daha fərqli üsulla hərəkət edir. Aparılan araşdırmalar 5 millimetr boyunda və 10 milliqram ağırlığındakı bu böcəyin arxa ayaqlarındakı xüsusi yastıqcıqlar köməyi ilə su üzərində 100 millimetr yüksəyə sıçradığını müəyyən edib. Bu canlı bir sıçrayışda boylarından 5,4 dəfə çox, yəni 33 millimetrlik məsafəni qət edirlər. Quruda isə 70 santimetr yüksəyə sıçraya və bir sıçrayışda 1 metr irəli atıla bilirlər. Bu hal xüsusi yaradılış tələb edir. Tədqiqatçılar cırtdan kök qurdunun sahib olduğu bu yaradılış xüsusiyyətindən suda hərəkət edən robotların təkmilləşdirilməsində istifadə etməyi düşünürlər. Bu sahədə təkmilləşmiş sistem hazırlana bilmədiyi halda, böcəklərin ilk yaradıldıqları andan etibarən belə mükəmməl sistemdən istifadə etmələri Uca Allahın üstün elmi və ağlını əks etdirir. Allah hökm və hikmət sahibidir.

Çəyirtkələrin güclü arxa ayaqları

Çəyirtkələrin altı ayağı var, arxa iki ayağı digər ayaqlarından güclü və uzun olur. Çəyirtkələr bu ayaqları sayəsində çox uzaq məsafələrə tullana və bəzən tullandıqdan sonra qanad çırparaq uçmağa başlayırlar. Çəyirtkənin tullanmasında əsas faktor arxa tərəfində yerləşən iki ədəd uzun ayaqlarıdır. Allah bu canlının ayağının üst hissəsini qalın, alt hissəsini isə onunla eyni uzunluqda yaradıb. Beləliklə, canlı çox güclü əzələlərlə əhatələnmiş skelet sisteminə sahibdir. Bu səbəbdən çəyirtkə bir sıçrayışda öz boynundan 20 dəfə uzağa tullana bilir. Bu, insanın 3 addım atmaqla 100 metri keçməsinə bərabərdir.

Uca Allah çəyirtkəni bu möhtəşəm sistemlə birlikdə yaradıb. Allah hər şeyi əskiksiz yaradan, hər cür yaratmadan xəbərdar olandır. Allahın qüsursuz yaratmasındakı nizam və ölçü bir ayədə belə bildirilir:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir”. (Furqan surəsi, 2)

Antenaları ilə yollarını tapan qaçağan böcəkləri

Kornel Universitetində aparılan araşdırmaya görə bir çox böcək ətrafda baş verənləri anlamaq üçün antenalarını havada tutur, ancaq qaçağan böcəkləri antenalarını önlərində möhkəm tutaraq mexaniki yolla ətraflarında və qarşılarındakı təhlükəni öyrənməyə çalışırlar. Düşünə bilərsiniz ki, gündüz vaxtı çox yaxşı görmə qabiliyyətinə sahib olan bu böcəklərin ətraflarında nə baş verdiyini anlamaları üçün antenalarına ehtiyacları yoxdur. Lakin böcək çox sürətlə hərəkət etdir, ona görə də belə qısa müddətdə kifayət qədər işıq qəbul edib obyekti görməyə imkan olmur. Bu səbəbdən bəzən saniyənin mində biri qədər qısa müddətdə dayanır və ovunun yerini müəyyən edib yenidən qaçmağa başlayır. Bəs böcək bunu necə bacarır? Bunun sirri böcəyin antenalarında gizlidir. Araşdırmaçılar belə sürətlə hərəkət edən böcəklərin önlərindəki maneəni necə müəyyən etdiklərini daha yaxşı anlamaq üçün 3 fərqli təcrübə keçirdilər. Bunun üçün böcəyin qaçdığı yola mane yerləşdirdilər.

İlk mərhələdə böcək önündəki əngəli antenaları ilə toxunaraq təsbit etmiş və üzərindən keçmişdi.

İkinci mərhələdə böcəyin gözlərini bağlamalarına baxmayaraq, böcək yenə də yolunun üstündəki maneəni bilib üzərindən keçmiş və yoluna davam etmişdi.

Üçüncü mərhələdə böcəyin antenalarını da bağlamışdılar, lakin bu səfər böcək yolunun üstündəki maneəyə dəymiş və onu keçə bilməmişdi.

Bu təcrübə nəticəsində bəlli olur ki, böcəklərin gözləri ətraflarını dərk etmələri üçün kifayət deyil. Ancaq Uca Allahın bu canlılarda yaratdığı antenalardakı toxunma hissi vasitəsilə onlar ətrafları və önlərindəki əngəlləri müəyyən edib onları aşa bilirər. Böcəklərin sahib olduqları bu xüsusiyyəylər elm dünyasında da ilham qaynağına çevrilib. Əgər qaçağan böcəklərinin bu xüsusiyyəti sərbəst hərəkət edən kiçik tədqiqat raketlərə tədbiq edilsə, həmin vasitəyə quraşdırılmış antenalar əvvəlcədən maneələri bilərlər. Təkmilləşdirilmiş bu üsula görə kiçik robotlarda kamera əvəzinə bu cür həssas antenaların qəbuledicilərindən istifadə etmək daha sərfəli olar.
Böcəklər düşündüyümüzdən daha çox diqqətlidirlər. Böcək seçim edərkən bitkinin hansı növə aid olmasına qədər bir çox məqama diqqət edir. Bəs böcəklər birini digəri ilə müqayisə edərkən bitkiləri necə və nəyə əsasən seçirlər?

Elm adamları cavabını axtardıqları bu sual üçün illərdən bəri araşdırma aparırlar. Bu araşdırmanı aparmalarının səbəbi böcəklərdən istifadə edərək məhsulu zərərvericilərdən qorumaq və hətta bəzi zərərli bitkilərə nəzarəti gücləndirməkdir. Məsələn, atlar üçün zərərli olan Yastıyarpaq xaçgülünün otu kimi bitkilərin bitdiyi əraziləri əkinçilər əkin məqsədli ilə istifadə edə bilmirlər.

Bu yastıyarpaq xaçgülünün otu ətrafında ona bənzər uzun bitkilər olsa da, böcəklər bu otlardan zərərli olanlarını seçib ona hücum edir və bu yolla həmin bitkilərin böyüməsinin və geniş ərazilərə yayılmasının qarşısını alırlar.

Tədqiqatçı Olqa Kostenko böcəklər bitkiləri seçərkən dadının da onlar üçün nə dərəcədə önəmli olduğunu daha yaxşı öyrənmək üçün ən az 1750 bitki üzərində təcrübə aparmışdı. Nəticə təəccüblü idi, çünki böcəklər təkcə bitkinin keyfiyyətinə deyil, eyni zamanda ləzzətinə də diqqət edirdi.

Əvvəlcədən araşdırma aparmadan və ya təcrübəsi olmadan insan bir bitkinin faydalı və ya zərərli olduğuna qərar vermə bilməz. Amma bəzi böcəklərin bir-birinə bənzəyən bitkilərdən zərərli olanlarını ayırd etməsi olduqca heyranedici haldır. Böcəyin fərqli canlını – bitkini tanıması, onun quruluşunu analiz etməsi və oxşar bitkilər arasından gedib özünə lazım olanı seçməsi ancaq Rəhman olan Allahın ilhamı ilə baş verir. Bu böcəyin təsadüfən bu məlumatlara sahibi olması və fərdi ağıl nümayiş etdirməsi qeyri-mümkündür. Bu ağıl ancaq hər şeyin yaradıcı və hər bir canlının ixtiyarı əlində olan Əziz və Uca Allahın üstün ağlıdır.

“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” (Hud surəsi, 56)

Bitkilərin müdafiə taktikalarını oğurlayan böcəklər

Bəzi bitkilərdəki tükcüklər onları zərərli böcəklərdən qorumaq üçündür. Lakin buna baxmayaraq bəzi böcəklər bu bitkilərlə qidalanmağa qərarlıdırlar. Bu cür böcəklərdən biri bir çox ölkədə bioloji müxtəlifliyin itməsinə səbəb olan “Cycad aulacaspis” adlı böcəkdir. Belə ki, Havay ştatının təxminən 3300 mil qərbində yerləşən Quam adasında 2003-cü illərdə bu böcəyin səbəb olduğu təxribatla bir çox bitki təxminən 90% nisbətində xəstələnmiş və ölmüşdü. Hər nə qədər adaya bu böcəklə qidalanan böcək növləri gətirilsə də, yenə də o dövrdə bu zərərli böcəklərin öhdəsindən gəlmək mümkün olmamışdı. Çünki çox kiçik olduqlarından bitkilərin yarpaqlarının altlarında və aralarında çox yaxşı gizlənə bilirdilər.

Araşdırmaçılar bu böcəyin digərləri tərəfindən tapılıb saylarının azalmamasının, əksinə getdikcə artmasının səbəbini araşdırdıqlarında olduqca maraqlı nəticə ilə qarşılaşdılar. Çünki kiçik böcəklər bitkilərin tükcükləri arasında səssizcə gəzirdilər. Bu tükcüklər bitkilərin yarpaqlarından gövdəsinə qədər bir çox yerində mövcud olan çox kiçik hissəciklərdir. Böcək yeyən daha böyük canlılar bu tükcüklərin arasına girə bilmədiklərindən Cycad aulacaspic onların altında və aralarında gizlənərək qidalanmağa, çoxalmağa və bitkiyə zərər verməyə davam edirdilər.

Bitkiləri yeyən böcəklər çox fərqli strategiyalardan istifadə edirlər. Bunlardan biri də bitkilərin onlara qarşı tədbiq etdiyi taktikaya uyğunlaşmalarıdır. Məsələn, bitkilər çox sayda böcək olanda onlara zəhərli, pis dadı olan kimyəvi maddələr istehsal edirlər. Bu kimyəvi maddələr, adətən, bir çox bitki yeyən böcək ondan uzaqlaşdırır. Lakin aparılan araşdırmalarda bitki yeyən böcəklərin bitkinin istehsal etdiyi zərərli kimyəvi maddələri yediyini, onları bədəninin bir yerində saxladığını və daha sonra bu zəhərli maddəni müdafiə məqsədilə istifadə etdiyini gördülər. Beləcə, bu böcəklər onlara qarşı hazırlanan müdafiə sistemindən özlərini qoruyarkən istifadə edə bilirlər. Məhz bu səbəbdən 2003-cü ildə Quam adasındakı bitkilərin ölümü 4 il çəkdi və elm adamları bunun qarşısını ala bilmədilər.

Əslində, burada araşdırılmalı və soruşulmalı bir çox sual var, bunlardan ən bəziləri belədir:

bu böcəklər bitkinin ifraz etdiyi zəhəri necə tanıyırlar?

bunu özlərinə zərər vermədən necə uzaqlaşdırıb, daha sonra istifadə etmək üçün bədənlərinin bir yerində necə saxlayırlar?

ələ keçirdikləri bu silahı özlərini müdafiə etmək üçün necə və nəyə qarşı istifadə edirlər?

Əbəttə, burada çox üstün ağıldan bəhs edilir. Taktikadan istifadə edərək özünü müdafiə edən canlı sadəcə bir neçə santimetr böyüklüyündəki böcəkdir. Bitki tükcüklərindən daha kiçik olan canlıların belə ağıl göstərə bilməyəcəyi açıqdır. Buradakı ağıl və elm ancaq sonsuz qüdrət sahibi və bütün kainatı yaradan Uca Rəbbimiz Allaha aiddir. Ayədə belə buyurulur:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir”. (Furqan surəsi, 2)

Təbiəti araşdırmaq və üzərində düşünmək Uca Allahın Quranda bildirdiyi əmrlərdəndir. Kainatdakı canlı-cansız bütün varlıqlar “yaradıldıqlarını” göstərən işarələrlə doludur və onları yaradan Allahın gücünü, elmini və sənətini göstərmək üçün mövcuddurlar. İnsan ağlından istifadə edərək bu işarələri görmək və Allahı tanımaqla məsuldur. Bütün kainat kimi böcəklər də Rəbbimizin ayələrini daşıyan, bu səbəbdən diqqət edilməli, araşdırılmalı və üzərində düşünülməli canlılardır. Mövzu ilə bağlı Quran ayələri belədir:

“Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi, 3-4)