Dilinizdə həddindən artıq bakteriya yaşayır.

Dilinizdə həddindən artıq bakteriya yaşayır.

Müxtəlif qidalarla bədənimizə nitrat qəbul edirik. Nitrat bədənə daxil olduğu zaman tərkibindəki bir oksigen molekulunu itirərək nitritə çevrilir. Nitratın asanlıqla nitritə çevrilməsi insan bədəni üçün bir qayğı səbəbidir. Nitrit rahatlıqla kimyəvi reaksiyalara girə bilir və qidalarla qəbul edilən aminlərlə birləşərək “nitrozamin” adlanan bir maddəyə çevrilir. Bədənə asanlıqla daxil olan nitrozaminlər, mədə xərçəngi kimi önəmli xəstəliklərin başlıca səbəblərindən biridir. Ancaq bəzən bədənə birbaşa qəbul edilən, bəzən də bədəndə istehsal edilən nitrozaminlər bədənə zərər vermədən aradan qaldırılır. Bunun səbəbi insan bədənini qorumaqla vəzifələndirilmiş bakteriyalardır.

Tədqiqatçılar bir müddət əvvəl qidalarla bədənə qəbul edilən nitratın 25 % - nin nitritə çevrilməklə tüpürcəyə qarışaraq ağızdakı hüceyrələrə geri qayıtdığını müşahidə etdilər. Bunun səbəbi əvvəlcə aydın olmamışdı. Çünki nitrit potensial olaraq zərərli bir maddə idi və zərərli maddənin bədəndə istehsal edilməsinin də mənası yox idi. Bunun səbəbi daha sonra aydın oldu. Nitrit tüpürcəkdəki turşu ilə birləşdiyi zaman bədəndə nitrozaminin əmələ gəlməsinə mane olurdu. Bu birləşmə eyni zamanda bədənə zərərli bəzi bakteriyalar üçün də çox zəhərli idi. Dolayısı ilə nitrit, yediyimiz qidalarla qarışması üçün ağzımızda xüsusilə düzəldilirdi. Ağıza gələn qida bizim üçün zərərli maddə olmaqdan çıxır, eyni zamanda tərkibindəki bütün zərərli mikroblar da bədənə daxil olan kimi bu üsulla ölürdü.

Elə isə indi bu sualı verək: Nitratı ət və salat kimi ən təməl qidalarla davamlı olaraq qəbul edirik. Görəsən bakteriyalar hansı qərarla bu maddənin bədənə zərərli ola biləcəyini düşünmüş və bunu ortadan qaldıra bilmək üçün özlərinə bir qərargah qurmuşlar?