Bunu həqiqətən bilmirdiniz...??

Bunu həqiqətən bilmirdiniz...??

Danışıqlarınız, ətrafınızdakı əşyalardan çıxan səslər, musiqi səsi fasiləsiz olaraq əks-səda verir. Divarlara, əşyalara, sizin bədəninizə dəyən səs əks-səda verərək başqa istiqamətlərə yönəlir. Məsələn, bu əks-səda səslərini oxuya bilən bir cihaz olsa, siz heç kimin eşitmədiyi tərzdə otağınızda danışarkən yaranan səsin əks-sədasını başqa bir otaqda tuta bilər.

Burada qəribə olan nədir, bilirsinizmi? Beynin sadəcə ilk çıxan orijinal səsi qəbul etməsi və sadəcə onu eşitməsi, divarlara, əşyalara dəyərək qayıdan səs dalğalarını “əks-səda” olaraq tanıyıb silməsi və bunu elektrik siqnalı olaraq beyinə çatdırmamasıdır.

Bu mövzunu çoxunuz yeni öyrənirsiniz. İnsan, yaranandan bəri əks-səda olan səsləri ayırd edib yanlız orijinal səsi eşidir... Bu əks-səda olan səsləri tanıyıb silmə vəzifəsini yerinə yetirən beyin hissəsindən ən kiçik bir problemi olan insanlar, qəribə səslər eşitməyə başlayırlar və onlara psixoloji müalicə tətbiq edilir.

Halbuki əks-səda səsləri də eşitsəydik, musiqi dinləmək bir yana, çıqqıltı çıxsın istəməyəcək, bəlkə də eşitməkdənsə kar olmağa üstünlük verəcəkdik. Əgər əks-səda olan səsləri də eşitsəydik musiqidə deyilən “elə keçər zaman” cümləsini “elelelələləkekeçəərrzazamamaanan” kimi eşidərdik. Əks-sədalar artdıqca bu kəlmələrin təkrarlanma sayları da artaraq xışıltılı, yüksək, uğuldamalı bir səsə çevriləcəkdi. Biz insanlar isə bu aydın olmayan səslərlə mübarizə aparmaq məcburiyyətində olacaq və heç bir zövq almayacaqdıq.