İnsanın immun sistemində vəzifə daşıyan orqanlar

İnsanın immun sistemində vəzifə daşıyan orqanlar

Döyüşçü istehsalat mərkəzi: Sümük iliyi

Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıldıqda radiasiyaya məruz qalan bir çox insan 10-15 gün ərzində daxili qanaxma və ya yoluxucu xəstəliklər ucbatından öldü. Bu ölümlərin səbəbini araşdırmaq üçün heyvanlar üzərində tədqiqat apardılar. Müəyyən olundu ki, bədənin tamamilə radiasiyaya məruz qalması nəticəsində qan yaradan və immun sisteminin əsasını təşkil edən hüceyrələr ölür. Bu da bədənin qısa müddətdə ölməsi mənasını verirdi. (Scientific American , Sentyabr 1993 , s. 32)

Bu həyati hüceyrələr sümük iliyində istehsal edilir. Ancaq diqqətəçarpan məqam odur ki, bu fabrikdə bir-birindən çox fərqli məhsullar istehsal olunur. Çünki burada istehsal edilən bəzi hüceyrələr faqositoz istehsalında, bəzi hüceyrələr qanın laxtalanmasında, bəzi hüceyrələr isə maddələrin parçalanmasında rol oynayır. Bu hüceyrələrin vəzifələri kimi strukturları da bir-birilərindən fərqlidir.

Maraqlıdır ki, ortaq məqsədlə hərəkət edən bir çox fərqli hüceyrələr xüsusi bir istehsal sisteminin heyətidir.

Təkamül nəzəriyyəsi bu sistemi təsadüflərlə qətiyyən açıqlaya bilməz. Çünki təkamül nəzəriyyəsi çoxhüceyrəli orqanizmlərin təkhüceyrəli canlılardan təkamül keçirərək meydana gəldiyini iddia edir. Bəs təsadüfən meydana gəlmiş hüceyrələr bir yerə toplandıqdan sonra necə olub ki, yaratdıqları bu quruluşun içində yeni hüceyrələr istehsal edəcək sistemi yoxdan yarada biliblər? Bu kərpic anbarında baş verən partlayış nəticəsində dağılan minlərlə kərpicin təsadüf nəticəsində üst-üstə düşərək yeni binan tikməsinə bənzəyir. Bundan əlavə, bu binanın içində yeni kərpiclər istehsal edən fabrik də yaranmalıdır.

Unutmayaq ki, insan bədəni binadan dəfələrlə mürəkkəb quruluşa sahibdir. İnsan bədəninin elementi olan hüceyrə isə insanın hazırladığı heç bir məhsulla müqayisə edilməyəcək qədər qüsursuz və kompleks quruluşa sahibdir. Təkamülçülərin irəli sürdükləri fərziyyənin nəcə ciddi yalan olduğunun anlaşılması üçün hüceyrəni kərpicə bənzədən bu nümunə verilib.

Daxilimizdəki tədris mərkəzi: Timus (Çəngələbənzər vəzi)

Timus bioloji cəhətdən araşdırıldıqda adi orqan kimi görünə bilər. Amma gördüyü işlərə nəzər salsaq, necə mühüm orqan olduğunu görərik. Timusda limfosit hüceyrələrinə bir növ dərs keçirilir. Bəli, səhv oxumadınız. Hüceyrələr timusda təlimdən keçirlər. Düşünə bilərsiniz ki, təhsil almaq və təhsil vermək şüurlu varlıqlara aiddir. Lakin burada çox əhəmiyyətli məqam var: təlim verən ət parçası (timus), təlimi alan da kiçik hüceyrələrdir. Yəni hər ikisi də şüursuz varlıqlardır.

Bundan əlavə, bu təlim nəticəsində limfosit hüceyrələri çox əhəmiyyətli məlumatlarla təchiz olunur: Bədəndəki hüceyrələrin xüsusiyyətlərini öyrənirlər. Bu bir növ bədənə aid hüceyrələrin kimliklərini limfosit hüceyrələrinə tanıdılması deməkdir. Nəticədə, hüceyrələr əldə etdikləri məlumatlarla timusdan ayrılırlar. Beləliklə, limfositlər bədəndə vəzifələrini yerinə yetirərkən tanıdıqları hüceyrəyə hücum etmirlər. Bundan başqa, qalan hər hüceyrə və ya maddəyə hücum edir və onları yox edirlər.

Timus uzun illər ərzində təkamülçü elm adamları tərəfindən rudiment orqan kimi qəbul edilmiş, təkamül üçün guya dəlil olaraq istifadə edilmişdi. Halbuki son illərdə bu orqanın immun sistemimizin əsası olduğu ortaya çıxmışdır. Bundan sonra timusun rudiment orqan olduğunu iddia edən təkamülçülər indi həmin orqan üçün tam əksinə nəzəriyyə irəli sürüblər. Timusun əvvəllər olmadığını, yavaş-yavaş, təkamül keçirərək meydana gəldiyini iddia edirlər. Hələ də timusun digər bir çox orqandan daha uzun təkamül keçirərək yarandığını iddia edirlər. Ancaq timus olmadan ya da tam formalaşmadan T hüceyrələri düşməni tanıya və immun sistemi vəzifəsini yerinə yetirə bilməyəcək. İmmun sistemi olmayan insan isə həyatını davam etdirə bilməz. Sizin bu cümləni indi oxumanız da timusun uzun təkamül müddəti içində deyil, ilk insandan bəri qüsursuz və əskiksiz şəkildə yaradıldığının dəlilidir. Allah üstün güc sahibi Yaradıcımızdır.

Çoxfunksiyalı orqan: Dalaq

İmmun sistemimizin digər möcüzəvi üzvü də dalaqdır. Dalaq qırmızı və ağ olmaqla iki hissədən ibarətdir. Ağ hissədə əmələ gələn gənc limfositlər qırmızı hissəyə keçir və buradan da qan dövranına qoşulurlar. Tünd-qırmızı rəngdə olan və mədənin yanında yerləşən bu orqanın gördüyü işlər ətraflı şəkildə araşdırıldıqda qeyri-adi mənzərə ilə qarşılaşılır. Belə çətin, kompleks və qeyri-adi vəzifələrinə görə bu orqan möcüzəvidir.

Dalaq hüceyrə və faqositoz yaratmaqla, qırmızı qan hüceyrələrini saxlamaqla immun sistemində çox əhəmiyyətli və çətin vəzifələr daşıyır. Şübhəsiz, dalaq da digər bütün orqanlarımız kimi sadəcə ət parçasıdır. Amma bu ət parçası şüurlu bacarıq və ağıl nümayiş etdirir. Heç bir xətaya yol vermədən müntəzəm olaraq fəaliyyət göstərir. Dalaq insan doğulandan var gücü ilə çalışır və Allah dilədiyi müddətcə, vəzifəsinə fasiləsiz davam edir.

www.yaratilisvebilimsiteleri.com

Dalaqda hüceyrənin istehsalı

Ana bətnindəki uşaqda sümük iliyi qan hüceyrələrinin istehsalı vəzifəsini tam olaraq yerinə yetirə bilmir. Bəs bu müddət ərzində uşaq qansızmı qalır? Xeyr, bu mərhələdə dalaq fəaliyyətə keçir və bu məsuliyyəti öz üzərinə götürür. Bədənin qırmızı qan hüceyrəsi, trombosit və qranulositlərə ehtiyacı olduğunu anlayan dalaq limfosit istehsalı ilə yanaşı, bu hüceyrələrin istehsalına da başlayır. Unutmayın ki, dalaq şüursuz ət parçasıdır və belə məsuliyyəti şüurlu şəkildə öhdəsinə götürmək qabiliyyəti də yoxdur. Bundan əlavə, bu məsuliyyəti alsa belə, olduqca kompleks quruluşdakı hüceyrə və zülalları istehsal edəcək məlumata və təchizata necə sahib olur? Məlumdur ki, insan bədənini yaradan Allah dalağı da lazım gəldikdə öz vəzifəsindən əlavə məsuliyyət yerinə yetirəcək şəkildə yaradıb və dalağı yeni vəzifəsinə uyğun məlumatlarla təchiz edib.

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” (Həşr surəsi, 24)

Dalaqda faqositoz istehsalı

Dalaqda bol miqdarda makrofaq (təmizləyici hüceyrələr) vardır. Bunlar dalağa qanla gələn qocalmış, ölmüş qırmızı qan hüceyrələri və başqa zədələnmiş qan hüceyrələrini, qandakı bəzi yad maddələri faqositoz edirlər, yəni udub həzm edirlər. Burada çox əhəmiyyətli  kimyəvi mübadilə sistemi fəaliyyət göstərir.

Dalaqdakı makrofaq hüceyrələri udduqları qırmızı qan hüceyrələrinin tərkibində olan hemoqlobin zülalının daxilindəki dəmiri başqa maddələrlə birləşdirərək bilirubinə çevirirlər. Bilirubin daha sonra toplanaraq qan-damar sisteminə ötürülüb qaraciyərə göndərilir. Bu çevrilmə sayəsində öd ilə birlikdə bədəndən xaric edilə biləcək hala gəlir. Ancaq öd ilə birlikdə bağırsaqlardan atılmaq üzrə olan bilirubinin içindəki dəmir molekulu bədən üçün çox qiymətlidir. Bu səbəbdən dəmir incə bağırsaqların müəyyən bir bölgəsində təkrar geri sorulur və əvvəl qaraciyərə, oradan da sümük iliyinə gedir. Burada məqsəd həm zərərli maddə olan bilirubini bədəndən atmaq, həm də dəmiri təkrar qazana bilməkdir.

Bilirubin tarazlığı bədənimiz üçün olduqca mühüm prosesdir. Çünki bu prosesdə ən kiçik səhvin əvəzi olduqca ağırdır. Bunun ən açıq nümunələrindən biri bilirubinin müəyyən dərəcədə artması sarılıq xəstəliyinin inkişafıdır. Ancaq bədənimizdəki hüceyrələr sanki bu təhlükəni bilirmiş kimi diqqətlə bədən üçün təhlükəli olan maddələri xaric edir , faydalı olanları aralarından seçib, təkrar istifadə edirlər. 

Düşmən orqanizmlərin bədənə girmələri çox çətin olsa da, bədəni istila etmək üçün bədənə girməyə mütləq səy göstərirlər. Dəri, tənəffüz, həzm sistemi kimi maneələri aşaraq bədənə girməyi bacarsalar belə, məğlubedilməz döyüşçülər onları gözləyir. Bu döyüşçülər sümük iliyi, dalaq, timus, limfa vəzləri kimi bu sahədə ixtisaslaşmış mərkəzlərdə istehsal edilib təlimləndirilirlər. İmmun hüceyrələri adlandırdığımız bu döyüşçülər makrofaqlar, limfositlər kimi işçilərdir.

www.vucutelektrigi.com

Dalağın eritrositi ehtiyatı

Dalağın məharətləri bunlarla məhdudlaşmır. Dalaq müəyyən miqdar qan hüceyrəsini (eritrosit və trombositləri) daxilində toplayıb saxlayır. " Saxlama" dedikdə ağlınıza anbar kimi istifadə edilən əlavə hissə gələ bilər. Ancaq dalaq kiçik bir orqandır və ətrafda anbar kimi istifadə edəcəyi heç bir yeri yoxdur. Dalaq məhz bu cür vəziyyətlərdə həcmini böyüdərək eritrositlər və trombositlər üçün yer ayırır. Bəzi xəstəliklər nəticəsində böyümüş dalağın saxlama həcmi də böyüyür.

Dalaq bədəndə mübarizəyə qatılır

Bədəndə hər hansı bir bakterial infeksiya, ya da başqa zərərli amilin meydana gəldiyi hallarda bədən bu zərərli düşmənə qarşı özünümüdafiə hücumuna keçir. Bunun üçün döyüşçü hüceyrələr çoxalmalıdır. Belə anlarda dalaq limfosit və makrofaq istehsalını artırır. Beləliklə, xəstəlik zamanı bütün orqanizmdə tətbiq olunan " fövqəladə hal" vəziyyətinə dalaq da qoşulur.

Digər istehsalat mərkəzi: Limfa vəzləri

İnsan bədənində bütün bədənə yayılmış hərbçi (polis) və polis kəşfiyyat sistemi vardır. Bu sistemin içində növbətçi polis və polis bölməsi də mövcuddur.

Bu sistem limfa sistemi, polis bölməsi də limfa vəziləridir. Sistemə limfosit hüceyrələri daxildir. Limfa sistemi tamamailə insanın əmrinə verilmiş möcüzədir. Bu sistem bütün bədənə yayılmış limfa damarları, bu damarların müəyyən hissələrinə yerləşdirilmiş limfa vəziləri, limfa vəzilərində və limfa damarlarında gözətçi vəzifəsini yerinə yetirən limfosit hüceyrələr və bu hüceyrələrin içində üzdüyü, limfa damarlarında gəzən limfa mayesindən meydana gəlir.

Sistem bu cür işləyir: Bütün bədənə yayılmış limfa damarlarının içindəki limfa mayesi kapilyar limfa damarları ətrafındakı toxumalara təmas edir. Bu təmasdan sonra limfa damarlarına yenidən qayıdan limfa mayesi bu toxumalara aid bəzi məlumatları gətirir. Bu məlumatlar limfa damarları boyunca ən yaxın limfa vəzisinə çatdırılır. Əgər toxumalarda düşmən hərəkatı başlayıbsa, bunun məlumatı da limfa mayesi vasitəsilə limfa vəzisinə çatdırılır. 

Düşmənə aid məlumat araşdırıldıqdan sonra təhlükə varsa, həyəcan siqnalı çalınır. Limfa toxumalarında limfosit və digər bəzi döyüşçü hüceyrələrin istehsalına sürətlə başlanır.

İstehsal mərhələsindən sonra yeni əsgərlər döyüşün olduğu cəbhəyə gətirilir. Yeni əsgərlər limfa vəzilərindən limfa mayesi köməyi ilə limfa damarlarına keçirlər. Limfa damarlarından da qan dövranına keçən əsgərlər müharibənin olduğu bölgəyə çatırlar. Buna görə infeksiya olan bölgədəki limfa vəziləri əvvəlcə şişir. Bu o bölgədəki limfosit istehsalının artdığını göstərir.

İndi mövcud sistemi yekunlaşdıraq :

- bütün bədəni əhatə edən xüsusi nəqliyyat sistemi
- bədənin bir çox bölgəsinə yerləşdirilmiş limfa vəzi polis bölmələri
- düşmən əsgərlərin kəşfiyyatının aparılması
- bu kəşfiyyat nəticəsində lazım gəlsə əsgər istehsal edilməsi

Əgər bu sistemdə cuzi bir əskiklik olsa, sistem işləməyəcək. Deməli, bu sistemin zaman içində, mərhələ-mərhələ inkişaf edərək yaranması mümkün deyil. Məsələn, limfa vəziləri və limfosit olan, ancaq limfa damarları olmayan bir sistem fəaliyyət göstərə bilməz. Sistemin fəaliyyəti yalnız bütün işçilərin eyni anda yaradılması ilə mümkündür. 

Rəbbimizin yaratması ilə bağlı bir ayədə belə buyurulur: 

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi , 73)