Təkamül nəzəriyyəsinin arxa planı

Təkamül nəzəriyyəsinin arxa planı

Təkamül nəzəriyyəsi bu gün dünyanı öz təsiri altına salan digər düşüncə sistemləri kimi Avropada doğulmuş və oradan digər cəmiyyətlərə təbliğat yolu ilə ixrac edilmişdir. Bu səbəbdən, bu nəzəriyyənin hansı məqsədlə ortaya atıldığını və nəyə görə daim gündəmdə tutulduğunu anlamaq üçün Avropada baş verən böyük dəyişiklikdən bir az bəhs etmək istəyirik.

Avropa orta əsrlər boyu dinin idarə etdiyi cəmiyyətlərdən ibarət idi. Din insanların ən böyük yol göstəricisi olaraq qəbul edilirdi. İnsanlar özlərinin və kainatın Allah tərəfindən yaradıldığına və yenə Onun tərəfindən yox ediləcəyinə, ölümün ardınca da Ona hesab verəcəklərinə inanırdılar. Cəmiyyət nizamı bu inanc üzərində, yəni insanın və kainatın “yaradılmış” olduğu həqiqətinə əsaslanaraq qurulmuşdu.

Ancaq orta əsrlər Avropası nə qədər mühüm sayılan doğruları ehtiva etsə də, bir çox yanlışları da var idi. Hər şeydən əvvəl, din deyilən şey Allah’ın insanlara verdiyi həqiqi və orijinal din (haqq din) deyildi. Dinə bir çox yad ünsür qarışmışdı. Dinin saflığının pozulması fanatizmin doğulmasına gətirib çıxarmışdı. Kilsənin mühafizəkar və dar görüşlü bəzi yönləri vardı. Həmçinin dinə bir çox xurafat qarışmışdı və bu xurafatlar da təbii olaraq ağıl və məntiqə uyğun gəlmirdi. İnsanlar kilsənin təzyiqi ilə xurafatlarla qarışdığı üçün məntiqli olmayan, insan ruhuna zidd olan bu dini bir az çətinlik çəksələr də, qəbul edirdilər. Ancaq bu vəziyyət belə davam edə bilməzdi. İki ehtimal vardı, birincisi, dinin xurafatlardan təmizlənməsi və təmiz isəvi (hz. İsadan gələn) ənənəsinə geri qayıdılması idi ki, bu, Avropanın həqiqi qurtuluşu olardı. İkinci ehtimal isə dinin tamamilə rədd edilməsi idi ki, bu, Avropanın fəlakəti demək olardı.

15-ci əsrdə başlayan və 19-cu əsrdə kulminasiya nöqtəsinə çatan bir dəyişiklik müddəti nəticəsində ikinci ehtimal həqiqətə çevrildi və Avropa dini tərk etdi.

Ancaq bu dəyişiklik öz-özünə olmamışdı. Avropanı birinci seçimdən, yəni dini xurafatlardan təmizləməkdən saxlayan və onu ikinci seçimə, yəni dini tamamilə rədd etməyə yönəldən bəzi mühüm amillər vardı. Bu faktorlar avropalı cəmiyyətlər içində mövcud olan bəzi cəmiyyət qrupları idi. Bunlar dini şəxsi mənfəətləri üçün çox böyük bir rəqib olaraq görür və dini nizamın nə olursa-olsun, pozulmasını istəyirdilər. Xüsusilə ticarət yolu ilə zənginləşənlər və yəhudilər kimi katolik kilsəsi ilə fəlsəfi olaraq uyğunlaşmayan cəmiyyətlər şəxsi mənfəətlərini Avropanın dindən tamamilə uzaqlaşmasında görürdülər. Ancaq bu şəkildə daha çox qazanc əldə edəcəkləri və güclənə biləcəkləri bir sistem qurulacağına inanırdılar. Məsələn, Avropanın katolik kilsəsinin qurduğu nizama görə, faizdən istifadə etməyən cəmiyyətin olması faizdən istifadə edərək mənfəətlərini artırmaq istəyən bu şəxslərin heç xoşuna gəlmirdi. Bu səbəbdən, faizi haram sayan katolik kilsəsinə qarşı ticarət sinifləri və yəhudilər kimi “nizama qarşı” olan qüvvələr tərəfindən dəstəklənən protestant cərəyanı faizi sərbəst buraxdı. Protestant cərəyanı dindəki degenerasiyanı daha da artırdı və katolik kilsəsinə qarşı çıxan yeni qüvvələr tərəfindən dəstəklənən alternativ bir din oldu: “Dünya işlərinə” çox da qarışmadığı, ya da həmin qüvvələrin bu işləri istədiyi şəkildə istiqamətləndirdiyi üçün protestantlıq uyğun bir din modeli olaraq qəbul edilmişdi.

Ancaq Katolik kilsəsi ilə dinsiz bir sistemi müdafiə edən bu yeni qüvvələr arasında konflikt xeyli davam etdi. Zamanla bu konflikt böyük bir müharibəyə çevrildi. Kilsə bu yeni qüvvələrə qarşı çıxmaq üçün Avropa cəmiyyətlərini dinə çağırır və bir sistemin qanuniliyi təmin etməsinin ancaq din ilə mümkün ola biləcəyini söyləyirdi. Kilsəyə görə, madam ki, bütün insanlar Allah’ın quludur və bütün dünya da Ona aiddir, o zaman dünyadakı sistem də Onun bildirdiyi (vəhy etdiyi) şəkildə olmalı idi.

Elə bu mərhələdə daha çox mənfəət və daha çox güc arxasınca qaçan yeni qüvvələr anladılar ki, insanları dindən ayırmadıqca onlara istədikləri sistemi qəbul etdirmək mümkün deyil. İnsanlar özlərinin Allah tərəfindən yaradıldıqlarını və yol göstəricilərinin də Allah olduğunu qəbul etdikləri müddətcə bu yeni güclərin təklif etdiyi dindən kənar həyat tərzini və cəmiyyət quruluşunu qəbul edə bilməzdilər.

Bunun üçün yalnızca kilsəni deyil, dinin birbaşa özünü aradan qaldırmalı idilər.

Dinə qarşı mübarizə


Xüsusilə 17 və 18-ci əsrlərdə mütəfəkkirlər dinin cəmiyyətdəki təsirini azaldacaq və insanları dindən uzaqlaşdıracaq sistemlər qurdular. İngiltərə, Almaniya və ən sonda da Fransada inkişaf edən və “Aydınlanma” düşüncəsi adlanan cərəyan avropalıları dindən uzaqlaşdırdı və onlara Allah’a baxmayaraq, yəni Allah’ın vəhyinə etinasız yanaşaraq bir dünya qurula biləcəyini təlqin etdi. Bu düşüncə Fransa İnqilabı ilə birlikdə zirvəyə çatdı və kilsəyə qarşı böyük bir güc qazandı.

Ancaq əvvəl də bildirdiyimiz kimi, aydınlanma adlanan bu yeni cərəyan öz-özünə yaranmamışdı. Tam əksinə, kilsənin gücünü yox edərək öz maraqlarına uyğun bir sistem qurmaq istəyən qüvvələr bu yeni dindən kənar düşüncəni meydana gətirmiş və cəmiyyətə qəbul etdirmişdilər. Bu dinsiz qüvvələr bu iş üçün gizli təşkilat da qurmuşdular: Avropanın Katolik kilsəsinə düşmən olan bütün elit təbəqəsini bir araya yığan bu gizli təşkilat masonluq idi. 1700-cü illərin əvvəlində ilk dəfə İngiltərədə varlıqlarını dünyaya elan edən və ardınca qısa müddətə bütün Avropaya yayılan mason təşkilatı Katolik kilsəsinə qarşı aparılan mübarizənin bir nömrəli lideri olmuşdu. Kilsəyə qarşı olan yəhudilərlə də yaxın münasibət quran və onların dəstəyini qazanan masonluq məlum olduğu kimi, aydınlanma cərəyanında və onun təbii nəticəsi olan Fransa İnqilabında aparıcı rol oynadı.

Masonların bu kilsə və dinə qarşı münasibəti o qədər aydın idi ki, Papa XIII Leo yayımladığı “Humanum Genus” adlı məşhur bildirişdə dinin ən böyük düşməninin bu təşkilat olduğunu elan etmişdi. Papa danışılan bəyannamədə masonların kilsəyə qarşı böyük bir nifrət içində olduqlarını və ən böyük məqsədlərinin bütün dini qurumları məhv etmək olduğunu bildirir və bir xristianın əsla mason ola bilməyəcəyini çatdırırdı. Masonların yer üzündə “şeytanın krallığı”nı qurmağa çalışdığını söyləyən Papa bütün insanları da bu təhlükəyə qarşı xəbərdar edirdi.

XIII Leo başqa bir fərmanında yəhudilərə də diqqət çəkmiş və yəhudi liderlərinin də masonluqla əməkdaşlıq edərək kilsəyə qarşı sistemli mübarizə apardıqlarını söyləmişdi. Həmin fərman Katolik kilsəsinin rəsmi nəşriyyat orqanı olan “Civilta Cattolica” adlı aylıq qəzetdə nəşr olundu. Papa “Civilta Cattolica”nın 1881-də nəşr olunan 32-ci sayında yəhudilərin kilsəyə qarşı böyük nifrət duyduqlarını və yer üzündə narahatlıq və fəsad çıxarmağa çalışdıqlarını elan etdi. Eyni qəzetin 34-cü sayında isə Fransanı masonların idarə etdiyini və masonların idarəsinin də, əslində, yəhudi liderlərin əlində olduğu yazıldı. Papanın nəşriyyat orqanı daha bir çox sayında eyni mövzulara diqqət çəkdi.

Lakin Katolik Avropa sisteminə ən azı özləri qədər düşmən olan yəhudilərdən böyük dəstək alan (yəhudilərin böyük iqtisadi gücləri vardı) masonlar Katolik kilsəsinə qarşı başladıqları mübarizədə qalib gəldilər. Bu da əvvəl də bildirdiyimiz kimi, dindən kənar düşüncənin avropalı cəmiyyətlərə qəbul etdirilməsi ilə mümkün oldu. Dindən kənar düşüncənin dinə qarşı qazandığı qalibiyyətin ən açıq nümunəsi isə Fransa İnqilabı idi: inqilabla birlikdə minlərlə dindar öldürülmüş, dini qurumlar məhv edilmişdi. İnqilabdan sonra iqtidara gələn qüvvələrin ortaq xüsusiyyəti isə cəmiyyəti mümkün olduqca dindən uzaqlaşdırmaq oldu. Fransa İnqilabının ən böyük səbəbkarı olan bu dinsiz cərəyan qısa müddət ərzində bütün Avropaya yayıldı.

Masonların və yəhudi liderlərinin rəhbərlik etdiyi kilsə əleyhdarı ittifaq Papa nüfuzuna son böyük zərbəni də vurdu. 1870-ci ilədək Orta İtaliyada varlığını davam etdirən Papa hökuməti Madzini (Mazzini), Qaribaldi (Garibaldi) və Kavur (Cavour) kimi üç böyük ustad mason tərəfindən dağıldı. Beləliklə, kilsənin nüfuzu tamamilə sarsıldı və Papa dövləti bugünkü Vatikanın kiçik sərhədinə sıxışdırıldı. Madziniyə və digər mason dostlarına ən böyük dəstəyi isə İtaliyanın Roselli (Rosselli) və Natan (Nathan) adlı zəngin yəhudi xanədanları verdi.

Beləliklə, 19-cu əsrdə Avropadakı dini sistemdən narahat olan qüvvələr bu sistemi dağıtmış və yerinə öz mənfəətlərinə uyğun bir sistem gətirmişdilər. Bunun üçün avropalı cəmiyyətlər dindən qoparılmış və din yerinə yeni meyarları yol göstərici olaraq qəbul etməyə başlamışdılar.

Qısası, avropalılar dini sonradan qarışdırılmış xurafatlardan təmizləmək yerinə, onu tamamilə rədd etməyə təhrik edən bəzi güc mərkəzləri tərəfindən yönləndirilmişdi. İnkar (yəni Allah’ı və axirəti tanımamaq) yalnız insanların öz istəkləri ilə dindən uzaqlaşmalarından deyil, güc mərkəzlərinin təlqinlərindən qaynaqlanmışdı.

Bu, ümumi bir qaydadır. Quran da bu mövzuya diqqət çəkir və insanların inkara yönəlmələrinin ardındakı səbəbin müstəkbirlərin (Allah’a qarşı böyüklənən və yer üzündə fitnə çıxaran öndə gələn inkarçılar) qurduqları hiylələrin olduğunu bildirmişdir. Ayədə bildirildiyinə görə, bu müstəkbirlərə aldanan xalq axirətdə onlara: “...İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allah’ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz...” (Səba surəsi / 33) -deyə səslənəcək.

İnkar öz-özünə yaranmamış, güc mərkəzləri tərəfindən ortaya çıxarılmışdı. Təkamül nəzəriyyəsinin formalaşmasına qədər uzanan dindən qopma mərhələsinin sirri də elə bu idi.