Quşların diqqət çəkici yuvaları

Quşların diqqət çəkici yuvaları

Quşlar yuva hazırlamaq mövzusunda ən mahir canlılar olaraq tanınırlar. Hər quş növünün özünə xas yuva hazırlamaq üsulu  var və heç çaşmadan bu qüsursuz tikililəri inşa edərlər.

Quşların yuva qurmalarının ən əhəmiyyətli səbəbi yumurtalarının və daha sonra bu yumurtadan çıxan balalarının son dərəcə müdafiəsiz olmalarıdır. Bundan başqa bəzi quşlar da çoxalma dövrlərində dişilərinə nümayiş etmək üçün müxtəlif yuvalar qurarlar və bu yuvaları cazibədar hala gətirmək üçün bəzəyərlər.

Quşun balaları üçün hazırladığı yuvaların ən əhəmiyyətli məqsədlərindən biri balalarını soyuqdan qorumaqdır. Balalar tüksüz doğulurlar və eyni zamanda bir o qədər hərəkət edə bilmədikləri üçün əzələlərini heç işlətməzlər. Buna görə də balaların donmaması üçün soyuqdan təcrid edilmiş yuvalara ehtiyacları var. Xüsusilə "hörgü yuvalar" quruluş etibarilə bu istiliyi balalara təmin edə bilirlər. Bu yuvaların hazırlanması isə olduqca incə və çətindir. Dişi quş yuvanı çox uzun bir vaxt ərzində böyük bir qayğı ilə hörərək meydana gətirər. Eyni zamanda yuvanın içini lif və tüklərlə dolduraraq yuvanın izolyasiyasını artırmış olar.

Hər bir növ yuvanın hazırlanması üçün material ilə təmin olunma son dərəcə əhəmiyyətlidir. Quşlar gün ərzində edəcəkləri inşaat üçün lazımlı materialı toplayarlar. Quşların dimdikləri və ayaqları müxtəlif materialları daşımaq və istifadə etmək üçün xüsusi hazırlanmışdır. Yuvanın tikintisi dişi quşa aiddir amma yuvanın qurulacağı bölgəni erkək quş seçər. Quşlar bu şah əsərləri palçıq, yarpaq, sarmaşıq, tük və kağız kimi maddələrdən istifadə edərək hazırlayarlar. Quş evlərinin xüsusiyyətləri istifadə etdikləri materiallara və tətbiq etdikləri texnikalara bağlıdır. Evlər istifadə ediləcək olan materialın elastikliyi, dayanıqlılığı və sərtliyi nəzərə alınaraq hazırlanar. Material sıxılmaya ya da gərilməyə əlverişli olmalıdır. Bundan başqa müxtəlif növ materialların birlikdə istifadə edilməsi tikintinin sahib olduğu qoruyucu xüsusiyyətləri artırar. Məsələn, palçıqla bitki liflərini qarışdırmaq yuvadakı çatların genişlənməsinin qarşısını alar.

Quşlar yığdıqları materiallarla əvvəl inşaatın məhlulunu hazırlayarlar. Bu şəkildə yuva hazırlayan quşlardan biri uçurum qaranquşlarıdır. Uçurum qaranquşları yuvalarını uçurum kənarlarına, bina və ya həyət divarlarına sement ilə yapışdırırlar. Bu sementi hazırlama üsulları isə olduqca praktikdir. Dimdikləriylə palçıq və ya gil parçaları toplayırlar və bu materialları tikinti sahəsinə daşıyırlar. Palçığı yapışqan ağız suları ilə qarışdırıb uçurumun səthinə sürtərlər və üstündə yumru bir dəlik buraxaraq düzgün bir saxsı şəklində formaya salarlar. Saxsının içini ot, yosun və tüklə doldurarlar. Bu yuvaları daha çox aşağı sallanan bir qaya çıxıntısının altına inşa edərlər ki, yağış yağarkən palçığı yumşaldıb yuvanı dağıtmasın.

Bəzi Cənubi Afrika quşları (Anthoscopus) isə, iki hissəyə ayrılmış olan xüsusi yuvalar qurarlar. Bu yuvalarda kürt otağının əsl girişi gizlənmişdir. Yuvanın digər girişi isə ortada bir yerdədir. Bu təfərrüat, ovçu heyvanlar üçün hazırlanmış olan bir hiylədir.

Yuxarıda ifadə etdiyimiz kimi quşlar yuvalarını yalnız balalarına baxmaq üçün istifadə etmirlər. Bəzi vaxtlar da dişilərinə nümayiş etmək üçün yuva tikərlər. Bu quşların içində ən maraqlı olanlarından biri Yeni Qvineyada yaşayan çardaq quşlarıdır. Çardaq quşları dişilərinə etdikləri nümayişlərində tüklərini pırsımaq yerinə tapdıqları "qiymətli şeyləri" sərgiləyərlər və kiçik çardaqlar qurarlar.

Bəzi erkək çardaq quşları əvvəlcə özlərinə cavan bir ağac budağını çadır dirəyi kimi istifadə edib, ətrafına incə budaqları düzərək bir cür çardaq meydana gətirərlər. Digər bir növ isə qarşısında iki girişi və bir də damı olan bir mağaracıq düzəldər; içinə çiçək, göbələk, qısacası nə tapdısa toplayar və nizamlı bir şəkildə sıralayar. Daha sonra yığdığı materiallarla bu yuvanı bəzəyər. Hər çardaq quşu növünün seçdiyi müəyyən bir rəng vardır. Amma ümumiyyətlə, parlaq mavi rəngli cisimləri seçərlər. Müəyyən bir rəngdə olması şərtiylə çubuq, daş, çiçək, toxum və o rəngdə olan hər hansı bir şeyi bəzək əşyası olaraq istifadə edərlər. Ümumiyyətlə, mavi rəngə üstünlük verən çardaq quşu yuvasını hazırladığı görünür. Bu heyvan gördüyü hər mavi rəngli materialı yuvasında bəzək olaraq istifadə edə bilər.

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41) 
Dərzi quşlarının tikdikləri yuvaları

Hindistanda yaşayan dərzi quşları dimdiklərini bir tikiş iynəsi kimi istifadə edərlər. İplikləri isə, hörümçək torundan əldə etdikləri ipək, toxumlardan hazırladıqları pambıq və ya ağac qabıqlarından qopardıqları liflərdir. Yuvalarını hazırlayarkən əvvəlcə bir ağacda inkişafını davam etdirən yarpaqları seçərlər və kənarları üst-üstə düşəcək şəkildə bu yarpaqları çəkərək şəklə salarlar. Dərzi quşu bunun ardından iti dimdiyi ilə hər bir yarpağın kənarına bir dəlik açar. Yığdığı hörümçək toru və ya bitki liflərini bir dərzinin iynə-iplik istifadə etməsi kimi dimdiyiylə dəliklərdən keçirər və düşmələrinə maneə törətmək üçün hər ilməni düyünləyər. Eyni əməliyyatı digər ucda da edərək iki yarpağı bir-birinə "tikmiş" olar. Bir cüt yarpağı ya da tək bir yarpağı öz ətrafında çevirmək üçün onun yarısı qədər düyünə ehtiyac vardır. Daha sonra quş bu kisəni çəmənlərlə doldurub döşəyər. Ayrıca bu yarpaqlarla bağlanmış kisənin içində dişisinin yumurtalarını qoyacağı gizli bir yuva daha toxuyar.

 

Toxucu quşlar

Toxucu quşların yuvaları bu gün quşları tədqiq edən alimlər və digər təbiətşünas alimlər tərəfindən quşların hazırladığı ən maraqlı tikili olaraq göstərilir. Bu quşlar təbiətdə tapdıqları bitki liflərini və ip olaraq istifadə edəbiləcəkləri hər cür uzun bitki sapını "toxuma" şəklində hörərək özlərinə çox möhkəm yuvalar inşa edirlər.

Toxucu quş ilk iş olaraq istifadə edəcəyi materialları toplayar. Yaşıl və təzə yarpaqlardan özünə incə uzun lentlər kəsər və ya yarpaqların orta damarlarını kəsib götürər. Xüsusilə təzə yarpaqları seçməsinin isə bir səbəbi vardır: quru yarpaqlardan götürəcəyi materialı idarə edə bilməsi və bunları toxumada istifadə etməsi çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu əməliyyatlar çox asan reallaşar. Quş əvvəlcə haça şəklində budağa bir yarpaqdan qopardığı uzun bir lifin ucunu sarıyaraq işə başlayar. Bir ayağı ilə lifin ucunu budağın üzərində tutaraq, digər ucunu dimdiyiylə idarə edər. Liflərin düşmələrinin qarşısını almaq üçün onları düyünləyərək bir-birlərinə bağlayar. İlk olaraq bir çevrə meydana gətirər; bu yuvasının girişidir. Daha sonra isə dimdiyini məkik kimi istifadə edərək yarpaq liflərini digər liflərin üzərindən və altından sırayla keçirər. Toxuma əməliyyatı əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablaya bilməlidir. Çünki əgər toxuması zəif olsa yuva dərhal sökülər. Həmçinin, yuvanın son halını zehnində canlandıra bilməlidir ki, divarların nə vaxt qövslənəcəyinə və ya çölə doğru çıxıntı veriləcəyinə qərar versin.

Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayar. Bunun üçün başı aşağı dayanar və içəridən işə davam edər. Dimdiyi ilə bir lifi digərinin altına salar və sonra həssas bir şəkildə çöldə qalan ucunu tutur və möhkəmcə çəkər. Beləcə, son dərəcə müntəzəm bir toxuma meydana gətirər.

Göründüyü kimi toxucu quş yuvasını hazırlayarkən həmişə bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Yuvası üçün ən uyğun materialı toplayar, yuvanı toxumağa təsadüfi bir yerdən başlamaz. Əvvəl girişi hazırlayar və divarlardan davam edər. Harada qövs verəcəyini, haranı genişlədəcəyini çox yaxşı bilər. Üstəlik bunları edərkən son dərəcə ustaca, ağıllı və qabiliyyətli rəftarlar sərgiləyər, davranışlarında heç bir naşılıq əlaməti görülməz. Eyni anda iki işi edə biləcək qədər (bir tərəfdən ayağı ilə yarpaq lifindən düşməməsi üçün tutub digər tərəfdən lifi digər ucunu dimdiyiylə idarə edər) qabiliyyətlidir. Heç bir hərəkəti təsadüfi deyil, olduqca şüurlu və məqsədyönlüdür.

Toxucu quşların başqa bir növü isə, yağışın təsirini nəzərə alaraq "tavanı axmayan" çox möhkəm bir yuva inşa edər. Bu quş ətrafdan topladığı bitki liflərini, ağzında olan bir ifrazatla qarışdıraraq xüsusi bir məhlul emal edər. Bu ifrazat bitki liflərini elastiklik və su keçirməmə xüsusiyyəti qazandırar və beləcə yuva üçün mükəmməl bir suvaq vəsaiti meydana gələr. Yuva tamamlanana qədər keçən müddət içində bu əməliyyatları dəfələrlə təkrar edən toxucu quşlarının göstərdikləri bu bacarıqları təsadüfən, şüursuzca qazandıqlarını iddia etmək şübhəsiz ki, qeyri-mümkündür. Bu quşlar evlərinin inşasında-heç çətinlik çəkmədən-eyni anda bir memar, bir inşaat mühəndisi kimi çalışarlar.

İndiyə kimi izah edilən nümunələrdən də göründüyü kimi hər quş növünün özünə xas bir yuva tikmə texnikası var və bu texnikaların hər biri şüuru, ağılı və düşünmə qabiliyyəti olmayan bir heyvandan gözlənilməyəcək qədər mürəkkəbdir; hər biri bir dizayn və plan tələb edir.

Bir düşünək: qarşımızda ağıl, şüur, plan və dizayn məhsulu əsərlər çıxaran canlılar var. Ancaq bu canlıların bu xüsusiyyətlərə sahib olmaları qeyri-mümkündür. Elə isə bu canlılar bu davranışları necə göstərərlər?

Quşların və bütün digər canlıların davranışlarında görülən ağılın, bilginin və qabiliyyətin qaynağının tək izahı var: Bunların hamısı bu heyvanlara Allah tərəfindən ilham edilən xüsusiyyətlərdir. Allah, bu canlıları yaratmış, onlara qorunma, ovlanma, bəslənmə, çoxalma üsullarını ayrı-ayrı ilham etmişdir. Onlara yuvalarını inşa etdirən, qüsursuz planlar etdirən, onları qoruyan və saxlayan sonsuz mərhəmət və şəfqət sahibi olan Allahdır. Təkamülçülərin iddia etdiyi kimi nə "ana təbiət", nə də təsadüflər bu canlıları son dərəcə kompleks yuvaları inşa etmələri üçün proqramlaşdıra bilməz. Bütün canlılar üstün bir Yaradıcı olan Rəbbimizin ilhamına tabe olduqları üçün özlərindən qətiyyən gözlənilməyəcək davranışlar sərgiləyərlər.

Allah, Quranda “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.” (Nəhl surəsi, 68) deyərək balarısına yuvasını hazırlamağı ilham etdiyini bildirmişdir. Bal arısında olduğu kimi canlıların hamısına yuvalarının yerini, inşaat texnikalarını, istifadə vəsaitlərini sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz ilham edir.