Dinozavrlar necə məhv oldular?

Dinozavrlar necə məhv oldular?

Meteoritlər iqlimdə vacib dəyişikliklər yaratdığına görə canlı aləmdə vacib rol oynayır. Dinozavrlar nəslinin 65 milyon il əvvəl birdən-birə məhv olmasına səbəb, nəhəng meteorit toqquşması və bunun ardından baş verən iqlim dəyişikliklərinin olduğu düşünülür. Bu nəzəriyyəni təsdiqləyən ən vacib qalıq 1990-cı ildə tapılmışdır. Meksikada Yukatan yarımadasında diametri 180 kilometr olan krater tapıldıqdan sonra aparılan araşdırmalarda, bu krateri meydana gətirən meteoritin diametrinin 10 kilometr olduğu təxmin edilmişdir. Son aparılan kompüter hesablamalarına görə toqquşma zamanı 18.000 kub kilometr qaya və torpaq bir anda ərimiş və dinozavrlar da daxil olmaq üzrə canlı aləmin 70%-i bu dövrdə məhv olmuşdur. (Beyond 2000.com: Crater Face 28 Oktyabr 2002)